Səmərəli mühasibat uçotu nədir?
Bakıda mühasibat uçotu xidmətləri bazarında özünəməxsus yeri olan bizim “Accounting.Az” konsaltinq şirkəti ötən illər ərzində mühasibat uçotunun optimizasiyası üzrə böyük təcrübə toplayıb. Bu bizə müxtəlif müəssisələrə səmərəli mühasibat uçotu aparılması ilə bağlı məsləhətlər verməyə imkan verir.
Bəzən müəssisə rəhbərlərinə elə gəlir ki, mühasibat uçotuna çəkilən xərclər, onun biznesə gətirdiyi faydalarla müqayisədə hədsiz çoxdur. Bunu dəqiqləşdirmək istəsəniz, bizə müraciət edin.
Mühasibat uçotu xidmətləri bazarının təcrübəli oyunçularından olan “Accounting.Az” konsaltinq şirkəti sizə səmərəlilik baxımından ən əlverişli mühasibat uçotu qurmağı təklif edir. Belə mühasibatlıqda faydalı nəticələrin, xərclənmiş resurslara nisbəti optimal olacaqdır.
Səmərəsiz mühasibatlığın xarakterik xüsusiyyətləri hansılardır?
- rəhbərliyə hesabatların gec hazırlanması;
- kontragentlər tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi;
- işçilərə əməkhaqqının gec hesablanması və ödənilməsi;
- vergilərin ödənişində gecikmələr;
- təşkilat daxilində məlumat axınının qeyri-şəffaflığı;
- mühasiblərin həddindən artıq iş yükü;
- yüksək mühasibat xərcləri.
Mühasibat uçotu proseslərinin səmərəsizliyi:
- gecikmələrə görə cərimələr;
- mühasiblərə əlavə iş vaxtı üçün ödəmələr;
- hesablamaların nəticələrini düzəltmək zərurəti ilə bağlı əlavə xərclər deməkdir.
Yuxarıda deyilənlərin hamısı müəssisədə mühasibatlığın səmərəsiz fəaliyyətini əks etdirərək, mühasibat uçotu prosesinin optimallaşdırılmasının vacibliyini göstərir.
Əgər sizdə müəssisənizin mühasibatlığının səmərəli fəaliyyətinə şübhə varsa, aşağıdakı nömrələrə zəng edin:
Mühasibat uçotu xidmətləri üzrə ixtisaslaşmış “Accounting.Az” konsaltinq şirkəti sizə mühasibat uçotunun optimizasiyası prosesində kömək edər.
Biz mühasibat uçotunun optimizasiyasını necə aparırıq?
- 1-ci mərhələ: Vəziyyətlə tanış oluruq
- 2-ci mərhələ: Biz həllər hazırlayırıq
- 3-cü mərhələ: İcra edir, prosesi tənzimləyirik.
Bəs sonra? Sonra yeni qaydalara uyğun gündəlik mühasibat işləri başlayır. Amma nələrəsə hazır olmaq lazımdır, yəni:
- təcrübə göstərir ki, mövcud işçi heyət yaxud işlərin kənar icraçıları – autsorserlər əlavə dəstək olmadan yeni vəziflərin öhdəsindən gələ bilmirlər.
- insanlar istənilən dəyişiklikdən yayınmağa meyllidirlər, yenilikləri emosional səviyyədə qəbul etmirlər. Cari autsorserlərin istehsal prosesləri, çox güman ki, yeni tələblərə cavab verə bilməyəcək. Belə olduqda kadrların rotasiyası, autsorserlərin dəyişməsi qaçılmazdır.
- yeni kadrların yaxud başqa bir autsorsinq şirkətinin seçimi daha çox vaxt, daha səy tələb edir. Şirkətin rəhbərliyi, mühasibatlıq şöbəsi tərəfindən vəziyyətin necə qəbul edilməsi də başqa problemdir.
Necə kömək edə bilərik?
- Kadr seçimi mərhələsində öz resurslarımızı sizə təqdim edəcək yaxud işin bir hissəsini mütəmadi olaraq öz üzərimizə götürəcəyik;
- Kadr seçimi, onların təlimi, işə uyğunlaşdırılması üçün tələb olunan vaxtınıza qənaət edəcəyik;
- Mühasibatlığın işinin hazırlanmış metodologiyaya uyğunluğunu, tətbiq olunan vasitələrdən istifadənin düzgünlüyünü mütəmadi yoxlayacağıq.
- Həyata keçirilən həllin əsas məqamlarına təsir edən əhəmiyyətli dəyişikliklər olduqda, bu həlli uyğunlaşdırmağa və inkişaf etdirməyə hazırıq;
- Mühasibatlığın idarəçiliyini (baş mühasibin məsuliyyət zonasını) tam üzərimizə götürüb, prosesə və nəticəyə cavabdeh ola bilərik;
- Sizin müəssisəni mühasibat uçotu xidmətlərimizin tam yaxud qismən autsorsinqi ilə təmin edə bilərik.
Biz öz təcrübə və bacarıqlarımızı sizinlə bölüşməyə hazırıq. Həll yollarını özümüz tapırıq, özümüz icra edir, özümüz xidmət edirik.
Xidmətin qiyməti
Mühasibat uçotunun optimizasiyası xidmətinin qiyməti fərdidir. Mühasibatlığın mövcud durumu, xidmətin həcmi kimi müxtəlif amillərdən asılıdır. Bizimlə əlaqə saxlayın, xidmətin qiymətini birgə müzakirə edək. Əlavə məlumat üçün WhatsApp-dan yaxud “Geriyə zəng” xidmətindən də istifadə edə bilərsiniz, biz sizə zəng edərik.