Şirkətin ləğvinin hüquqi əsasları
Şirkətlər bir qurum kimi özünü tükəndirir, bu da vəziyyətdən asılı olan dəyişikliklər, məsələn, şirkətin ləğvini tələb edir. “Accounting.Az” MMC Bakıda şirkətin ləğv olunması xidmətini təqdim edir. Müəssisənin ləğvi, son məqsədi şirkətin dövlət reyestrindən çıxarılması olan hüquqi prosesdir. Şirkətin ləğv edilməsi qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilib. Proses zamanı hüquqi şəxsin mövcudluğuna və fəaliyyətinə, onun hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilir.
Şirkətin ləğvinə başlamaq üçün mülkiyyət formasından, fəaliyyətin mövcudluğundan və borcların vəziyyətindən asılı olan böyük həcmli sənədlər toplusu hazırlamaq lazımdır. Azərbaycanda, o cümlədən Bakıda şirkətin ləğv edilməsi qaydası və reyestrindən çıxarılması proseduru Mülki Məcəllə ilə yanaşı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla tənzimlənir. Bundan başqa bir sıra təlimat və digər normativ hüquqi aktlardan istifadə olunur. Buna görə də uyğun praktiki təcrübə olmadan müəssisənin ləğvini tez həyata keçirmək çətindir.
Şirkətin ləğvini bizə həvalə etmək niyə sərfəlidir?
- Nəticəyə məsuliyyət: biz atdığımız hər addıma görə məsuliyyət daşıyırıq və Bakıda şirkətin ləğv olunmasının qaydalara uyğun aparılmasına zəmanət veririk.
- Operativ kömək: hər birimiz üçün vaxtın məhdud olduğu, tez hərəkət etməli olduğumuz durumlar var; biz diqqətinizi başqa işlərə yönəldə bilməniz üçün sizə hərtərəfli kömək edəcək, müəssisənin ləğvini operativ həyata keçirəcəyik.
- Hər şeyi onlayn aparmaq imkanı: şirkətin ləğvi üçün zəruri qarşılıqlı əlaqəni internet vasitəsilə həyata keçirmək olar; vaxta qənaət edirsiniz və Bakıda şirkətin ləğv edilməsi üçün sənədlər toplusunu, habelə gələcək fəaliyyət üçün peşəkar təlimat alırsınız.
Biz sizin müəssisənin ləğvi üçün tam sənədlər toplusu hazırlayacağıq. Zəng edin, biz kömək edərik!
“Accounting.Az” MMC-in əməkdaşları şirkətin ləğvi məqsədi ilə Dövlət Vergi Xidməti orqanları üçün tam sənədlər paketini hazırlamaqda sizə kömək edəcək. Problemi öyrənməyə, sənədləri toplamağa, digər formal işlərə vaxt itirmənizə ehtiyacınız olmayacaq.
Şirkətin ləğv edilməsi qaydası, habelə ləğvin əsasları Mülki Məcəllənin maddələri əsasında tənzimlənir.
Ləğvetmə könüllü (təsisçilərinin qərarı ilə) yaxud məcburi (məhkəmə qərarı əsasında) qaydada aparıla bilər.
Biznes sahibləri Bakıda şirkətin ləğv olunması üçün nə etməlidirlər?
Şirkətin ləğvi bu haqda qərarın qəbulundan başlayır. Bu, ləğvetmə prosesinin başlanması deməkdir. Müəssisənin “ləğv prosesində” olması barədə qeydin dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanına sənədlər toplusu təqdim edilməlidir. Buraya:
- “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında” Ərizə;
- ləğvetmə barədə qərar;
- ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;
- uyğun məlumatın mətbuatda dərc olunması barədə sənəd;
- möhür və qnunla müəyyən edilmiş sənədlər.
Bəs sonra?
Komissiya (təsviyəçi) Bakıda şirkətin ləğv olunması ilə bağlı müəyyən proseduralardan sonra müəssisənin ləğvi və dövlət reyestrindən çıxarılması üçün sənədləri vergi orqanlarına təqdim edir:
- ləğvetmə balansı;
- qalıq əmlakının istifadəsi haqqında sənədlər (aktlar, hesabdan çıxarışlar, ödəniş sənədləri);
- nizamnamə və qeydiyyat şəhadətnaməsinin əsli, üzərində “ləğv prosesindədir” qeydi olan möhür;
- dövlət arxiv xidmətindən uyğun arayış.
Şirkətin ləğv edilməsi qaydası ilə qısa da olsa tanış olduq
Amma bunlar yalnız şirkətin ləğvi və dövlət reyestrindən çıxarılması üçün lazım olan sənədlərin tam olmayan siyahısıdır. Həm də bunların toplanması, hazırlanması və təqdim edilməsi üçün konkret müddətlər mövcuddur. Bütün mərhələləri bilmək, bu mərhələlərdə şirkətin ləğv edilməsi qaydasını tətbiq etmək əmək tutumlu prosesdir. Bakıda şirkətin ləğv olunması zamanı qaydalara, müddətlərə əməl etməmək əmlakın itirilməsi, məhkəmə çəkişmələri, cərimələr və inzibati cərimələrə səbəb ola bilər. Mütəxəssislərimiz sizə müəssisənin ləğvinin bütün mərhələlərini keçməyə kömək edəcəklər.
Xidməti sifariş etmək, əlavə suallara cavab tapmaq üçün ”Əlaqə” səhifəmizə keçid alın
Üzləşmələr aparmaq, hesabatlar təqdim etmək, borclarla məşğul olmaq, işçilərlə əmək müqaviləsinə xitam vermək üçün sizə kömək edərik – biz sizi gözləyirik!