İlk öncə, bizimlə tanış olmaq istəyinə görə, sizə təşəkkür edirik!
Accounting.Az Azərbaycanda müəssisələrə və fərdi müştərilərə geniş çeşiddə mühasibat, vergi, kadr uçotu, biznes konsaltinq, audit xidmətləri təklif edir. Ofisimiz Bakıda, əlverişli məkanda yerləşir.
Bizim əsas prinsipimiz: problemlərin həlli zamanı sizin tələbləri nəzərə almaq, onların həllində hər zaman mümkün olanı etməkdir. Çünki inkişafımız sizin problemlərin həllindən asılıdır.
Şirkətimiz muhasibat xidmətləri bazarında 10 ildən artıqdır fəaliyyət göstərir. Bizdən kadr axını yoxdur. Müştərilərimiz üçün bu, etibarlılıq, həm də təhlükəsizlik göstəricisidir.
Biznesin fərqli sahələrində fəaliyyət göstərən yüzlərlə müştəri İkinci onillikdir ki, bizim xidmətlərə müraciət edir. Xidmət daima inkişafda olan, müştəri bazası müntəzəm yenilənən bir prosesdir- gələn də olur, gedən də. Gedənləri yeniləri əvəzləyir və beləcə proses davam edir. Qürurla deyə bilərik ki, əksər müştərilərimiz bizimlə daimi əməkdaşlıq edir, iqtisadi proseslərdə ortaya çıxan uçot problemlərinin həllində bizə güvənir.
Xidmətlərimiz
Bu gün Accounting.Az sadəcə hesabatlar hazırlayan şirkət deyil. Biz bütövlükdə biznesi müşayiət edirik: mühasibat uçotu xidmətlərinin tam spektrini təqdim edir, fəaliyyətin maliyyə-hüquqi cəhətdən zəif nöqtələrini tapır, bizneslə bağlı hüquqi xidmətlər göstəririk. Biz həmçinin:
Accounting.Az müştərilərə audit xidmətləri təklif edərək uçot işlərini bacarıqla təşkil etməyə, biznes proseslərində xərcləri azaltmağa, problemlərin həllində etibarlı yollar tapmağa dəstək olur.
Xidmətlərin çeşidinə, həmçinin sahibkarlıq fəaliyyətinin qeydiyyatı, tender sənədlərinin hazırlanması, maliyyə hesabatı, vergi bəyannamələrinin tərtib edilməsi daxildir. Bu tam siyahı deyil, “Xidmətlər” səhifəmizdən sizə uyğun olanını seçə bilərsiniz.
Biz xidmətləri sizin ofisdə yaxud ofisdən kənarda, autsorsinq formasında həyata keçirə bilərik. Bizimlə mühasibat autsorsinqi, ştatlı mühasib və mühasibat proqramlarının bütün üstünlüklərini birləşdirmək deməkdir. Mühasib ştatına, onunla bağlı digər ödənişlərə, həmçinin ofis xərclərinə qənaət istəyirsinizsə, bizə müraciət edin. Qiymətlərimiz sərfəlidir. İstəsəniz, özünüz hesablayıb, əmin ola bilərsiniz!
Kurslarımız
Muhasibat sektorunda yeni baslayanları, öz biliklərini təkmilləşdirmək istəyənləri də unutmamışıq. Onlar üçün təşkil etdiyimiz:
Respublikada ilk dəfə tədris edilən “Mühasibat kargüzarlığı” kursları şirkətimizin mütəxəssisləri tərəfindən hazırlanıb. İştirakçılar arasında aparılan sonuncu anonim məmnuniyyət sorğusunun orta nəticəsi 9.5 bal təşkil edib (mümkün bal-10). Əminik ki, inkişaf yolunuzda bizim kurslarımız ən yaxşı bələdçi olacaq.
Elektron resurslar
Mütəxəssislərimiz tərəfindən hazırlanan 7 elektron resurs, mütəxəssislərə uçotun müxtəlif sahələrində yaranmış problemlərin həllində dəstək olur:
Ödənişsiz məsləhət
Xidmətlərə, kurslarla aid hər hansı sual yaranarsa, lütfən, bizimlə əlaqə saxlayın, bizdən pulsuz konsultasiya alın. Əməkdaşlarımız:
Görüş öhdəlik götürmək demək deyil, amma gələcək əməkdaşlığın təməlidir.
Məxfilik, qarşılıqlı hörmət və məsuliyyət, legitimlik, səlahiyyətlərin icrasına zəmanət, müştərilərin maraqları həmişə önəm verdiyimiz dəyərlər olaraq qalacaqdır.
Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik. Bizim peşəkarlar sizi həvəslə cavablandırar!