Accounting.Az ilə Mühasibat kargüzarlığı xidməti

Mühasibat kargüzarlığı xidməti: hər sənədin öz yolu, öz yeri var

Mühasibat kargüzarlığı nədir?

Mühasibat kargüzarlığı xidməti uzun müddətdir ki, “Accounting.az” konsaltinq şirkəti tərəfindən Bakıda mühasibat uçotu xidmətləri bazarında uğurla təklif edilir. 

İstənilən müəssisənin iqtisadi fəaliyyəti çoxsaylı təsərrüfat əməliyyatları ilə müşayət olunur. Bütün bu əməliyyatlar uçot sənədləri ilə rəsmiləşdirilməlidir.    

Bizim əməkdaşların çoxillik praktik təcrübəsi istənilən növ sənədlərlə beynəlxalq standartlara və Azərbaycanda mühasibat uçotu qanunvericiliyinin tələblərinə uyğun işləməyə imkan verir. 

Müasir texnologiyalar kompüterdə sənədlərin elektron imzalanmasını mümkün edib. Belə sənədlər elektron sənəd sayılır. AR qanunvericiliyi elektron sənədi kağız daşıyıcıda olan sənədə bərabər tutur.

Mühasibat kargüzarlığı – müəssisədə sənədləşmə prosesinin təşkili, həmçinin istər kağız, istərsə də elektron daşıyıcıda olan maliyyə-mühasibat sənədlərinin qorunub saxlanması prosesidir.  

Siz mühasibat kargüzarlığını konsaltinq xidmətləri bazarında çoxillik təcrübəyə malik  “Accounting.az”a həvalə etməklə, sənədlərin düzgün rəsmiləşdirilməsini, habelə etibarlı saxlanmasını təmin edəcəksiniz.

Bizim təklif etdiyimiz mühasibat uçotu xidmətlərinin tam çeşidi ilə aşağıdakı nömrələrə zəng edərək tanış ola bilərsiniz.  

+994123100929

+994125983798  

Səhv qurulmuş mühasibat kargüzarlığı sizə nə vəd edir? 

Düzgün qurulmamış kargüzarlıq sistemində sənədlərlə iş qaçılmaz risklərə müşayiət olunur. Aşağıdakılar bu risklərə nümunədir. 

Sənədlər itirilməsi

  • Yoxlamalar, sorğular zamanı üzrsüz səbəbə tapılmayan sənədə görə 1000 manat cərimə;
  • müqavilə öhdəliklərinin yerinə yetirilməməsi.

 Sənədlərdəki səhvlər

  • sənədlərin hüquqi qüvvəsini itirməsi;
  • maliyyə itkiləri.

Uzun müddətli razılaşdırılma

  • müştərilərin itirilməsi;
  • əmək haqqı fondunun səmərəsiz xərclənməsi.

Saxlanma və məhv edilmə sistemi qurulmayıb

  • lazımi sənədlərin gec tapılması yaxud heç tapılmaması;
  • müddəti bitməmiş sənədlərin məhv edilməsi.

Mühasibat və vergi uçotunda kargüzarlığın təşkili əsasən bütün biznesin vəziyyətini müəyyən edir. Sənədlərlə işin lazımi şəkildə qurulmadığı  sistemdə uğursuzluqlar həmişə mümkündür. Belə bir şirkət müfəttişlərin maraq sahəsinə düşərsə, ciddi maliyyə sanksiyaları həmişə gözləniləndi.

Mühasibat kargüzarlığını autsorsinq şirkətlərinə həvalə etmək – sənədlərdə ideal nizama sahib olmaq istəyən biznes sahibləri üçün ən ağıllı qərardır. 

WhatsApp-a yazın, görüş təyin edək, təklif etdiyimiz mühasibat uçotu xidmətlərini müzakirə edək.  

+994502258205

“Accounting.Az”ın əməkdaşları mühasibat kargüzarlığını düzgün qurub sizi  gündəlık yorucu işlərdən azad edəcəklər.

Bizim mühasibat kargüzarlığı xidmətlinə nələr daxildir?

  • Sənəd dövriyyəsi qrafikinin hazırlanması;
  • Sənədlərin hazırlanması, onları kontragentdən alınması:
  • bankda hesab açmaq üçün müraciət sənədlərinin hazırlanması ( şəhadətnamə-dublikat, imza nümunəsi, banka müraciət ərizəsi və sair);
  • statistika kod-parolu almaq məqsədi ilə müraciətin tərtib edilməsi, alınması;
  • İnternet Vergi  İdarəsində  kod-parol-şifrə alınması;
  • Bank, kassa əməliyyatları üzrə sənədlərin tərtibi (ödəniş sənədləri, pul çeki, kassa sənədlərinin hazırlanması );
  • Elektron bank sənədlərinin hazırlanması , onların icrası (onlayn ödənişlər, İnternet bank sistemləri); 
  • Alqı satıqı sənədlərinin işlənməsi (hesab-fakturalar,  e-qaimələr, təhvil-qəbul aktları);
  • Qiymətin razılaşdırma protokolunun hazırlanması;
  • Xarici müştərilərə invoice-lərın, müqavilələrin yazılması;
  • İşçilərlə hesablaşmaların aparılması, sənədlərin hazırlanması (kart sifarişi, əmək haqqı və ödəniş cədvəlləri, ezamiyyə sənədləri)
  • Üzləşmə sənədlərinin tərtibi (qarşılıqlı üzləmə aktı, dövr üzrə debitor və kreditorlarla üzləşmə cədvəlləri);
  • Yol Nəqliyyat vərəqələrinin tərtib edilməsi;
  • Materialların və əsas vəsaitlərin silinmə aktlarının hazırlanması
  • E-qaimələrin, invoice-lərın  və s. sənədlərin reystrinin aparılması
  • Mühasibat uçotu sənədlərin saxlanması və qanun çərçivəsində məhv edilməsi üzrə təlimatların hazırlanması.

Mühasibat kargüzarlığı xidmətlərini tam yaxud qismən sifariş edə bilərsiniz. Qiymətlər fərdidir. 

Mühasibatlıqda kargüzarlıq işlərinin həyata keçirilməsi üzrə baza biliklər əldə etmək istəyənlər Mühasibat kargüzarlığı kursumuza müraciət edə bilər. Kursda mühasibat kargüzarlığının mahiyyəti, təşkili ümumi qaydada şərh edilir, mühasibat uçotunda istifadə edilən sənədlərin tərkibi, onlardan istifadə yolları, tərtib edilməsi qaydası izah edilir. 

Bizim təlimçilər sizin muhasibə muhasibat kargüzarlığını  fərdi qaydada öyrədə yaxud şirkətinizdə mühasibatlıq işçiləri üçün təlimlər də təşkil edə bilər. 

Lütfən,  sizin üçün əlverişli üsulla bizimlə əlaqə saxlayın. WhatsApp-a yazın yaxud  “Geriyə zəng” xidmətindən yararlanın, sizə biz zəng edərik. 

+994502258205

Sizin sənədlər bizimlə tam qaydasında olacaq! 

whatsapp