“AccountingAz”-la mühasibat uçotunun aparılması, regionun ən yaxşı mütəxəssisləri ilə əməkdaşlıq deməkdir. Bizim mühasiblər müxtəlif biznes sahələrində iqtisadi fəaliyyət zamanı meydana çıxan məsələlərin həlli ilə məşğul olur. Uzun illərin təcrübəsi yüksək keyfiyyətli mühasibat xidmətinə zəmanət verir.
Mühasibat uçotunun aparılması xidmətinin üstünlükləri
- maliyyə, vergi uçotunu peşəkar mühasib və auditorların aparması;
- uçotun beynəlxalq standartlarında dəyişikliyin tərəfimizdən daimi izlənməsi;
- mühasibat xidməti üzrə tam çeşidinin mövcudluğu;
- xidmətlərin keyfiyyətinə zəmanət, vaxtında icra;
- Bakıda mühasibat uçotu xidmətləri bazarında əlçatan qiymət;
- əməkdaşlıq üçün sifarişin sadəliyi;
- müştərilərin vaxtına və puluna qənaət;
- hər müştəriyə fərdi yanaşma.
Mühasibat xidməti nə vaxt sifariş edilir?
Mühasibat xidməti müxtəlif səbəblərdən sifariş edilə bilər, məsələn:
- yeni maliyyə problemlərinin həlli üçün əlavə kadr resurslarına ehtiyac yarandıqda;
- yeni yaradılmış müəssisənin mühasibatlığında səriştəli mühasibin olmadıqda.
Belə hallarda edilən səhvlər maliyyə sanksiyalarına səbəb olur. Bunun baş verməməsi üçün Bakıda mühasibat uçotu xidmətləri göstərən şirkətlərə müraciət etmək mümkündür. Əsasən autsorsinq əsasında işləyən belə müəssisələrə mühasibatlığın birdəfəlik işlərini də həvalə etmək olar.
“AccountingAz” konsaltinq şirkəti müştərilərə müxtəlif mühasibat xidmətinin autsorsinqini təqdim edir. Şirkətin xidmətinə aşağıdakı istiqamətlər aiddir:
- mühasibatlıq;
- vergilər, vergitutma;
- kadr uçotunun qurulması;
- təşkilati-hüquqi xidmətlər.
Mühasibat uçotunun aparılması xidmətinin tərkibinə nələr daxildir?
“AccountingAz”-ın xidmət paketinin tərkibi genişdir, aşağıda onlardan bəziləri verilib:
- ilkin uçot sənədlərinin qanunvericiliyə uyğunluğunun yoxlanılması, 1C proqramına daxil edilməsi;
- əsas vəsaitlərlə əlaqədar əməliyyatlar, amortizasiya hesablanması;
- saxlanma yerlərində, habelə maddi məsul şəxslər üzrə mal-material ehtiyatlarının uçotu;
- kassa kitabı, xəzinədarın hesabatı tərtib edilməsi;
- təhtəlhesab şəxslərlə hesablaşmalar, avans hesabatların tərtibi, ezamiyyələrin, məzuniyyətin hesablanması;
- bank ödəniş sənədlərinin tərtibi, hesablar üzrə əməliyyatlar;
- təchizatsızlarla hesablaşmalar üzrə mühasibat xidməti;
- ilkin sənədlər, mühasibat uçotu ilə bağlı məsləhətlərin verilməsi;
- işçilərlə əmək haqqı üzrə hesablamalar, vergilərin, digər icbari ödənişlərin hesablanması, ödəniş tapşırıqlarının hazırlanması;
- beynəlxalq standartlara uyğun hesabatların hazırlayıb göndərilməsi;
- mühasibat uçotunun aparılması üzrə sair əməliyyatlar.
Bizim xidmətlərin tam çeşidi ilə aşağıdakı nömrələrə zəng edərək tanış ola bilərsiniz:
Niyə biz?
Bəzən etibarlı, yüksək səriştəli mühasib tapmaq çox çətin olur. Çünki belə mühasiblər Bakıda adətən mühasibat uçotu xidmətləri göstərən konsaltinq şirkətlərində çalışır.
“AccountingAz”-la əməkdaşlığın üstünlükləri:
- xidmətlərin tam çeşidi;
- beynəlxalq uçot standartlarının daimi izlənməsi;
- hüquqi dəyişikliklərin müntəzəm monitorinqi;
- Bakıda mühasibat xidməti bazarında əlçatan qiymət;
- keyfiyyətə zəmanət, vaxtında icra;
- Müştərilərin vaxtına və puluna qənaət;
- Rahat əməkdaşlıq, xidmətinin sadə sifarişi;
- peşəkar mühasiblərdən ibarət komanda;
- hər müştəriyə fərdi yanaşma.
Xidmətin qiyməti necə hesablanır?
Müştərilərimizə Bakıda müxtəlif mühasibat xidməti üzrə sərfəli qiymətlərini təklif edirik. Qiymətə:
- xidmətin birdəfəlik yaxud daimi olması;
- sənəd dövriyyəsinin həcmi;
- işin mürəkkəblik səviyyəsi və sair kimi amillər təsir edir.
“Accounting.Az”-ın təqdim etdiyi kalkulyatorla baza qiymətin özünüz də hesablaya bilərsiniz, hesablanma qaydası asandır. Mühasibat uçotunun aparılması xidmətinin yekun qiymətini bizim menecer sizin uçot məlumatlarınız əsasında dəqiqləşdirir.
Kiçik və orta sahibkarlıq subyektlərində uçotun təşkili həm sənəd dövriyyəsi, həm də hüquqi məsuliyyət baxımından az xərc tələb edir. “Accounting.Az” az işçi sayına malik kiçik müəssisələrə, fərdi sahibkarlara nisbətən aşağı xidmət qiymətlə xidmət göstərir.
İri müəssisələrdə mühasiblər hesabatların hazırlanmasına, vergi kargüzarlığına daha çox vaxt sərf edirlər. Bizim konsaltinq şirkəti sizin uçot işlərinin bir hissəsini yaxud hamısını öhdəsinə götürə bilər. Qiymət müəssisənin miqyasından, sənəd dövriyyəsinin həcmindən asılıdır.
Xidməti, onun fərqli variantlarını necə sifariş etmək olar?
Müştərilərə xidmətinin bir neçə növünü təklif edirik.
a) daimi əsasla həyata keçirilən kompleks mühasibat xidməti;
b) təqdim edilmiş ilkin sənədlər əsasında mühasibat uçotunun aparılması.
Xidmətlərinin sifarişi çox sadədir. Bunu:
- telefonla (+99412 598 37 98);
- onlayn messengerlərdə;
- ofisdə edə bilərsiniz.
Sizin üçün əlverişli üsulla bizimlə əlaqə saxlayın. WhatsApp-a yazsanız yaxud “Geriyə zəng” xidmətindən yararlansanız, sizə zəng edərik.
Mühasibat uçotunun aparılmasın “AccountingAz”a etibar etməklə, öz biznesinizə, onun inkişafına hər zaman arxayın olacaqsınız. Biz sizə yalnız mühasibat xidməti göstərməyəcək, həm də maliyyənizi artıracağıq.