Hüquq xidmətləri

Sahibkarlıq fəaliyyətinizi qeydiyyata aldırmaq istəyirsinizsə, Azərbaycanda şirkət qeydiyyatı, yenidən təşkili və ləğvi məsələləri sizi maraqlandırırsa, yaxud əcnəbi vətəndaşların iş icazəsi ilə bağlı problemləriniz varsa, “Accounting Az” kontsaltinq şirkətinin hüquq xidmətləri sizə kömək edə bilər.

Korporativ hüquq üzrə ixtisaslaşmış peşəkar komandamız:

  • sizə sahibkarlıq fəaliyyətinin, şirkətlərin qeydiyyatı ilə bağlı problemlərin həllində kömək edəcək;
  • sizi biznesin inkişafına yönəldilə biləcək dəyərli vaxtınızı sənədlərin toplanmasına sərf etmək məcburiyyətindən azad edəcək.

Hüquq xidmətlərimiz bunlarla bitmir; aşağıdakı keçidlərdən onlarla daha ətraflı tanış olmaq olar: “Yüz eşitməkdən, bir oxumaq daha yaxşıdır”. Hüquqi şəxsin qeydiyyatı, şirkətlərin qeydiyyatının ləğvi, əqli mülkiyyətlə bağlı sənədləşmələr, miqrasiya problemləri ilə bağlı suallarınız varsa bizimlə əlaqə saxlayın. Problemləri birgə müzakirə edək, həll yollarını birgə tapaq.

Bizim hüquq xidmətləri

“Accounting Az” Azərbaycanda korporativ hüquq, şirkətlərin qeydiyyatı, yenidən təşkili və ləğvi, habelə miqrasiya sənədlərinin hazırlanması üzrə hüquq xidmətləri üçün etibarlı tərəfdaşdır. Bizimlə əməkdaşlıq sərfəlidir, çünki biz həm də mühasibat uçotu, vergilər və audit üzrə ixtisaslaşmış xidmətlər paketi təklif edirik. Bizim əməkdaşlar gələcək şirkətin təşkilati-hüquqi formasının seçimində sizə kömək edəcək, mümkün variantların müsbət və mənfi cəhətləri haqqında ətraflı məlumat verəcəklər. Biz miqrasiya sənədlərini tez və səhvsiz hazırlayırıq! Əgər siz əcnəbi işçilərə miqrasiya sənədlərinin hazırlanmasını bizə həvalə etsəniz, bizim peşəkar mühasiblərdən onların işə qəbulu haqqında birdəfəlik pulsuz məsləhət alacaqsınız! Əqli mülkiyyət hüququnun sənədləşməsi üzrə təklif etdiyimiz hüquqi xidmətlər patent, sertifikat kimi sənədlərin alınmasında sizə hərtərəfli dəstək olacaq! Bütün xidmətlər əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Məxfilik, məlumatların açıqlanmaması tərəfimizdən qanunlara uyğun təmin edilir. Bizim hüquqi xidmətləri araşdırın və problemlərinizi bizimlə müzakirə edin, ilkin məsləhəti bizdən alın.

whatsapp