Autsorsinq nədir?

Autsorsinq nədir, Autsorsinq accounting.az,
Ekspert yazıları

“Ford”, “General Motors” və autsorsinq

Cəmil Əsədov – redaktor/Zərdab PL – müəllim

Mənbə: Аникин Борис “Аутосоринг”,  Хейвуд Дж. Брайан “Аутосоринг В поисках конкурентных преимуществ”

“Ford”, “General Motors” və autsorsinq

Autsorsinq nədir? İnsanın təsərrüfat fəaliyyətinin inkişafı yeni terminlərin əmələ gəlməsinə təkan verib. Bunlardan biri, “autsorsinq”,  Azərbaycanda mühasibat xidməti mütəxəssisləri  arasında bir anlayış kimi geniş yayılmasa da, fəaliyyət növü kimi uçot xidmətlərində tətbiq edilir.  

Autsorsinqdən yararlanan müxtəlif sahələr sadalamaq olar, amma gəlin tələsməyək, ilk öncə onun mənşəyinə, inkişaf tarixinə nəzər salaq.

Mənşəcə ingilis dillidir, “kənar qaynaqlardan istifadə” («outer-source-using») anlamında işlədilir. “Eastman Kodak” İT xidmətlərini kənar şirkətə ötürərək (1989-cu il) keyfiyyətli nəticəyə nail ola bildi və həmin tarixdən “autsorsinq” termini həyata vəsiqə aldı. 

Biznes mühitində termin kimi XX əsrin sonlarından istifadə edilsə də, bir proses kimi kökü daha uzaq tarixə gedib çıxır. 

”Yaxşı etmək istəyirsənsə, özün et!”

Sizdə sual yarana bilər: ”Autsorsinq, Ford, mühasibatlıq – bunları bir-birinə bağlayan nədir?”. Tələsməyək, tarixin səhifələrini astaca vərəqləyək.

20-ci əsrin birinci yarısında “Ford Motor Company” avtomobil bazarında mütləq inhisarçı idi, “outer-source-using” haqqında düşünmürdü.  ”Yaxşı etmək istəyirsənsə, özün et!” prinsipinə sadiq olan Henry Ford tarixdə çoxsəviyyəli şaquli inteqrasiyaya əsaslanan ilk şirkət yaratdı. Şirkətin mədən, montaj və xidmət obyektləri ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və Cənubi Afrikada fəaliyyət göstərirdi. Bu obyektlərdə mühasibat uçotu aparılsa da, autsorsinq heç ağla da gəlmirdi. Fordun biznes imperiyası öz xammal fabrikləri, dəmir yolu şəbəkəsi, hətta limanı olan, özünü tam təmin edən ən parlaq şirkət nümunəsi idi.

1921-ci ildə “Ford Motor Company” avtomobil bazarının 56%-nə nəzarət edirdi. 6 il sonra vəziyyət tamamilə dəyişdi – şirkətin bazar payı 10%-ə endi. 

Niyə?

1923-cü ildə Alfred Sloan Jr. “General Motors”-un baş direktoru oldu. Forddan fərqli olaraq, o, şirkətin idarəçiliyini total nəzarət prinsipləri əsasında qurmadı. Sloan hesab edirdi ki, əgər podratçı problemləri öz işçilərindən daha yaxşı həll edirsə, məqsədə çatmaq üçün belə şirkətlərlə əməkdaşlıq lazımdır, yəni “hər kəsdən yaxşı edə bildiyinlə deyil, daha sərfəli ala bildiyinlə məşğul ol!”.

İddarəçiliyinin Sloane modeli hər biri:

  • ayrı-ayrı funksiyaları yerinə yetirən
  • istehsalın müxtəlif seqmentlərinə cavabdeh olan
  • ayrıca, ixtisaslaşmış bölmələrlə əməkdaşlığa əsaslanırdı.

Başqa sözlə desək, o, autsorsinq sistemini, bu terminin rəsmi olaraq ortaya çıxmasından 70 il əvvəl işləyib hazırlayıb. Təbii ki, həmin dövrdə autsorsinq nəinki mühasibatlıda, biznesin digər sahələrində belə tətbiq edilmirdi.  

Sloane modeli hansı nəticəni verdi?

1927-ci ildə “General Motors” artıq avtomobil bazarının 43%-nə nəzarət edirdi.

Ford biznesə autsorsinqin tətbiqinə şübhə ilə yanaşırdı. O, hesab edirdi ki, istehsalat zəncirinin hər bir halqasına müstəqil düşünmə imkanı verilsə, bu hökmən istehsalın keyfiyyətinin pisləşməsinə səbəb olacaq, onun nəhəng imperiyasını məhv edəcək.


Bakıda mühasibat uçotu xidmətləri, autsorsinq əsaslı


Lakin inkişafının zirvəsində “Ford Motor Company” yalnız kənardan cəlb edilən mütəxəssislər tərəfindən həll edilə bilən maneələrlə üzləşdi. Bunlar Fordu şirkətin idarəçiliyini “General Motors” nümunəsi ilə yenidən təşkil etməyə məcbur etdi. Yeni sxem özünü doğrultdu, lakin liderlik artıq əldən getmişdi.

Autsorsinqin banisi

Alfred Sloan Jr. İdarəetmədə yeni metodologiyanın əsasını qoydu. O, praktikada göstərdi ki, ixtisaslaşmış təşkilatların köməyi ilə çoxillik biznes nəhənglərini ötüb lider olmaq olar. Həmin metod sonradan inkişaf etdirilərək XX əsrin sonundan autsorsinq adlanmağa başladı. Müasir biznes mühitində geniş yayılan autsorsinq mühasibat xidmətləri sektorunda uğurla tətbiq edilir.

“Accounting.Az” konsaltinq şirkəti Bakıda autsorsinq bazarında müxtəlif xidmətlər təklif edir. 

whatsapp