Kadr xidmətləri

Kiçik və orta biznes üçün kadr xidmətləri

Kiçik və orta biznes sahiblərinin ştat saxlamağa çox vaxt maliyyə baxımından imkanı olmur. Bu səbəbdən, mühasibatlıq və kadr işlərini bir mühasib yerinə yetirir. Amma bu halda, çox vaxt, qanunvericilikdəki dəyişiklikləri izləmək çətin olur.  Belə problemləri həll etmək üçün konsaltinq şirkətimizin autsorsinq əsaslı kadr xidmətləri sizə kömək edər. Əmək haqqının düzgün hesablanması, kadr konsaltinqi, insan resursları üzrə sənədləşmələr və digər kadr məsələlərini peşəkarlara etibar edin. Bizim kadr uçotu xidməti sayəsində siz, iş proseslərini etibarlı əllərə həvalə edə  bilər və biznesinizi qanunlara uyğun şəkildə idarə edə bilərsiniz.

Kadr konsaltinqi

Şirkətin uğuru üçün ən vacibi menecerin biliyi, onun insan resurslarını idarə etmək bacarığı, habelə kadr işlərini səmərəli qurmaqdır. Bu işlərin keyfiyyətli aparılması şirkətin bazarda əsas rəqabət üstünlüyü deməkdir. Buna necə nail olmaqla? Bizim kadr xidmətləri bu işdə sizə kömək edər.

Əgər sizə insan resursları üzrə uçotun qurulması, aparılması xidmətləri deyil, yalnız kadrların idarə edilməsi məsələləri üzrə peşəkar məsləhətlər lazımdırsa, bizim kadr konsaltinqi xidməti göstərən peşəkarlara müraciət edə bilərsiniz.

Bakıda kadr xidmətləri göstərən əməkdaşlarımız müəssisələrin kadr uçotu sənədlərini qısa müddətdə Əmək Qanunvericiliyinin tələblərinə uyğunlaşdıra bilərlər.

Bizim kadr xidmətləri

Bizim üstünlüklərimiz: Davamlı kadr xidmətləri, təcrübə və ekspertiza, şəffaflıq və nəzarət, keyfiyyətli kadr konsaltinqi, məlumatların qorunması bizim xidmətləri rahat, sərfəli və güvənli edir. Biz sənayenin müxtəlif sahələrində fərqli təşkilati formalara və istehsal həcminə malik müəssisələr üçün kadr xidmətləri təklif edirik. Biz əməkdaşlar sizin insan resursları üzrə mütəxəssisi onun işdə olmadığı müddətdə (analıq məzuniyyəti, xəstəlik, məzuniyyət və digər səbəblərdən) əvəz edə bilər.

whatsapp