Müəssisədə kadr uçotunun qurulmasın haradan başlayacağınıza əmin deyilsiniz? Kadr sənədlərini qanuna uyğunlaşdırmaq lazımdır? Mövcud kadr uçotunu sahmana salmaq istəyirsiniz? “Accounting.az” konsaltinq şirkətinin ixtisaslı mütəxəssisləri sizə kömək edəcək!
Əgər, siz, fəaliyyətə yeni başlamışsınızsa yaxud ilk işçini işə götürən fərdi sahibkarsınızsa – peşəkarların xidmətlərindən yararlanaraq kadr uçotunu dərhal düzgün qurmaq daha yaxşıdır.
Unutmayın ki, kadr uçotu qanunla ciddi tənzimlənir, mühasibat uçotu kimi onun da aparılması məcburidir. Əks təqdirdə tənzimləyici orqanların cərimə və sanksiyalarına hazır olun.
Əgər şirkətiniz artıq fəaliyyətdədirsə, amma kadr uçotunun aydın sistemi yoxdursa, pozuntular mümkündürsə – bu halda əvvəlcə kadr uçotunun auditi aparılacaq, kadr sənədlərinin vəziyyəti, etibarlılığı qiymətləndiriləcək, səhvlər müəyyən ediləcək. Növbəti addım bütün çatışmalıqların qüvvədə olan standartlara uyğun aradan qaldırılması, kadr uçotunun müəyyən edilmiş qaydalar çərçivəsində təşkili olacaq.
Biz, fəaliyyətindən, işçi heyətindən asılı olmayaraq həm şirkətlər, həm də fərdi sahibkarlar üçün kadr uçotunun qurulması xidmətləri göstəririk.
“Accounting.az” konsaltinq şirkətinin autsorsinq əsaslı kadrların uçotunun qurulması xidməti sizi tam ştatlı mütəxəssis saxlamaq, ona aylıq əmək haqqı vermək ehtiyacından azad edəcəkdir. Həm də, işçilərin əmək məsələləri ilə bağlı iddialarının həllinə sərf olunan vaxtınız və xərcləriniz əhəmiyyətli dərəcədə azalacaq.
Biz həmçinin kadr uçotunun aparılması, kadr sənədlərinin auditi, işçi heyəti üzrə hesablaşmalar, əməyin mühafizəsi xidmətlərini də təklif edirik.
Bizim +99412 310 09 29 yaxud +99412 598 37 98 nömrələrinə zəng edib xidmətlərimiz haqqında əlavə məlumat ala bilərsiniz.
Kadr uçotunun qurulmasının əsas mərhələləri
Bakıda konsaltinq xidmətləri bazarında uğurla fəaliyyət göstərən “Accounting.az” sizə müqavilə əsasında aşağıdakı xidmətləri təklif edir:
Müqavilə qüvvəyə mindiyi andan bitənə qədər biz sizə kadr uçotunun qurulması xidmətini təqdim edirik. İşə başlamaq üçün əməkdaşlarınız haqqında müvafiq məlumatları mütəxəssisimizə vermək kifayətdir. Bunu e-poçtla yaxud şirkətimizin ofisində şəxsən kağız daşıyıcıda təqdim edə bilərsiniz. Məlumatları ötürməyin ən əlverişli yolunu siz seçirsiniz.
Diqqətinizə çatdırırıq ki, sizin əməkdaşların şəxsi məlumatlarının açıqlanmaması ilə bağlı müqavilə imzalayırıq – bu, bizim etibarlılığımızın, sizin bizə verdiyiniz məlumatların məxfiliyinin təminatıdır.
Xidmətin qiyməti fərdi qaydada, sizinlə müzakirə edilərək təyin edilir.
İstəyinizə uyğun kadr uçotunun qurulması üzrə unikal qiymət təklifi əldə etmək üçün WhatsApp-a (+99450 225 82 05) yazın yaxud “Geriyə zəng” xidmətindən istifadə edin. Biz sizə zəng edərik!
Kadr uçotu xidmətlərinin autsorsinqinin üstünlükləri nələrdir?
“Accounting.az” konsaltinq şirkəti ilə xidmət müqaviləsi bağlamaqla, siz bunlara qənaət edirsiniz:
İndi sizin kadr uçotunun qurulması xidmətinin autsorsinqini sınamaq, dəstəyimizin bütün imkanlarını qiymətləndirmək şansınız var. Bunun üçün veb saytımızda sorğu buraxmağınız kifayətdir.