Əməyin mühafizəsi xidmətinin autsorinqi
Əməyin mühafizəsini tənzimləyən hüquqi aktlar
Azərbaycan qanunvericiliyi əməyin mühafizəsi sahəsində müəssisələrə, onların rəhbərlərinə yüksək tələblər müəyyən edir. Təhlükəsiz əmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 35), işəgötürənlərin təhlükəsiz iş şəraitini təmin etmək öhdəlikləri Əmək Məcəlləsində (maddə 215) təsbit edilib.
Bu sahədə pozuntular şirkətin fəaliyyətinin dayandırılmasına, vəzifəli şəxslərin cəzalandırılmasına qədər inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Təşkilatda təhlükəsiz iş şəraitinin yaradılması qanunvericilik normalarına riayət etməklə yanaşı, işçilərin gözündə şirkətin imicini qaldırır, uzunmüddətli rəqabət qabiliyyətini təmin edir.
Əməyin mühafizəsi tədbirləri həm şirkətin özü tərəfindən, həm də əməyin mühafizəsi üzrə autsorsing xidmətləri göstərən şirkətin cəlb edilməsi ilə həyata keçirilə bilər.
“Accounting.Az” konsaltinq şirkəti sizə əməyin mühafizəsi xidmətinin autsorsinqini təklif edir.
Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik. Bizim peşəkarlar sizi həvəslə cavablandırar!
İşçilərin sayı 50-dən çox olan müəssisələrdə əməyin mühafizəsi xidmətinin yaradılması məcburidir. Əməyin mühafizəsi işlərinin həcmi o qədər də böyük olmayan kiçik müəssisələrdə əməyin mühafizəsi işinin təşkilində autsorsinqdən istifadənin iki danılmaz üstünlüyü var:
Eyni zamanda kənar mütəxəssis sizin müəssisədə əməyin mühafizəsini tam təmin etmək üçün öz iş vaxtının bir hissəsini sərf edir və ödənişi buna görə edirsiniz.
Əgər zəng edə bilmirsinizsə, WhatsApp-a yazın yaxud “Geriyə zəng” xidmətindən istifadə edin. Biz sizə zəng edə bilərik.
“Accounting.Az” konsaltinq şirkəti autsorsinq xidmətlərinin icrası zamanı cavabdeh şəxslər üçün əməyin mühafizəsinə dair vəzifə təlimatı hazırlayır, iş yerlərinin attestasiyasını aparır, əməyin normalaşdırılmasını həyata keçirir. Həmçinin kollektiv müqavilənin tərtibi, razılaşdırılması, qəbulu prosesini də bizim peşəkarlara həvalə edə bilərsiniz.
Xidmət müqavilə əsasında aparılır, qiymətlər fərdidir, sifariş ediləcək işin həcmindən asılıdır.
Xidməti sifariş etmək, xidmətin baza qiymətini dəqiqləşdirmək üçün ”Əlaqə” səhifəmizə keçid almaq kifayətdir.