Mühasibat auditi

Audit nədir, nə üçün aparılır?

İstənilən biznes sahibinə, ən azı ildə bir dəfə, ötən ilin maliyyə hesabatlarını nəzərdən keçirmək,  istər mühasibat uçotunu, istərsə də vergilər üzrə hesablamaları yoxlamaq tövsiyə olunur. Bu, uçotda olan  mümkün səhvləri vaxtında müəyyən etməyə, səhvləri düzəltməyə, maliyyə itkilərinin qarşısını almağa kömək edir. Audit – müəssisənin yaxud onun ayrıca götürülmüş bölməsinin fəaliyyətini tənzimləmək məqsədi ilə aparılan müstəqil yoxlama növüdür. 

Audit prosesin iki qrupa ayırmaq olar: könüllü və məcburi audit.

Könüllü auditin özü prosesə auditorların cəlb edilmə mexanizminə görə 2 qrupa ayrılır:

  • daxili audit – müəssisənin öz mütəxəssisləri tərəfindən həyata keçirilir, investorları lazımi məlumatlarla təmin etmək, menecerlərə şirkətdəki vəziyyətini göstərmək üçün lazımdır.  
  • xarici audit – cəlb olunmuş auditorun köməyi ilə icra olunan könüllü audit prosesdir. Rəhbərliyin təşəbbüsü əsasında təşkil edilir, məqsədi mümkün qədər obyektiv nəticə əldə etməkdir.

Məcburi audit – qanunda bilavasitə nəzərdə tutulan, auditor xidmətləri sektorunda ixtisaslaşmış şirkətlər tərəfindən ildə ən azı bir dəfə həyata keçirilən prosesdir. Məcburi auditdən keçməmək cərimələr formasında maliyyə itkisinə məruz qalmaq deməkdir. 

Mühasibat auditi xidmətinin üstünlükləri

Bakıda auditor xidmətləri bazarında etibarlı tərəfdaş  “Accounting.Az” konsaltinq şirkəti sizə faydalı mühasibat auditi xidməti təklif edir. Bizim xidmətin məqsədi:

  • etibarlı uçot sisteminin yaradılması;
  • idarəetmə mexanizmlərinin qurulması
  • vergi orqanları ilə münasibətlərin qurulmasıdır.

Mühasibat auditi sahibkarlıq riskini azaldır. AccountingAz–ın Bakıda audit xidmətləri. Audit sanksiyaları minimum endirir.

Bizim xidmətlərlə daha yaxından tanış olmaq üçün +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrinə zəng edin. Görüş təyin edib Bakıda, rahat məkanda yerləşən ofisimizdə auditor xidmətləri ilə bağlı məsələləri bir stəkan çay içərək müzakirə edək!

Niyə biz?

Bizim auditorlarla əməkdaşlıq etməklə şirkətinizin maliyyə təhlükəsizliyinə zəmanət verən, onu investorlar, tərəfdaşlar və kreditorlara cəlbedici edən etibarlı əsas, möhkəm bünövrə əldə etmiş olursunuz. 

Sərbəst, öz gücünüzlə belə bünövrə qurmaq çox çətindir, bu daimi təhlil, nizamlama, hətta təmir tələb edir. Mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisə gec yaxud tez kənar auditorların səriştəsindən istifadə zərurətinə əmin olur.

Autsorsinq əsasında fəaliyyət göstərən “Accounting.az” Azərbaycanda auditor xidmətləri bazarında sistemli, kompleks yanaşma təklif edən azsaylı şirkətlərdən biridir. 

  • Xidmətlərin icrası zamanı müxtəlif sahələrdə çalışan ekspertləri – auditorlar, hüquqşünaslar, məsləhətçiləri cəlb edirik;
  • Siz riskləri aradan necə qaldırmaq barədə sistemli yanaşma və məsləhətləri əks etdirən audit hesabatı alırsınız (məsələn, səyyar yoxlamanın mümkünlüyü zamanı problemlərin yoluna qoyulması barədə auditorun rəyi). 
  • Sizin biznesə kənar maliyyələşmələri cəlb etməyə imkan verən qanuni maliyyə ehtiyatlarını, resursları qiymətləndirir, onları auditor rəyimizdə əks etdirir, şirkəti daha təhlükəsiz, habelə gəlirli etməyə kömək edirik.

WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Sizinlə biz əlaqə saxlayaq, görüş təyin edək, mühasibat auditi xidmətinin əhatəsini müəyyən edək!
  Bizimlə audit – təhlükəsiz biznes deməkdir!

Biz nə edirik?

  • Mühasibat uçotu qeydlərinin, ilkin sənədlərin tamlığını araşdırırıq;
  • Onların formalaşdırılmasının düzgünlüyünü  təftiş edirik;
  • Maliyyə hesabatları məlumatlarının etibarlılığını  yoxlayırıq;
  • Nəticələri audit hesabatında hərtərəfli əks etdiririk.

Bizim auditorlar habelə mühasibat (maliyyə) Beynəlxalq Audit Standartlarına əsasən maliyyə hesabatlarının auditini keçirir, uyğunluğu təsdiqi edən zəruri auditor rəyi hazırlayırlar. 

Tərəfimizdən aparılan kompleks audit tək maliyyə hesabatlarını təsdiqləmir,  həm də vergitutma bazasının hesablanmasının, bəyannamələrin doldurulmasının düzgünlüyün yoxlamaqla  vergi risklərini müəyyən etmək, onları aradan qaldırmaqda baza rolunu oynayır,  

“Accounting.Az” şirkətinin peşəkar auditorları tərəfindən aparılan mühasibat auditi fərdi yanaşma, habelə biznesinizin sənaye xüsusiyyətləri nəzərə alınmaqla  beynəlxalq audit standartlarına uyğun həyata keçirilir. 

Bizimlə işləmək rahatdır, əməkdaşımız daima sizinlə əlaqə saxlayır, onunla bütün təşkilati məsələləri həll edə bilərsiniz.

Köməkdən qaçmırıq, mühasibat auditi zamanı aşkar edilmiş problemləri müzakirə edir, onları aradan qaldırılmaq məqsədi ilə müvafiq audit rəyləri veririk.

Beynəlxalq audit standartlarına, yerli qanunvericilik aktlarına əsaslanan nəticə və audit rəylərimiz anlaşılandır, yekun audit hesabatını sizinlə razılaşdıracağıq.

Tərəfimizdən beynəlxalq audit standartlarına uyğun aparılan maliyyə hesabatlarının auditi müasir tələblərə cavab verir, sizin biznesinizin maliyyə durumunu hərtərəfli əks etdirir.

Bizim “Əlaqə” səhifəmizə keçid alın, sizə uyğun ünsiyyət vasitələrindən birini seçin, auditor  xidmətlərimizdən istifadə edin. Əməkdaşlığa şad olarıq!

whatsapp