Azərbaycanda vergi xidmətləri

Accounting.Az ilə vergi xidmətləri

Biz yerli və xarici investisiyalı biznesə Azərbaycanda vergi xidmətləri göstəririk. Xidmətlərdən fiziki şəxslər, əcnəbilər, mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslər yararlana bilər. Bizim konsaltinq şirkəti vergitutma sahəsində yüksək səviyyəli peşəkar mütəxəssislərdən ibarət komandaya malikdir. Müxtəlif sənaye sahələrində toplanmış zəngin təcrübəmiz, vergi güzəştləri və azadolmaları düzgün tətbiq etməklə, müştərilərimizin vergi yükünü optimal şəkildə idarə etməsinə şərait yaradır.

Vergi sahəsində uzun illərin təcrübəsinə malik Accounting.Az MMC-nin xidmətləri operativliyi, rahatlığı və keyfiyyəti ilə seçilir.

Şirkətimiz vergi konsultasiyası, bəyannamələrin hazırlanması, vergi yoxlamalarına hazırlıq və daha geniş miqyasda vergi risklərinin idarə edilməsi kimi xidmətləri təklif edir.

Bizim əsas məqsədimiz biznes sahiblərinin vergi öhdəliklərini qanun çərçivəsində səmərəli həll etməkdir. Əgər siz də vergilər, rüsumlar və digər məcburi ödəmələrin məbləğini qanuni yollarla azaltmaq və resurslarınızı daha effektiv istifadə etmək istəyirsinizsə, müraciət edin — sahədə özünəməxsus təcrübəyə malik vergi məsləhətçilərimiz sizə kömək edər.

Sizə fərdi yanaşma nümayiş etdirir, vergi planlaşdırması və digər öhdəliklərinizi ən sərfəli və təhlükəsiz şəkildə icra etməyiniz üçün dəstək göstəririk.

Bizim vergi xidmətlərimiz

Vergi hesabatlarının və bəyannamələrin hazırlanması bu sahədə ən çox tələb olunan xidmətlərdəndir. Xidmətin baza qiymətini bizim "Kalkulyator" vasitəsi ilə hesablamaq olar. Hər bir biznes strukturunda ildə ən azı bir dəfə vergi yoxlaması aparılır. Onu minimal maliyyə itkisi ilə başa vurmaq üçün vergi yoxlamasına hazırlıq xidməti mühüm rol oynayır. Biz vergi xidmətlərini yalnız müqavilə əsasında göstəririk. Xidmətlərin göstərilməsi üçün müqavilələr birdəfəlik yaxud uzunmüddətli əməkdaşlıq çərçivəsində bağlana bilər. Vergi üzrə peşəkar dəstək almaq istəyirsinizsə, bizə müraciət edin — xidmətlərimiz keyfiyyətli və qiymətcə sərfəlidir.

whatsapp
error: Content is protected !!