0-dan kadr uçotunun aparılması xidməti

Kadr uçotunun aparılması nədir?

Heç olmasa bir dəfə Dövlət Əmək Müfəttişliyi yaxud Prokurorluq tərəfindən yoxlamaya məruz qalmış müəssisə rəhbəri başa düşür ki, kadr uçotunun aparılması, aparılmamasından yaxud qismən aparılmasından daha sərfəlidir. İşçilərlə əmək münasibətləri sisteminin qanuna uyğun qurulduğu, kadr sənədlərinin düzgün tərtib edildiyi şirkətdə işçilərin işəgötürəni əmək müfəttişliyinə şikayət etmək hədəsinə demək olar ki, rast gəlinmir. Həm də, düzgün aparılmayan kadr kargüzarlığı cərimə və sanksiyalar şəklində əlavə maliyyə itkisi deməkdir.

Kadr uçotunun aparılması – təkcə əmək müqaviləsi bağlandığı andan ona xitam verildiyi tarixə qədər deyil, həm də işdən azad olunduqdan sonra yarım əsrdən çox müddətdə işçi ilə münasibətlərin sənədli tənzimlənməsinə yönəlmiş tədbirlər kompleksidir. 

İşçi  və işəgötürən arasında qarşılıqlı münasibətlər sənədlə rəsmiləşdirilir, buna isə bilik, təcrübə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, digər qanunvericiliyik aktlarının daimi monitorinqi tələb olunur.

İstənilən yüksək ixtisaslaşmış sahədə olduğu kimi, kadr uçotunun aparılmasın işlərinin digər işçilərə (katibələrə, mühasiblərə, menecerlərə) deyil, insan resursları üzrə mütəxəssislərə həvalə edilməsi daha düzgündür. Hətta, kadr kargüzarlığı üzrə kompüter proqramlarından istifadə etməklə proseslərin tam avtomatlaşdırılması hazırda illüziyadır, çünki onlar əmək hüququ problemlərini anlayan mütəxəssis üçün köməkçi vasitə kimi nəzərdə tutulub.

Bu gün “Accounting.Az” konsaltinq şirkətində autsorsinq çərçivəsində fəaliyyət göstərən işçilər əmək hüququ sahəsində ixtisaslaşmış, praktiki təcrübəyə malik mütəxəssislərdir.

Mürəkkəbliyə, problemlərə baxmayaraq, insan resursları üzrə uçot istənilən müəssisənin fəaliyyətinin tərkib hissəsidir. Biz bu məsələni tam dərk edərək, istənilən biznes üçün qeyri-profil sahə olan bu funksiyanı öz üzərimizə götürməyə hazırıq. Bizim xidmət sizi Dövlət Əmək Müfəttişliyi Xidmətinin, digər nəzarətedici qurumların sanksiyasından qoruyar.

Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik. Bizim peşəkarlar sizi həvəslə cavablandırar!

+994123100929

+994125983798  

Əməkdaşlar  üzrə uçotun aparılması qanunla məcburidir, düzgün aparılmayan kadr kargüzarlığı təkcə maliyyə itkiləri deyil, habelə cinayət tərkibi daşıya bilər!

Kadr uçotunun aparılması xidmətinin tərkibinə nələr daxildir?

Sənədlərin qeydiyyatı sistemi 

  • əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu, mədaxil-məxaric kitabı;
  • əmək müqavilələrinin, onlara edilən dəyişiklik və əlavələrin Əmək Münasibətləri və Məşğulluq altsistemində (ƏMAS) elektron qeydiyyatı;
  • işçilər üzrə əmrlərin qeydiyyatı jurnalı;
  • iş vaxtının uçotunun qeydiyyatı kitabı;
  • əməyin təhlükəsizliyi üzrə təlimatların qeydiyyatı jurnalı.

Kadr kargüzarlığının aparılması

  • əmək kitabçası: yeni işçi üçün kitabçanın rəsmiləşdirilməsi, işə qəbul, işçinin hərəkəti, işdən çıxma qeydləri, əmək kitabçası və içliklərin hərəkəti, mədaxil-məxaric kitablarında qeydlər;
  • əmək müqavilələri: müqavilənin nümunəvi mətninin hazırlanması, yeni qəbul edilmiş işçilərə müqavilənin, onlara dəyişikliklərin, əlavələrin  rəsmiləşdirilməsi, müqaviləyə xitam verilməsi, əmək müqavilələsi üzrə əməliyyatların elektron qeydiyyatı;
  • ştat cədvəli və iş rejimi: ştat cədvəlinin tərtib edilməsi, dəyişikliklərin edilməsi, ƏMAS-da elektron qeydiyyat, növbəli iş rejiminə (vaxt metodu) dair qrafiklərin tərtib edilməsi;
  • kadrlar üzrə əmrlər: cari əmrlərin (işə qəbul, yerdəyişmə, işdən azad etmə) qeydiyyatı, xəstəlik vərəqlərinin, analıq məzuniyyətinin qeydiyyatı;
  • məzuniyyət hüququ: cədvəlin hazırlanması, əmək, təhsil, yaradıcılıq, sosial, ödənişsiz məzuniyyətlərin Əmək Məcəlləsinə uyğun rəsmiləşdirməsi, məzuniyyət müddətinin hesablanması, tələb olunan və istifadə edilmiş təqvim günlərinin hesablanması, illik ödənişli məzuniyyətlərinin istifadəsi ilə bağlı cari məlumatların tərtibatı;
  • əməkdaşın şəxsi vərəqi: işə qəbul zamanı işçi haqqında məlumatların doldurulması, stajın hesablanması, hərbi mükəlləfiyyət üzrə qeydlərin aparılması, məzuniyyətlər haqqında məlumatlar və sair.

Müəssisədaxili lokal normativ qaydalar: 

  • Daxili intizam qaydaları, işçilərin şəxsi məlumatlarından istifadə haqqında təlimat, işçiyə ödənişlər haqqında əsasnamə, əməyin mühafizəsi təlimatları, vəzifə təlimatları;
  • maddi məsuliyyət haqqında müqavilənin nümunəvi forması, işçi müraciətləri üzrə müvafiq formaların tərtibi (lazım olduqda);
  • digər lokal normativ aktlar (sifarişçi ilə əlavə razılaşma əsasında).

Kadr uçotunun autsorsinqdə aparılmasının  nəticələri

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinin, digər qanunvericiliyik aktlarının tələblərinə uyğun şirkətinizdə düzgün kadr uçotunun aparılması;
  • İşə qəbul, yerdəyişmələr, habelə əmək müqaviləsinə xitamın vaxtında qeydiyyatı (müştəri məlumatları vaxtında təqdim etdikdə);
  • İşəgötürəni işçilərin, Əmək Müfəttişliyinin, digər dövlət orqanlarının iddialarından qorunması.

Kadr uçotunun aparılması xidmətinin qiyməti haqqında öyrənmək üçün bizim saytda sizin üçün rahat əlaqə vasitəsini seçib sorğu yazmağınız kifayətdir. Bizim peşəkarlar sizin sorğunuza uyğun ilkin qiyməti hesablayar. Sonra müzakirə edərik!

Biz həmçinin digər kadr xidmətləri də təklif edirik. Bunlara kadr uçotunun qurulması, kadr sənədlərinin auditi, işçilərlə hesablaşmaları nümunə göstərə bilərik.

Məlumat almaq istəsəniz WhatsApp-a yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Biz sizə zəng edərik!

+994125983798  

whatsapp