Konsaltinq xidmətləri | Accounting.Az

Konsaltinq xidməti nədir?

Şirkətlər rəqabət qabiliyyətini, bazar paylarını artırmaqda maraqlıdırlar. Bəzən daxili resurslar, şəxsi təcrübə buna kifayət etmir. Bu zaman kənar mütəxəssislərin təklif etdiyi konsaltinq xidmətləri köməyə gəlir. Kənar məsləhətçi yaxud konsaltinq şirkətləri çatışmayan resurs və təcrübəni qısa zamanda əldə etməyə yardım edirlər.

Mahiyyətcə konsaltinq məsləhət verilməsidir, amma, xidmətin əhatəsi yalnız bununla bitmir. Onun köməyi ilə bir sıra məsələlər həll edilir, məsələn – biznesin rəqabət qabiliyyətinin artırılması. Daha dar çərçivədə, konsaltinq xidmətinə mühasibat uçotu sahəsində problemlərin həlli yaxud vergi qanunvericiliyi üzrə sualların cavablandırılmasını nümunə göstərmək olar.

Konsaltinq xidmətləri dedikdə, bir qayda olaraq, müştərinin cari problemlərinin həllinə autsorsinq şirkəti mütəxəssislərinin cəlb edilməsi başa düşülür. Məsləhətçi müəyyən müddət ərzində:

  • müştəri şirkətin işini öyrənir;
  • problemləri müəyyən edir;
  • onların səbəblərini tapır;
  • vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər sistemi hazırlayır.

Konsaltinq şirkətləri konsaltinq xidməti göstərən ixtisaslaşmış müəssisələrdir.

Bizim autsorsinq əsaslı xidmətlərimizin geniş çeşidi ilə daha ətraflı  nömrələrimizə zəng edib tanış ola bilərsiniz.

+994125983798

+994123100929

Konsaltinq şirkətlərinin təklif etdiyi xidmətlər

Adətən konsaltinq şirkəti aşağıdakı istiqamətlərdə xidmətlər təklif edir:

Hüquq konsaltinqi – buraya qanunvericiliklə bağlı məsələlərin həlli, normativ aktlara əməl olunması, onların konkret vəziyyətlərdə tətbiqi daxildir. Bu xidmət şirkətin fəaliyyətini qiymətləndirilməsi zamanı, vasitəçilər yaxud tərəfdaşlarla müqavilələr bağlayarkən, müəssisə genişləndirildikdə, yeni biznes layihələrin icrasına başladıqda düzgün qərarlar qəbul etməyə imkan verir.

Maliyyə konsaltinqi – vəsaitlərin, investisiyaların səmərəli idarə edilməsi, təşkilatın öz büdcəsinin bölüşdürülməsi zamanı tətbiq edilir. Bu cür xidmətlər:

  • yeni bazarlara daxil olduqda;
  • vergi yoxlamasından əvvəl;
  • şirkət satılarkən yaxud mülkiyyətçi dəyişməzdən əvvəl;
  • müflis elan olunduqda risklərin hesablanması üçün tələb oluna bilər.

“Accounting.Az” konsaltinq şirkəti tərəfindən təklif olunan “Mühasibat konsultasiyası” və “Vergi konsultasiyası belə xidmətlərdəndir.

Mühasibat konsaltinqi sahibkarlara, menecerlərə, mühasiblərə qanunvericilik aktlarında olan dəyişikliklərdən xəbərdar olmağa, düzgün hesabatlar tərtib etməyə,  vergi müfəttişlərinin iddialarından qaçmağa kömək edir.

Vergi konsaltinqi vergi qanunvericiliyi, Vergi Məcəlləsində olan mürəkkəb və spesifik məsələləri başa düşməkdə kömək edir.

İT konsaltinqi informasiya texnologiyalarından istifadə ilə bağlı xidmətdir. Buraya maliyyə, mühasibat, vergi, kadr uçotu üçün proqram təminatının seçilməsi və tətbiqi, kompüter avadanlığının düzgün işləməsi, müxtəlif biznes proseslərdə avtomatlaşdırılmış sistemlərdən istifadə, həmçinin məlumatların mühafizəsi sahəsində konsaltinq xidmətləri aiddir.

Kadr konsaltinqi çərçivəsində konsaltinq şirkətləri işçilər arasında daxili əlaqələrin qurulması, onların peşə səriştələrinin artırılması, yeni mütəxəssislərin seçilməsi üzrə müxtəlif məsləhətlər verə bilər.

Konsaltunq şirkətləri həmçinin, müəssisələrin marketinq, idarəetmə, tədris sahəsində də konsaltinq xidmətinə ehtiyacını təmin edə bilər.

Azərbaycanda konsaltinq xidmətləri bazarının tərkibi genişdir. “Accounting.Az” konsaltinq şirkəti bu bazarın təcrübəli iştirakçılarındandır.

İlkin müraciət üçün telefon nömrələri yuxarıda verilib. Əgər hər hansı səbəbdən zəng alınmasa WhatsApp-a  yazın yaxud  pulsuz “Geriyə zəng” sifariş edin.

+994502258205 

Bizim konsaltinq xidməti nələri əhatə edir?

Bakıda konsaltinq xidmətləri göstərən “Accounting.Az” müştərilərə xidmətlərin geniş spektrini təklif edir. Bizim konsaltinq şirkəti öz xidmətlərini aşağıdakı formada həyata keçirir:

  • problemi araşdırırıq;
  • proqnozlaşdırırıq;
  • fəaliyyəti təftiş edirik;
  • ekspert səviyyəsində məsləhət veririk;
  • həll yollarının hazırlayırıq;
  • bilavasitə icra edirik.

“Accounting.Az” konsaltinq şirkəti aşağıdakı istiqamətlərdə öz xidmətlərini sizə təklif edir.

  • fiziki və hüquqi şəxslərin qeydiyyatı, qeydiyyatın ləğvi, sənədlərdə dəyişikliklər;
  • mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması, mühasibat konsultasiyası;
  • maliyyə hesabatları, uçot məlumatları üzrə təminat xidmətləri, müxtəlif audit növləri;
  • vergi yoxlamasına hazırlıq, vergi bəyannamələri, vergi konsultasiyası;
  • kadr sənədləşməsi, əmək haqqı hesablanması, miqrasiya, əməyin mühafizəsi;
  • mühasibatlıqda kompüterdən istifadə, 1c, onlayn mühasibatlıq;
  • patent, əmtəə nişanları, əqli mülkiyyət üzrə sənədləşmə;
  • müqavilələrin, müraciət sənədlərinin hazırlanması, inventarizasiya;
  • idarəetmə, tədris, mentorluq və sair.

Konsaltinq xidmətlərini əhatə edən layihə işləri bir neçə müqavilə əsasında həyata keçirilə bilər. Müştərilərə layihə üzrə:

  • mərhələli iş;
  • mərhələli ödəniş;
  • xidmətlərin mərhələli qəbulunu təklif edirik.

“Accounting.Az” konsaltinq şirkəti əməkdaşları müştərilərlə təcrübələrini bölüşməyə hazırdırlar. İnformasiyaların qorunması, məxfilik öhdəlikləri konsaltinq xidməti göstərilməsinə dair müqavilədə öz əksini tapır, onlara ciddi əməl olunur.

Xidmətlər üzrə qiymətlər fərdidir, işin həcminə, sərf edilən vaxta görə qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Bizim “Əlaqə” səhifəmizə  keçid alın, sizin problemləri müzakirə edək, hər birimizə sərfəli şərtlərlə əməkdaşlığın əsasını qoyaq.

whatsapp