Mühasibat uçotu aparılmayıbsa, sənədlər itibsə və ya uçot səhvlərlə doludursa, nə etməli? Cavab sadədir: vaxt itirmədən peşəkar mühasibat uçotunun bərpası xidmətinə müraciət etmək. Gecikmə vergi sanksiyaları, bank hesablarına həbs və rəhbərin məsuliyyəti risklərini artırır.
Accounting.Az komandası Bakıda fəaliyyət göstərən şirkətlər üçün mühasibat uçotunun bərpasını qanunvericiliyə və beynəlxalq standartlara uyğun, məxfilik qaydalarına riayət etməklə şəraitində həyata keçirir. Siz biznesinizlə məşğul olun, uçotu biz qaydaya salaq.
Mühasibat uçotunun bərpası şirkətin keçmiş dövrlər üzrə maliyyə sənədlərinin toplanması, yoxlanması, düzəldilməsi və qanunun tələblərinə uyğunlaşdırılması prosesidir. Başqa sözlə, uçotun bərpası nəticəsində şirkətin real maliyyə vəziyyətini əks etdirən tam və düzgün uçot bazası yenidən formalaşır.
Xidmətə aşağıdakılar daxildir:
Statistika göstərir ki, müraciətlər daha çox aşağıdakı vəziyyətlərlə bağlıdır:
Bu vəziyyətlərdən biri mövcuddursa, gecikmək ən bahalı seçimdir.
Aşağıdakılardan biri sizə tanışdırsa, uçotun vəziyyətini yoxlatmaq vaxtıdır;
“Mühasibat uçotu haqqında” Qanun uçot subyektlərində mühasibat uçotunun fasiləsiz aparılmasını məcburi edir (maddə 3). Vaxtında bərpa olunmayan uçot aşağıdakı nəticələrə gətirib çıxara bilər:
Problem vaxt keçdikcə böyüyür. Bu gün bir neçə aylıq boşluğu bağlamaq nisbətən asandırsa, bir ildən sonra eyni iş xeyli mürəkkəbləşir və daha baha başa gəlir.
Hər şirkətin vəziyyəti fərqlidir, lakin proses adətən bir neçə mərhələdə aparılır.
Mövcud sənədlərə baxır, uçotun vəziyyətini və boşluqları müəyyən edirik. Bu mərhələdə iş həcmi və müddət də aydınlaşır.
İlkin sənədləri toplayırıq. İtmiş sənədlər üçün bərpa yolu, məsələn tərəfdaşlardan surətlərin və bank məlumatlarının alınması, müəyyən edilir.
Əməliyyatları hesablarda düzgün əks etdirir, elektron uçot bazasını yeniləyirik.
Vergi hesablamalarını yoxlayır, ödənilmiş məbləğlərə düzəlişlər aparırıq.
Maliyyə hesabatlarını və düzəliş edilmiş vergi bəyannamələrini hazırlayıb təqdim edirik.
Bərpadan sonra uçotun düzgün aparılması üçün cari mühasibat xidmətini öz üzərimizə götürürük və ya komandanıza təlimat veririk.
Bərpa tam və ya qismən aparıla bilər. Yalnız problemli dövrü düzəltmək lazımdırsa, bütün arxivi yenidən işləmirik. Qismən bərpa xərci və vaxtı azaldır, tam bərpa isə uzunmüddətli uçotsuzluq halında daha etibarlı nəticə verir.
Əlinizdə olanlar kifayətdir: bank çıxarışları, müqavilələr, qaimə-fakturalar, kassa sənədləri, əmək müqavilələri, əvvəlki dövrün bəyannamələri və vergi ödənişi sənədləri. Bəziləri itibsə, narahat olmayın, qalanını biz birlikdə müəyyən edirik.
Tutaq ki, şirkətin mühasibi işdən çıxıb və sənədləri təhvil verməyib. Rəhbər bir neçə ay ərzində bəyannamələrin təqdim olunmadığını yalnız vergi orqanından bildiriş alanda öyrənir. Belə vəziyyətdə əvvəlcə bank çıxarışları və elektron vergi sistemindəki məlumatlar əsasında əməliyyatlar müəyyən edilir. Sonra uçot yenidən qurulur, buraxılmış bəyannamələr hazırlanıb təqdim olunur. Vaxtında müraciət edildikdə sanksiya riskini azaltmaq imkanı xeyli artır.
Uçotun bərpası yalnız keçmiş səhvləri düzəltmək deyil, şirkətin gələcək fəaliyyəti üçün möhkəm baza yaratmaqdır. Bərpadan sonra siz:
Qanuna görə mühasibat uçotunun təşkili subyektin rəhbərinin məsuliyyətindədir. Rəhbər ya şirkət daxilində mühasibat şöbəsi yaradır, ya da kənar mütəxəssisləri cəlb edir. Deməli, uçotdakı problemin nəticələrinə görə məsuliyyəti rəhbər daşıyır.
Mühasib sənədləri təhvil verməyibsə, əvvəlcə təhvil-təslim üzrə yazılı tələb göndərmək məsləhətdir. Paralel olaraq uçotun bərpasına başlamaq lazımdır ki, vergi öhdəlikləri yubanmasın. Bu mərhələdə hüquqi mövqeyinizi də mütəxəssislə müəyyən etmək faydalıdır.
Ən sürətli və təhlükəsiz yol autsorsinq əsaslı mühasibat xidmətidir. Peşəkar komanda həm uçotu bərpa edir, həm də mühasib axtarışı və işə uyğunlaşdırılması zəhmətini azaldır. Əlavə olaraq mühasibat konsultasiyası alıb vəziyyətinizi əvvəlcədən qiymətləndirə bilərsiniz.
Bakıda mühasibat xidmətləri göstərən Accounting.Az-ı seçməyiniz üçün əsas səbəblər:
Bərpa ilə yanaşı, bizdən vergi xidmətləri və audit xidmətləri də ala bilərsiniz. Bu, müxtəlif təchizatçılar arasında məlumat itkisinin qarşısını alır. Məqsədimiz yalnız sənədləri qaydaya salmaq deyil, sizə vergi və maliyyə baxımından arxayınlıq təmin etməkdir.
Xidmət fərdi xarakter daşıyır və sabit qiyməti yoxdur. Qiymətə bunlar təsir edir:
Əməliyyatları az olan kiçik şirkətlərdə bərpa daha tez başa çatır, geniş əməliyyat həcmi olan şirkətlərdə isə iş daha uzun çəkir. Dəqiq məbləği ilkin diaqnostikadan sonra bildiririk. Ümumi qiymət səviyyəsi ilə qiymətlər bölməsində tanış ola bilərsiniz. Nəzərə alın ki, bərpa xərci çox hallarda cərimələr, əlavə vergilər və itirilmiş vaxtla müqayisədə xeyli aşağı olur.
İlkin məsləhət pulsuzdur. Görüşə hazırlaşmaq üçün:
Mühasibat uçotunun bərpası nə qədər çəkir?
Bərpaya sərf ediləcək vaxt sənədlərin vəziyyətindən və dövrün müddətindən asılıdır. Kiçik boşluqlar tez bağlanır, uzunmüddətli uçotsuzluq daha çox vaxt tələb edir. İlkin diaqnostikadan sonra real müddəti sizinlə razılaşdırırıq.
Sənədlərim tamamilə itibsə, bərpa mümkündürmü?
Bəli, bir çox hallarda mümkündür. Bank çıxarışları, tərəfdaşlardan alınan sənəd surətləri və elektron vergi sistemindəki məlumatlar əsasında uçot yenidən formalaşdırıla bilər. Bunun həcmi sənəd itkisinin miqyasından asılıdır.
Bərpadan sonra cari mühasibatlığı sizə verə bilərəmmi?
Əlbəttə. Əgər siz bərpadan sonra cari uçotu da bizə həvalə etsəniz, problemlər təkrarlanmayacaq. İstəsəniz, yalnız bərpa xidmətini də sifariş edə bilərsiniz.
Uçotun bərpası ilə cari mühasibat xidməti arasında fərq nədir?
Bərpa keçmiş dövrlərdəki boşluq və səhvləri düzəldən layihə xarakterli işdir. Cari mühasibat xidməti isə hər ay uçotun və hesabatların davamlı aparılmasını təmin edir. Bir çox şirkət bərpadan sonra cari xidmətə keçir.
Bərpa zamanı vergi orqanına müraciət etmək lazım gəlirmi?
Hər vəziyyət fərdidir. Buraxılmış bəyannamələr və düzəlişlər vergi orqanına təqdim olunur. Hansı sənədlərin hansı qaydada təqdim olunacağını ilkin diaqnostika zamanı müəyyən edirik.
Mühasibat uçotunun bərpası nə qədər gec başlasa, risk bir o qədər artır. Bakıda mühasibat uçotunun bərpası üçün Accounting.Az komandası vəziyyətinizi pulsuz qiymətləndirəcək, həll planını və qiyməti aydın təqdim edəcək. İlkin məsləhət üçün yalnız mövcud sənədləriniz kifayətdir. Əlaqə formasını doldurun.