Azərbaycanda şirkət qeydiyyatı

Bugünkü Azərbaycan yerli və xarici kapitala açıq, yüksək potensiallı bir ölkədir. Sənayenin kənd təsərrüfatı, turizm, İT sektoru, logistika, e-ticarət kimi sahələri yeni inkişaf mərhələsindədir. Respublika qanunvericiliyi Azərbaycanda şirkət qeydiyyatı planlaşdıran investorlara bir sıra güzəştlər, sadələşdirilmiş proseduralar təklif edir. Şirkətin qeydiyyatı Bakıda və respublikanın digər regionlarında eynidir. Yalnız azad iqtisadi zonalarda, məsələn, Ələt azad iqtisadi zonasında xüsusi qanunvericilik aktları tətbiq edilir.

Azərbaycanda şirkət qeydiyyatı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarın dövlət qeydiyyatına alındığı rəsmi prosesidir. Sahibkarlar öz biznesini hər hansı bir müəssisənin, şirkətin qeydiyyatı aparılmadan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs – fərdi sahibkar kimi də qura bilərlər. Amma biznes qurmaq üçün şirkət fərdi sahibkarlıqdan daha çox imkanlar yaradır, məsələn, fərdi sahibkarın müəyyən fəaliyyət növləri ilə məşğul olmaq hüququ yoxdur.

Azərbaycanda şirkət qeydiyyatının üstünlükləri

  • Avropa və Asiya bazarlarına çıxış üçün əlverişli məkan;
  • şaxələnmiş infrastruktur;
  • azad iqtisadi zonaların mövcudluğu;
  • faydalı qazıntıların zənginliyi;
  • şirkətin qeydiyyatı üçün sadə prosedurlar;
  • sabit iqtisadiyyat və yüksək artım potensialı;
  • sərmayələrə açıqlıq.

Azərbaycanda biznesin aparılma formaları

1. Məhdud məsuliyyətli cəmiyyət (MMC) – Azərbaycanda şirkət qeydiyyatı üçün ən sadə və sərfəli formadır. Bir və ya bir neçə fiziki yaxud hüquqi şəxs təsis edə bilər. Nizamnamə kapitalı MMC-nin nizamnaməsinə uyğun paylara bölünür. Şirkətin təsisçilərinin maliyyə öhdəlikləri onların cəmiyyətə qoyduqları vəsaitlərin həcmi ilə məhdudlaşır.

2. Səhmdar cəmiyyəti əsasən xarici sərmayə cəlb etməyi istiqamətlənmiş iri müəssisələr üçün xas olan bir variantdır. Yalnız səhmdar cəmiyyətin səhm buraxmaq hüququ var. Belə şirkətin qeydiyyatı zamanı iki formadan biri seçilir:

  • açıq səhmdar cəmiyyət (ASC), yaxud;
  • qapalı səhmdar cəmiyyəti (QSC).

3. Nümayəndəlik şirkətin hüquqi mövcudluq formasıdır, şirkətin yerləşdiyi yerdən kənarda onu təmsil edən, onun mənafelərini qoruyan, biznes fəaliyyətini həyata keçirmək səlahiyyəti olmayan ayrıca bölmədir.

4. Filial şirkətin kommersiya mövcudluğunun bir formasıdır, şirkətin funksiyalarını, o cümlədən nümayəndəlik funksiyalarını, onun yerləşdiyi yerdən kənarda tam və ya qismən icra edən ayrıca bölmədir.

Azərbaycanda şirkət qeydiyyatının üsulları

  • qeydiyyat sənədlərini kağız daşıyıcıda birbaşa qeydiyyat orqanlarına gəlib təqdim etməklə yaxud poçt vasitəsi ilə göndərməklə;
  • elektron formada real vaxt rejimimdə (onlayn) qeydiyyat.

Elektron qaydada şirkətin qeydiyyatı üçün gücləndirilmiş elektron imzadan (“Asan İmza”, “SİMA imza” və sair) istifadə olunur.

Elektron imza almaq istəyirsiniz? Zəng edin, biz kömək edərik!

+994125983798

+994123100929

Şirkətin qeydiyyatı üçün tələb olunan sənədlər

Ərizə: Qeydiyyat prosesinə başlamaq üçün forması qanunvericiliklə müəyyən edilmiş ərizəni doldurmaq, notariat qaydada təsdiq etdirmək və Dövlət Vergi Xidmətinin müvafiq qurumlarına təqdim etmək lazımdır.

Nizamnamə: Təsisçilər (yaxud təsisçi) tərəfindən təsdiq edilmiş, şirkətin məqsədini, strukturunu, idarəetmə qaydalarını özündə əks etdirən bu sənəd AR Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla hazırlanır.

Etibarnamə: Şirkətin qeydiyyatı səlahiyyətli nümayəndəyə həvalə edilibsə, həmin nümayəndə etibarnamə təqdim etməlidir.

Qərarlar: Şirkətin təsis edilməsi, nizamnamənin təsdiqi, rəhbərliyin təyin edilməsi haqqında qərarlar.

Şəxsiyyəti təsdiq edən sənədlər: Təsisçilərin, direktorun, səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədlərin sürəti.

Ödəniş qəbzləri: Dövlət rüsumunun və nizamnamə kapitalının ödənişinin təsdiq sənədləri.

Azərbaycanda şirkət qeydiyyatı zamanı sənədlərin tərkibi müraciət edən kommersiya qurumunun xarakterindən (yerli yaxud xarici investisiyalı MMC, təhsil müəssisəli, nümayəndəlik yaxud filial və sair.) asılı olaraq dəyişə bilər.

Biz nə təklif edirik?

  • Dövlət Vergi Xidmətində şirkətin adının yoxlanılması və seçimi
  • Şirkətin Nizamnaməsinin hazırlanması
  • Şirkətin təsis qərarının hazırlanması
  • Nizamnamə kapitalının ödənilməsində dəstək
  • Şirkətin qeydiyyatı üçün dövlət rüsumunun sənədləşməsinə kömək
  • MMC-nin qeydiyyat sənədlərinin DVX-yə təqdim edilməsi
  • Şirkətin dövlət qeydiyyatı və vergi uçotunun sonadək müşayiət edilməsi
  • VÖEN-in alınması,
  • Möhürün hazırlanmasına dəstək
  • Azərbaycan banklarında hesabların açılması

Xidməti sifariş etmək, əlavə suallara cavab tapmaq üçün ”Əlaqə”  səhifəmizə keçid alın.

Bunlara əlavə olaraq:

  • Azərbaycanda şirkət qeydiyyatına paralel olaraq dövlət saytlarına girişi təmin etmək məqsədi elektron imzaların (“Asan İmza”, SİMA rəqəmsal imaza”, “SİMA Token” və sair) alınması;
  • Xarici əməkdaşlar üçün miqrasiya sənədlərinin hazırlanması;
  • Mühasibat uçotunun qurulması və aparılması, habelə;
  • Konsultasiya xidməti təklif edirik.

Qiymətlər sizin sifarişinizə uyğun, qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Mühasibat xidmətinin aparılması xidməti  bizə sifariş etsəniz, qeydiyyat xərclərinə yenidən baxa bilərik.

Azərbaycanda şirkət qeydiyyatı asan olduğu qədər də, məsuliyyətli işdir, bu proses bir sıra qanunvericilik aktlarının tətbiqi üzrə səriştələr tələb edir. Şirkətin qeydiyyatı işlərini bizə, “Accounting.Az” şirkətinə  həvalə etmək, bu işi qısa müddətdə və keyfiyyətli başa çatdırmaq deməkdir.

 

 

 

whatsapp