Konsaltinq şirkətimiz yerli və xarici şirkətlərə Azərbaycanda mühasibatlıq xidmətləri təklif edir. Beynəlxalq PrimeGlobal — Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasının üzvü olaraq, dövlət qurumlarına təqdim ediləcək hesabatları dəqiq və vaxtında hazırlayırıq. İlkin uçot sənədlərini sistemləşdirir, emal edir və maliyyə hesabatlarını tərtib edirik.
Xidmətlərimizin geniş spektrini həm kompleks şəkildə, həm də ayrı-ayrılıqda seçə bilərsiniz — bu, uçot işlərini peşəkar əllərə etibar etməyə imkan verir.
Accounting.Az MMC autsourcing sxemi ilə fəaliyyət göstərir: biznes sahiblərinə mühasib işə götürmədən, əlavə heyət xərci çəkmədən uçotu idarə etmək imkanı yaradır. Öz mühasibatlıq şöbəsi olan şirkətlər də konkret məsələlərin həllində xidmətlərimizdən faydalana bilər.
Uçotu qurmaq, bərpa etmək və aparmaq üçün aşağıdakı xidmətlərdən sizə uyğun olanı seçin:
Bizim şirkətin xidmətlərindən istifadə regionun ən yaxşı mütəxəssisləri ilə əməkdaşlıq etməkdir. Şirkətin muhasibat xidmətləri müxtəlif biznes sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin uçot sənədlərində, mühasibatlıqda meydana çıxan məsələlərin həlli ilə məşğul olur. Uzun illərin təcrübəsi yüksək keyfiyyətə zəmanət verir. Mühasibat xidmətləri haqqında daha ətraflı məlumatı bizim əlaqə telefonumuza zəng etməklə əldə edə bilərsiniz.