Sahibkarlığın qeydiyyatı üzrə hüquqi xidmətlər

Qeydiyyat, qeydiyyatın ləğvi, sənədlərdə dəyişikliklər

Biznes qurmaq hərtərəfli hazırlıq tələb edən məsuliyyətli qərardır. Sahibkarlıq fəaliyyəti təşkil olunma üsuluna görə fərqlənir, ona görə də biznes qurmaq istəyən şəxs ilkin mərhələdə təşkilati-hüquqi formanı seçiməlidirlər. Qanunvericilikdə vergitutma məqsədləri üçün iqtisadi fəaliyyət fiziki və ya hüquqi şəxs, habelə qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi kimi qeydiyyata alına bilər. Azərbaycanda biznes qurmaq, sahibkarlıq fəaliyyətinin formasını seçmək, şirkətlərin qeydiyyatı bizim hüquqşünasların təklif etdiyi xidmətlərin tam çeşidi deyil.

Sahibkarlıq fəaliyyəti mənfəət əldə etmək məqsədi müstəqil həyata keçirilən qanuni fəaliyyətdir. Belə fəaliyyət üçün əsas şərt sahibkarlığın qeydiyyatıdır. Mənfəət əldə etmək məqsədi ilə yaradılan istənilən biznesin, o cümlədən şirkətlərin qeydiyyatı Dövlət Vergi Xidməti orqanlarında həyata keçirilir: vergi uçotu həm də sahibkarlığın dövlət qeydiyyatı sayılır.

Fərdi sahibkarlığın qeydiyyatı

Azərbaycanda fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər, habelə bəyannamə verməli olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən rezident fiziki şəxslər biznes qurmaq istəyərkən yaşadıqları yer üzrə yer üzrə vergi orqanlarında uçota alınır. Uçot iki formada aparılır:

  • onlayn;
  • xidmət mərkəzlərinə gəlməklə.

Qeydiyyat “Fiziki şəxsin uçotu haqqında ərizə” əsasında aparılır. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

  • ərizəçinindin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti;
  • ərizəni səlahiyyətli nümayəndə təqdim etdikdə – etibarnamə (notarial təsdiqlə), şəxsiyyət vəsiqəsinin surəti;
  • sahibkar fiziki şəxs 18 yaşına çatmadıqda şəxsiyyət vəsiqəsi, qəyyumluq və himayəçilik yaxud məhkəmənin qərarı.

“Accounting.az” MMC-nin  konsaltinq xidmətlərinə müraciət edin, sizi maraqlandıran suallarla müraciət edin. Biz sizin fərdi sahibkarlıq fəaliyyəti, şirkətlərin qeydiyyatı, yenidən təşkil və ləğvi ilə bağlı problemləriniz həll edər, təkliflər paketi hazırlaya bilərik

+994502258205
+994123100929

Fərdi sahibkarlığın qeydiyyatı zamanı “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə), torpaq sahəsi haqqında sənədlərin surəti (torpaq mülkiyyətçilərinə münasibətdə), bələdiyyə orqanları tərəfindən verilən vəsiqənin surəti (ailə kəndi təsərrüfatının başçısına münasibətdə) də tələb oluna bilər.

Biznes qurmaq istəyən fərdi sahibkar vergi mükəlləfiyyətini seçməli, fəaliyyət kodunu daxil etməlidir. Bütün prosedura düzgün əməl etməklə sahibkarlıq fəaliyyətinin qeydiyyatına tamamlayıb uyğun şəhadətnamə (VÖEN) almaq olar.

“Accounting.az” MMC-nin vergi konsultasiyası xidməti  bu işləri vaxtında və keyfiyyətli başa vurmaqda sizə kömək edəcəkdir

Hüquqi şəxs statusu almaq istəyən şirkətlərin qeydiyyatı

Sahibkarlıq fəaliyyətini şirkət kimi biznes qurmaqla həyata keçirmək istəyən şəxslər, onu müvafiq qaydada dövlət qeydiyyatından keçirməlidir. Şirkətlərin qeydiyyatı  fərdi sahibkarlığın qeydiyyatından daha çox sənəd toplamağı, daha çox prosedur qaydalara əməl etməyi tələb edir.

  • şirkət birgə təsərrüfat fəaliyyəti (istehsal, ticarət, vasitəçilik, maliyyə, sığorta) həyata keçirmək məqsədi ilə fiziki yaxud şəxslərin birliyidir;
  • müxtəlif təşkilati-hüquqi formalara (MMC, ASC, QSC və sair) malik ola bilər;
  • kommersiya hüquqi şəxs statusuna malikdir.

Qeydiyyat prosesində kənar mütəxəssisdən istifadənin üstünlüyü

Biz qeydiyyat prosesinin bütün detallarını bilirik və sizə sərfəli əməkdaşlıq təklif edirik:

  • əlverişli ödəniş – qeydiyyat xidməti, habelə ilkin peşəkar məsləhətə görə qarşılıqlı razılaşma əsasında müəyyənləşən qiymət;
  • əks əlaqə – həmişə müvafiq məlumatları təqdim etməyə, sualları cavablandırmağa hazırıq;
  • əlavə xidmətlər paketi – təkcə biznesi qeydə almağa deyil, həm də onu cərimə və sanksiyalarsız aparmağa kömək edəcəyik.

Hüquqi və fiziki şəxslərin qeydiyyatı müəyyən bacarıq, bilik tələb edən prosesdir. Buna görə də, qiymətli vaxtınızı Azərbaycan qanunvericiliyini, qeydiyyat prosesinin bütün incəliklərini öyrənməyə sərf etmədən, habelə pul və əsəblərinizi qoruyaraq öz sahələrinin peşəkar mütəxəssislərinə müraciət etmək daha yaxşı olar.

“Accounting.az” konsaltinq şirkətinin mütəxəssisləri sahibkarlıq fəaliyyətinizin təşkilati-hüquqi forması  haqqında qərar qəbul etməyə sizə kömək edəcək, bütün məqamları müqayisə edərək, onların hər birinin müsbət və mənfi cəhətlərini ətraflı izah edəcəklər.

Biz şirkət qeydiyyatı üçün lazım olan sənədləri hazırlayacaq, sizi növbələrdə dayanmaq, qeydiyyatla bağlı məsələlərin həllinə vaxt itirməkdən azad edəcəyik.

Sənədləşmə işlərini öz üzərinizə götürməklə sizi mümkün səhvlərdən sığortalaya bilərik. Xidməti sifariş etmək, əlavə suallara cavab tapmaq üçün ”Əlaqə”  səhifəmizə keçid almaq kifayətdir.

Sizi müştəri yönümlü yanaşma və ekspertlərimizlə səmərəli iş gözləyir: komandamızın hər bir üzvü geniş sahibkarlığın qeydiyyatı üzrə təcrübəyə malik peşəkarlardır.

Fiziki və hüquqi şəxslərin qeydiyyatının mərhələləri

Fərdi sahibkarlığın və şirkətlərin qeydiyyatı aşağıdakı mərhələlərlə həyata keçirilir:

  1. Qeydiyyat məsələləri üzrə məsləhət
  2. Sifarişçidən lazımi sənədlərin, məlumatların alınması
  3. Müştərinin müraciət ərizəsi
  4. Lazımi sənədlər paketinin hazırlanması, imzalanması, qeydiyyata təqdim edilməsi
  5. Hüquqi yaxud fiziki şəxsin qeydiyyat prosesi bitdikdən sonra sənədlərin dövlət vergi xidmətindən, ədliyyə nazirliyi və digər qurumlarından alınması (VÖEN, qeydiyyat şəhadətnaməsi, sair sənədlər)
  6. Möhürün hazırlanması;
  7. Müqavilədə nəzərdə tutulmuş digər xidmətlərin icrası: şəhadətnamə dublikatın alınması, bank hesabının açılması, qiymətli kağız buraxılışının qeydiyyatı;
  8. Hazır sənədlər toplusunun sifarişçiyə təqdimatı.

“Accounting.az” konsaltinq şirkətinin xidmətlərindən təşkilati hüquqi formasından asılı olmayaraq bütün kommersiya, habelə qeyri-kommersiya qurumları, habelə biznes qurmaq istəyən fiziki şəxslər faydalana bilər.

Bizə tək fərdi sahibkarlığın qeydiyyatı yaxud şirkətlərin qeydiyyatına görə deyil,  həm də sahibkarlıq fəaliyyətinin ləğvi, şirkətin yenidən təşkili üçün zəng edə bilərsiniz. Zəng edin, sahibkarlıq fəaliyyətinin qeydiyyatının sərfəli qiymətlə necə aparıldığın öyrənin.

WhatsApp-a yazın, yaxud “Geriyə zəng” xidmətindən istifadə edin. Biz sizə zəng edərik!

+994502258205

Hansı xidmətləri təklif edirik?

Fiziki və hüquqi şəxslərin qeydiyyatı üzrə xidmətlərimizə aşağıdakıları nümunə göstərə bilərik:

  • fərdi sahibkarlığın qeydiyyatı, VÖEN alınması (Vergi Məcəlləsi, 33.4-cü maddəyə uyğun gələn fiziki şəxslər);
  • sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi uçotunun ləğvi;
  • ailə kəndli təsərrüfatı başçılarının qeydiyyatı;
  • torpaq mülkiyyətçilərinin qeydiyyatı;
  • xüsusi vergi rejiminin tətbiqi haqqında məlumatların təqdim edilməsi (Vergi Məcəlləsinin 99.3 maddəsi);
  • fiziki şəxsin yenidən qeydə alınması;
  • şirkətlərin qeydiyyatı üzrə sənədlər paketinin hazırlanması, qeydiyyatı;
  • yerli investisiyalı MMC-nin e-qeydiyyatı;
  • xarici filiallar, nümayəndəliklərin qeydiyyatı;
  • hüquqi şəxslər üzrə xüsusi vergi rejiminin tətbiqi barədə məlumatların təqdimi;
  • qeydiyyat şəhadətnaməsinin alınması;
  • təsis sənədlərində düzəlişlərin aparılması, onların qeydiyyatı;
  • yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumatların hazırlanması;
  • filialını, bölmələrin vergi uçotuna alınması;
  • vergi ödəyicisinin olduğu yer üzrə qeydiyyatı, fəaliyyətin dayandırılması, vergi uçotdan çıxma, dövlət qeydiyyatının ləğvi;
  • şəhadətnamə-dublikatın alınması, bankda hesab açılması;
  • vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı, qeydiyyatın ləğvi;
  • nəzarət-kassa aparatının qeydiyyatı, qeydiyyatdan çıxarılması;
  • qeydiyyat üzrə digər xidmətlər.

Xidmət üzrə qiymətlər sizin sifarişiniz əsasında, qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Mühasibat uçotunun aparılması xidməti bizə etibar edilərsə, qeydiyyat xərclərini geri qaytarırıq.

Yeni müəssisənin qeydiyyatı, zaman keçdikcə, uğurlu və qarşılıqlı faydalı əməkdaşlığa çevrilə biləcək tanışlıq üçün əla fürsətdir.  Bu gün və gələcəkdə biz sizə peşəkar yardım, hüquq, vergi, kadr, habelə mühasibat uçotu üzrə məsləhətlər təklif etməkdən məmnunuq. Alınan məlumatlar, şübhəsiz ki, mübahisəli məsələlərin, gündəlik məsələlərin həllinə kömək edəcəkdir. “Accounting.az” MMC fərdi sahibkarlığın qeydiyyatı, habelə şirkətlərin qeydiyyatı üçün təqdim edilmiş sənədlərin tam məxfiliyə zəmanət verir.

 

whatsapp