Audit, latın dilindəki “audio” sözündən götürülüb, “dinləmək” mənasını verir. Bizim konsaltinq şirkətinin audit xidmətləri də məhz sizin biznesin nəbzini dinləmək və onun inkişafını dəstəkləmək üçün hazırlanıb. Audit yoxlaması şirkətin iqtisadi fəaliyyətdə qazandığı uğuru dəyərləndirmək, bu zaman mümkün səhvləri aşkar etmək, tənzimləmək üçün müstəqil auditorların cəlb edilməsidir. Xidmətlər müqavilə əsasında, autsorsinq əsasında yaxud sifarişçinin iş yerində aparılır.
Audit xidmətləri üçün xidmət müqaviləsi bağlanarkən tərəfimizdən şirkətinizə lazımi sayda yüksək ixtisaslı auditorlar təyin olunur. Bu mütəxəssislər sizə maliyyə sənədlərini qaydaya salmağa, mühasibat uçotunu və vergitutmanı qurmağa kömək edəcəklər. Bu xidmətlər müştərinin istəyi ilə birdəfəlik yaxud müntəzəm, əgər şirkətin öz mühasibat şöbəsi yoxdursa, göstərilə bilər.
Accounting.az konsaltinq şirkətinin audit yoxlamasına cəlb olunan əməkdaşları müxtəlif sahələrdə təcrübəyə malik, müasir audit texnologiyalarını mükəmməl mənimsəmiş, mövcud qanunvericiliyi bilən peşəkar mütəxəssislərdir.
Bu suallar sizi narahat edirsə, bizim peşəkar audit xidmətlərindən istifadə edin. Bizim təcrübəli mütəxəssislər sizin biznesin daim yanında olacaq və hər addımda dəstək verəcəklər.
Siz bu audit xidmətlərdən hər hansı birini sifariş edə yaxud bütün təkliflərdən istifadə edə bilərsiniz- bu sizin maliyyənizdən və ehtiyaclarınızdan asılıdır. İstəyinizdən asılı olaraq sizə birdəfəlik audit yoxlaması yaxud davamlı audit dəstəyi təklif olunacaq.