Ən çox verilən suallar

Biznes sahibləri mühasibatlıqda kənar mütəxəssislərdən tez-tez istifadə edir?

Mühasibatlıqda kənar mütəxəssislərin xidmətindən (mühasibat autsorsinqi) istifadə dərəcəsi Avropada, ABŞ-da kifayət qədər yüksəkdir. Vergi hesabatları, muhasibat uçotunun müxtəlif seqmentlərini peşəkarlara həvalə etməklə onlar öz əsas fəaliyyətlərinə fokuslana bilirlər. Belə ki, Avropada kiçik və orta şirkətlərin 86%-i, ABŞ-da 92%-i, İsraildə 96%-i mühasibatlıq, vergi, kadr uçotu sahəsində ixtisaslaşmış autsorserlərə müraciət edir. Statistik məlumatlara əsasən, qonşu Rusiyada iri şirkətlərin 18%-i, orta sahibkarlıq subyektlərinin 5%-i, fərdi sahibkarların 60%-i muhasibat autsorsinqindən faydalanır. “Bəs Bakıda mühasibat xidmətləri sektorunda bu göstəricilər necədir?” soruşsanız, təcrübəmizə əsaslanaraq deyə bilərik ki, Azərbaycanda biznes subyektləri muhasibat uçotunun, ilk növbədə, mənfəət və vergilərin hesablanması funksiyalarını müntəzəm olaraq kənar mütəxəssislərə həvalə edir.

mühasibat uçotunun, mənfəət və vergilərin hesablanmasının autsorsinqi

Kənar mütəxəssislərə müraciətin hansı üstünlüyü var ?  

Tam ştatlı mühasibə tək əməkhaqqı ödənilmir. Buraya pensiya fonduna məcburi dövlət sosial sığorta ödəmələrini, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarını, xəstəlik, məzuniyyət görə ödənişləri əlavə edin. Bundan başqa, dəftərxana, mühasibatlıq (məsələn 1C) və digər proqramlara görə lisenziyalar, kompüterin amortizasiyası, rabitə xərcləri də vardır. Xərclərə qənaət etmək məqsədilə,  Bakıda mühasibat xidmətlərinin icrasına kənar mütəxəssislərin cəlb edilməsi (muhasibat autsorsinqi) praktikası geniş tətbiq olunur. Bu zaman bütün əlaqədar xərclər autsorsinq şirkəti  tərəfindən ödənilir. Bizim əməkdaşlara müraciət etməklə, siz, xidmətin həcmindən asılı olaraq, vəsaitlərinizə 60-85 % arasında qənaət etmiş olarsınız. Sərbəstləşən vəsaiti başqa iqtisadi ehtiyaclara yönəltmək mümkündür. 

Sizin əməkdaşları fərqləndirən nədir?

Biznes mühitində yüksək səviyyəli mütəxəssis tapmaq çətindir, onu işə götürmək isə baha başa gəlir. Tam ştatlı mühasibə görə təkmilləşdirmə kurslarına ödəniş etmək də çoxlu əlavə xərc deməkdir. Bizə müraciət etməklə, siz, kadr axtarışına sərf etdiyiniz vaxt itkisindən, əlavə xərclərdən azad olursunuz. Bizim əməkdaşlarımız təhsilini nüfuzlu yerli və xarici təhsil müəssisələrində almış mütəxəssislərdir.  Biznesin müxtəlif sahələrində uzun müddətli təcrübəyə malikdirlər. Praktik uçot fəaliyyəti ilə yanaşı, elmi sahədə də çalışırlar.  

Mühasibat sənədlərinin, digər məlumatların məxfiliyi necə təmin edilir?

Kommersiya sirri hesab olunan məlumatlar AR “Kommersiya sirri haqqında” Qanununa uyğun qorunur. Kompüterlərdə saxlanılan məlumatların mühafizəsi peşəkar mütəxəssislər, həmçinin  xüsusi proqramlar vasitəsi ilə təmin edilir. Tərəfdaşlarımızın təqdim etdiyi məlumatlar 3-cü şəxslərə verilmir, korporativ bloq, KİV kimi yerlərdə vermək üçün sizin icazəniz mütləqdir. Əməkdaşlıq etdiyimiz müştərilərin əlaqə vasitələri, fəaliyyət istiqamətləri, sifariş etdiyi xidmətlər, kurslar, mühasibatlıq haqqında məlumatlardan yalnız xidmətin keyfiyyətini ölçərkən yararlanırıq, 3-cü şəxslərə vermirik. 

Mühasibi dəyişmək nə qədər asandır? Ümumiyyətlə mən onu niyə dəyişməliyəm? 

Mövcud mühasibiniz sizə münasib qiymətə əla xidmət göstərirsə, onunla qalın. Bununla belə, müxtəlif mühasiblər sizə fərqli səviyyəli biznes məsləhətləri verər, məsləhətlərdən yaranan iqtisadi fayda fərqli ola bilər. Əgər mühasibiniz, bizdən fərqli olaraq , lazım olan xidmət növünü sizə təklif etmirsə, bizə keçmək çox asandır. Bir zəng yetər! Başqa əlaqə növünü də seçə bilərsiniz. 

Siz çox şey təklif edirsiniz, qiymətləriniz baha deyil?

Yox! Biz xidmətlərimiz üçün ödənişlər sabit məbləğdir. Deməzdik ki, qiymətlərimiz ən ucuzdur. Amma çox vaxt ən ucuz, gələcək perspektivdə bahalı olur. Bizim xidmətlər  bahalı da  deyil.  Bakıda mühasibat xidmətlərinə görə təklif etdiyimiz qiymətlər yüksək keyfiyyətlə uzlaşır. 

Razılaşdığımız qiymət bir ildən sonra dəyişməyəcək? 

Sərfəli qiymət, ilk 1 ildə aşağı qiymətlə biznesinizə dəstək olub, sonradan ödənişi artırmaq demək deyil. İstərdik ki, vədimizə  güvənərək muhasibatlığını bizə etibar edən daimi müştərimiz olasınız. Xidmətlərin mövcud qiyməti ədalətlidir. İşin həcmi dəyişməzsə, gələcəkdə yalnız inflyasiyaya uyğun normal artımdan söz gedə bilər. Nadir halda, mühasibat xidmətinin həcminin gözləniləndən yuxarı olması dəyişikliyə səbəb ola bilər, lakin biz bunları sizinlə müzakirə edərik. Bəzi hallarda, hansı xidmətdən söhbət getdiyini bilsək, ödənişə 1 ildən artıq müddətə zəmanət verə bilərik.

Siz necə işləyirsiniz?

Biz belə işləyirik.

whatsapp