Əqli mülkiyyət hüququ üzrə sənədləşmələr

Əqli mülkiyyət hüququ nədir?

Əqli mülkiyyət insan zəkasının yaradıcılıq fəaliyyətinin nəticəsidir. Hüquq sistemləri əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edir. Kommersiya məqsədləri üçün istifadə edilən ixtiralar, proqram təminatı,  bədii, elmi, incəsənət əsərləri bu hüququn obyektləridir. 

Hər bir şirkət üçün dəyərli olan, mühasibat uçotunda müvafiq qaydada qeydə alınan əqli (yaxud intellektual) mülkiyyət fərqli xüsusiyyətlərə malikdir. Məsələn, sizin hazırda oxuduğunuz məqalə, xidmətlər haqqında digər məzmunlar xarakterik xüsusiyyətlərə malikdir. Uçotun aparılmasında istifadə edilən onlayn mühasibat proqramı, saytlarda müəyyən bir xidmətin göstərilməsi üçün istifadə olunan kompüter proqramı insanın yaradıcılıq fəaliyyətinin nəticələrinə özünəməxsus nümunələrdir.

Müəllif hüquqları sahəsində tənzimləmələr “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR-nın qanunları, digər qanunvericilik aktları vasitəsi ilə həyata keçirilir.

Dövlət tərəfindən nəzarət və hüquqların qeydiyyatı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, onun tabeliyində fəaliyyət göstərən “Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi” tərəfindən aparılır. 

İntellektual mülkiyyət növü, digərləri kimi, çox vaxt üçüncü şəxslərin qanunsuz hərəkətlərinə məruz qalır, bu səbəbdən də, hüquqi müdafiəyə ehtiyac duyur. Əqli mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi” , “Cinayət Məcəlləsi”, digər müvafiq qanunlarla müəyyən edilir.

Müəlliflik hüququ ilə qorunan obyektlərin sənədləşməsində, onlardan istifadədə olan səhvlər inzibati yaxud cinayət məsuliyyətilə nəticələnə bilər. Məsələn, ixtiraçılıq hüquqlarının pozulması 2000 manatadək cərimə, bəzi hallarda isə 2 ilədək azadlıqdan məhrum edilmə ilə nəticələnir. 

Təbii ki, əqli mülkiyyət hüququnun müdafiəsi üçün, ilk növbədə, bu hüquqlara malik olmaq, eləcə də hüquqları təsdiq edən, məsələn, əmtəə nişanları, patent, sertifikat, lisenziya müqaviləsi kimi sənədli sübutları əldə etmək lazımdır. 

Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik. Bizim peşəkarlar sizi həvəslə cavablandırar!

+994123100929

+994125983798  +994502258205

Patent, əmtəə nişanları, digər sənədli sübutların əldə edilməsi bir sıra sənədləşmə işləri tələb edir. Azərbaycan autsorsinq bazarında uzunmüddətli təcrübəyə malik “Accounting.az” konsaltinq şirkəti sizə müəlliflik hüququnun müxtəlif aspektlərini əhatə edən xidmətlər təklif edir.

Əqli mülkiyyət hüququnun sənədləşməsi üzrə xidmətimiz nələri əhatə edir?

  • Müştərinin digərlərinin intellektual mülkiyyət hüququnu pozmaması üçün  auditin aparılması

Heç kim səhvdən sığortalanmayıb, təsərrüfat fəaliyyətinin müəyyən mərhələsində digər müəlliflərin intellekt mülkiyyət hüququ sizin tərəfinizdən pozula bilər, bu bilməyərəkdən də baş verə bilər. Amma bilməmək heç kimi məsuliyyətdən azad etmir.  Vaxtında xəbərdar olmaq sizi maliyyə itkilərindən, cinayət məsuliyyətindən qoruyar. “Accounting.az” konsaltinq şirkətinin əməkdaşları istifadə olunan əqli mülkiyyət obyektlərinin  eyniliyinin, fərdiləşdirmə elementlərinin ekspertizasını, istifadənin qanunauyğunluğunu analiz edib, sizə auditor rəyi hazırlayacaqlar.  

  • Əqli mülkiyyət üzrə müqavilələrin hazırlanması, təhlili

Sizin hansısa intellektual mülkiyyətinizin olması önəmli deyil, əsas onlara əqli mülkiyyət hüququnun nə dərəcədə rəsmiləşdirilməsidir.  Əqli mülkiyyət ən qiymətli aktivlərdəndir. Piratçılığın geniş yayıldığı, intellektual mülkiyyətdən qeyri-qanuni istifadə tendensiyasının çox güclü olduğu bir dünyada, onun qeydiyyatı və mühafizəsi strateji əhəmiyyət kəsb edir. 

Mütəxəssislərimiz müştərilərin hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətdə uyğun bilik və təcrübəyə malikdirlər. Biz patent, sertifikat kimi sənədlərin alınmasına, əmtəə nişanlarının qeydiyyatına kömək edir, lisenziya, françayzinq, əqli mülkiyyət hüququnun ötürülməsi müqavilələri üzrə məsləhətlər verir, müqavilələri analiz və tərtib edirik. 

  • Mübahisələrin həlli

Bu kateqoriyaya aid xidmətlər hər bir vətəndaşın yaxud şirkətin əqli mülkiyyət hüququnu qorumaq üçün nəzərdə tutulub. İntellektual mülkiyyət hüquqları pozulubsa, məhkəməyə müraciət etmək olar. Bu zaman biz sizə lazımı məsləhət xidməti göstərə bilərik.

Problemi məhkəmədən kənar qaydada da həll etmək olar, bu vaxta və maliyyə vəsaitlərinə qənaət deməkdir. Bu zaman bizim mütəxəssislər vasitəçi kimi çıxış edə, tərəflərin qarşılıqlı razılığı əsasında arbitraj rolunu oynaya yaxud əqli mülkiyyət hüququna dair ekspert rəyi hazırlaya, patent, əmtəə nişanlarının qeydiyyatına kömək edə bilər.

Xidmətin qiyməti fərqlidir, işin həcminə əsasən sizinlə qarşılıqlı razılaşma əsasında müəyyən edilir. 

Bizim saytın ”Əlaqə” səhifəmizə keçib, sizə uyğun əlaqə vasitəsini seçib, xidməti sifariş etmək olar. Bizimlə şəxsən görüşmək istəsəniz, bu bizi sevindirər. Ofisimiz Bakıda rahat məkandadır.

whatsapp