Bakıda vergi planlaşdırılması xidməti: vergi yükünü qanuni yolla azaldın

Hər sahibkar sahibkarı eyni sual düşündürür: qazanılan gəlirin nə qədəri vergiyə gedir və bu xərci qanun pozuntusuna yol vermədən azaltmaq mümkündürmü?

Məqsədəuyğun və əvvəlcədən planlaşdırılmış vergi strategiyanız varsa, cavab birmənalı olaraq bəlidir.

Accounting.Az komandası olaraq Bakıda və Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən şirkətlərə, fərdi sahibkarlara və fiziki şəxslərə vergi planlaşdırılması və vergi optimallaşdırılması xidməti göstəririk. Əsas məqsədimiz Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan güzəşt və imkanlardan düzgün istifadə edərək biznesinizin vergi yükünü azaltmaq, eyni zamanda sizi vergi riskləri və cərimələrdən qorumaqdır.

Vergi planlaşdırılması nədir?

Vergi planlaşdırılması – qanunvericiliyə riayət etməklə vergi öhdəliklərinin leqal yolla minimallaşdırılması prosesidir. Başqa sözlə, bu, vergidən qaçmaq deyil, qanunun nəzərdə tutduğu rejimlərdən, güzəştlərdən, azadolmalardan və uçot metodlarından məqsədyönlü istifadə etməkdir.

Təcrübədə vergi planlaşdırılması ilə vergi optimallaşdırılması anlayışları bir-birini tamamlayır. Hər ikisinin əsas hədəfi vergi ödənişlərini öncədən proqnozlaşdırmaq, xərcləri azaltmaq və şirkətin maliyyə dayanıqlığını möhkəmləndirməkdir. Düzgün qurulmuş plan biznesə təkcə qənaət gətirmir, həm də qərar qəbul etməyi asanlaşdırır: yeni layihəyə başlayarkən, investor cəlb edərkən və ya fəaliyyəti genişləndirərkən vergi nəticələrini əvvəlcədən görmək mümkün olu

Vergi planlaşdırılması ilə vergidən yayınma arasındakı fərq

Bu iki məfhum arasındakı incə sərhədi bilmək çox vacibdir. Çünki o sərhəd keçiləndə qənaət dediyiniz amil ciddi hüquqi riskə çevrilir.

  • vergi planlaşdırılması tamamilə leqal alətlərə söykənir və bütün əməliyyatların real iqtisadi məzmununa cavab verir.
  • vergidən yayınma isə gəlirlərin gizlədilməsi, saxta sənədləşmə və süni əməliyyatlarla qanunun pozulmasıdır ki, buna görə də inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur.

Biz yalnız birinci yolu seçirik: təklif etdiyimiz hər bir həll Vergi Məcəlləsinə və uçot qaydalarına tam uyğundur, vergi orqanları qarşısında əsaslandırıla bilir. Unutmayın ki, vergi orqanları əməliyyatın formal tərəfinə deyil, mahiyyətinə baxır. Buna görə də hazırladığımız hər bir vergi planı real biznes məntiqinə əsaslanır.

Vergi planlaşdırılması hansı sahələri əhatə edir?

Vergi planlaşdırılması biznesin fəaliyyətinin müxtəlif mərhələlərində tətbiq olunur:

  • Vergitutma rejiminin seçimi. Fəaliyyət növündən, dövriyyədən və işçi sayından asılı olaraq ümumi vergitutma qaydası ilə sadələşdirilmiş vergi rejimi arasında seçim biznesin xalis gəlirinə birbaşa təsir edir.
  • ƏDV planlaşdırılması. ƏDV-yə qeydiyyatın vaxtı, hesablaşmaların qurulması, azad edilmiş və güzəştli əməliyyatların düzgün uçotu.
  • Mənfəət vergisi və gəlir vergisi. Xərclərin vergi məqsədləri üçün düzgün tanınması, amortizasiya metodlarının seçilməsi, zərərlərin sonrakı dövrlərə keçirilməsi imkanları.
  • Vergi güzəştləri və azadolmalar. Müəyyən fəaliyyət sahələri, iqtisadi zonalar və sənaye məhəllələri üzrə qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə imkanlarının araşdırılması.
  • Biznes strukturunun qurulması. Yeni şirkət yaradılarkən hüquqi formanın, təsisçi strukturunun və fəaliyyət modelinin vergi baxımından qiymətləndirilməsi.
  • Beynəlxalq əməliyyatlar. Xarici tərəfdaşlarla işləyən şirkətlər üçün ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi və xaricə ödənişlərdə vergi öhdəliklərinin müəyyən edilməsi.
  • Fiziki şəxslər. Gəlir mənbələrinin, əmlakın və investisiyaların vergi baxımından düzgün idarə olunması.

Hər istiqamətdə konkret nəticə şirkətin fəaliyyət xüsusiyyətlərindən asılıdır. Buna görə universal “hazır sxem” təklif etmirik: hər müştəri üçün ayrıca təhlil aparılır.

Vergi planlaşdırılmasının üstünlükləri

Düzgün aparılmış vergi planlaşdırılması biznesinizə aşağıdakı üstünlükləri qazandırır:

  • vergi yükünün qanuni çərçivədə azalması və vəsaitlərin inkişafa yönəldilməsi;
  • vergi ödənişlərinin vaxtını və məbləğini əvvəlcədən proqnozlaşdırmaq imkanı;
  • vergi yoxlamaları zamanı cərimə və əlavə hesablamalar riskinin azalması;
  • mühasibat və vergi uçotunun sistemli qurulması;
  • investorlar, banklar və tərəfdaşlar qarşısında şəffaf maliyyə mənzərəsi;
  • yeni layihə və ya genişlənmə qərarlarının vergi nəticələrini əvvəlcədən qiymətləndirmək imkanı.

Xidmətimizə nələr daxildir?

Vergi planlaşdırılması və optimallaşdırılması xidməti çərçivəsində aşağıdakı işləri görürük:

  1. mövcud vergi və mühasibat uçotunun hüquqi təhlili, sənədlərin yoxlanılması;
  2. cari vergi yükünün hesablanması və vergi ödənişlərinin xərclərdə payının müəyyən edilməsi;
  3. biznesə uyğun vergitutma rejiminin və tətbiq oluna bilən güzəştlərin müəyyən edilməsi;
  4. vergi risklərinin, uçot boşluqlarının və potensial cərimə hallarının aşkarlanması;
  5. fərdi vergi optimallaşdırma planının və tövsiyələr hesabatının hazırlanması;
  6. planın tətbiqi zamanı mühasibat və vergi uçotunun uyğunlaşdırılması;
  7. nəticələrin izlənməsi və qanunvericilik dəyişdikdə planın yenilənməsi.

Vergi planlaşdırılması necə həyata keçirilir?

Xidməti dörd mərhələdə təqdim edirik.

İlkin görüş

Sizinlə biznesinizin fəaliyyəti, məqsədləriniz və mövcud vergi vəziyyətiniz barədə danışırıq. Bu mərhələdə potensial imkanları ilkin qiymətləndirir, işin təxmini müddətini və xidmətin əsas şərtlərini müzakirə edirik.

Təhlil

Biznesin strukturunu, müqavilələri, maliyyə göstəricilərini və uçot sistemini öyrənirik. Yalnız bundan sonra vergi optimallaşdırılmasının real çərçivəsi müəyyən edilir.

Vergi planının hazırlanması

Nəticədə sizin biznesinizə uyğunlaşdırılmış fərdi plan və hesabat təqdim olunur. Hesabatda sadədən mürəkkəbə doğru müxtəlif optimallaşdırma variantları, onların üstünlükləri və vergi riskləri izah edilir. Hansı variantı seçəcəyinizə siz qərar verirsiniz.

Tətbiq və nəzarət

Seçilmiş plan həyata keçirilir, göstəricilər izlənir, qanunvericilikdə dəyişiklik olduqda isə plana düzəlişlər edilir. Vergi planlaşdırılmasının nəticəsi ölçülə bilən olmalıdır: qənaəti rəqəmlərlə göstərməyə çalışırıq.

Bu xidmət kimlər üçün vacibdir?

  • yeni şirkət açmağı planlaşdıran sahibkarlar;
  • fəaliyyəti genişlənən və vergi yükü artan müəssisələr;
  • vergi yoxlamasına hazırlaşan və ya yoxlamadan sonra uçotunu qaydaya salmaq istəyən şirkətlər;
  • xarici tərəfdaşlarla işləyən və ya xaricdən investisiya cəlb edən şirkətlər;
  • müxtəlif gəlir mənbələri olan fiziki şəxslər.

Niyə vergi planlaşdırılmasını Accounting.Az-a həvalə etməlisiniz?

  • Komandamızda vergi mütəxəssisləri ilə yanaşı, mühasibat uçotu üzrə ekspertlər çalışır. Biz vergi modelini mühasibatlıqdan ayrı görmürük.
  • Vergi yoxlamalarının praktiki tərəfini yaxşı bilirik və tövsiyələrimizi real tələblərə əsasən veririk.
  • Təklif etdiyimiz bütün variantlar qüvvədə olan qanunvericiliyə əsaslanır və sənədlərlə təsdiqlənə bilər.
  • Hər müştərinin fəaliyyəti fərqlidir, ona görə şablon həllər yox, konkret biznesə uyğun plan hazırlayırıq.
  • Lazım gələrsə, vergi planı ilə yanaşı mühasibat uçotu, vergi bəyannamələrinin təqdimi, audit və hüquq xidmətlərini də eyni komandadan ala bilərsiniz.
  • Şirkətimiz PrimeGlobal beynəlxalq şəbəkəsinin üzvüdür.

Planlaşdırma zamanı hansı amillər nəzərə alınır?

Eyni vergi həlli iki fərqli şirkət üçün müxtəlif nəticə verə bilər. Ona görə plan hazırlayarkən aşağıdakı məqamları ayrıca qiymətləndiririk:

  • fəaliyyət sahəsi və gəlirin mənbəyi (xidmət, ticarət, istehsal, idxal-ixrac);
  • illik dövriyyə, gözlənilən artım və işçi sayı;
  • müştəri və təchizatçı strukturu, müqavilə şərtləri;
  • xarici ölkələrlə əməliyyatların mövcudluğu;
  • mühasibat uçotunun keyfiyyəti və sənəd dövriyyəsinin vəziyyəti;
  • şirkətin qısa və uzunmüddətli məqsədləri: genişlənmə, investisiya cəlbi, yeni bazara çıxış.

Məxfilik

Müştərilərimizin maliyyə və kommersiya məlumatlarının təhlükəsizliyi tam təmin edilir. Əməkdaşlarımızla məxfilik müqaviləsi bağlanır, məlumatların qorunması isə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilir.

Xidmətin qiyməti

Vergi planlaşdırılmasının dəyəri biznesin həcmindən, fəaliyyət sahəsindən, uçotun vəziyyətindən və işin mürəkkəbliyindən asılıdır. Buna görə qiymət hər müştəri üçün fərdi hesablanır və xidmət müqavilə əsasında göstərilir. İlkin görüşdə xidmətin baza qiymətini sizə izah edirik.

Tez-tez verilən suallar

Vergi planlaşdırılması qanunidirmi?

Bəli. Qanunun verdiyi güzəştlərdən və hüquqlardan istifadə etmək hər bir vergi ödəyicisinin qanuni haqqıdır.

Vergi planlaşdırılması nə vaxt aparılmalıdır?

Ən yaxşı vaxt biznesə başlamazdan və ya yeni layihəyə start verməzdən əvvəldir. Lakin artıq fəaliyyət gösterən şirkətlərdə də bunu tətbiq etmək mümkündür.

Vergi planlaşdırılması vergini tamamilə sıfırlayırmı?

Xeyr. Məqsəd vergini ləğv etmək deyil, onu qanun çərçivəsində optimal həddə çatdırmaq və düzgün idarə etməkdir.

Xidmət fiziki şəxslərə də göstərilirmi?

Bəli, xidmət həm hüquqi, həm də fiziki şəxslər üçün mövcuddur.

Vergi planlaşdırılmasına nə qədər vaxt lazımdır?

Müddət biznesin miqyasından və sənədlərin vəziyyətindən asılıdır. İlkin görüşdən sonra təxmini zaman çərçivəsini bildiririk.

Vergi yükünüzü birlikdə optimallaşdıraq

Biznesinizin vergi yükünü qanuni yolla azaltmaq və vergi risklərini minimuma endirmək istəyirsinizsə, Accounting.az mütəxəssisləri ilə əlaqə saxlayın. İlkin görüşdə vəziyyətinizi qiymətləndirib sizə uyğun yolu göstərəcəyik.



whatsapp
error: Content is protected !!