Onlayn mühasibat xidməti: bulud mühasibatlığı ilə biznesinizi necə idarə edirsiniz?

Müasir biznes mühiti sürəti və çevikliyi tələb edir. Sahibkarlar artıq mühasibat uçotunu aparmaq üçün ofisə bağlı qalmaq, kağız sənədlər arasında vaxt itirmək istəmirlər. Bu, xüsusilə yeni fəaliyyətə başlayan və əvvəlcə şirkət qeydiyyatından keçməli olan sahibkarlar üçün vacib məsələdir — çünki uçot sistemini düzgün qurmaq işin ilk günlərindən mühüm əhəmiyyət daşıyır. Məhz bu ehtiyacdan doğan onlayn mühasibat xidməti bu gün Azərbaycanda fərdi sahibkarlardan tutmuş orta şirkətlərə qədər geniş bir auditoriya tərəfindən seçilir. “Accounting.az” şirkəti “Tecfin” MMC-nin məhsulu olan Hesabat.Az — “bulud mühasibat” proqramı üzərində autsorsinq əsaslı mühasib xidməti təklif edərək, biznes sahiblərinə vaxta və resursa qənaət etmə imkanı yaradır.

“Bulud mühasibat” sistemi nə deməkdir?

Bulud mühasibatlıq – mühasibat uçotunun kompüterinizdə quraşdırılan proqram deyil, internet üzərindən əlçatan platforma vasitəsilə aparılması deməkdir. Sadə dillə desək, “Hesabat.az” sizə fiziki mühasibi əvəz edən virtual alət təqdim edir: bütün maliyyə əməliyyatlarınızı – hesab-fakturalardan tutmuş gəlir-xərc balansına qədər – brauzer və ya mobil cihaz vasitəsilə istənilən yerdən idarə edə bilərsiniz.

Bu modelin əsas üstünlüyü ondadır ki, siz nə bahalı lisenziya almalı, nə də əlavə server və ya proqram təminatına investisiya etməlisiniz. Sistemdən istifadə üçün yalnız aylıq abunə haqqı ödənilir, qalan hər şey – texniki dəstək, yeniləmələr, məlumatların təhlükəsiz saxlanması – xidmət təminatçısının üzərindədir.

“Accounting.Az” bu sahədə Azərbaycan bazarında rəqabətqabiliyyətli qiymətlərlə keyfiyyətli konsaltinq və uçot dəstəyi göstərir. İstər öz komandanızla müstəqil işləyin, istərsə də mütəxəssislərimizin dəstəyindən faydalanın – hər iki halda sistem sizə eyni rahatlığı vəd edir.

Sistem texniki olaraq necə işləyir?

“Hesabat.az” bulud texnologiyası üzərində qurulub, yəni bütün daxil etdiyiniz məlumatlar lokal kompüterdə deyil, qorunan uzaq serverlərdə saxlanılır. Bu, həm məlumat itkisi riskini minimuma endirir, həm də sizə istənilən cihazdan (kompüter, planşet, telefon) sistemə giriş imkanı verir.

Platformaya giriş “Asan Login” vasitəsilə həyata keçirilir ki, bu da həm təhlükəsizliyi artırır, həm də əlavə şifrə idarəetməsi zəhmətindən azad edir. İnterfeys elə dizayn olunub ki, mühasibat sahəsində dərin bilik tələb etmədən belə əsas əməliyyatları rahat başa düşmək mümkündür.

Praktik baxımdan sistem sizə aşağıdakıları təklif edir:

  • qarşı tərəflər üçün istənilən vaxt hesab-faktura yaratmaq;
  • bank hesabı ilə birbaşa inteqrasiya sayəsində daxil olan və çıxan vəsaitləri real vaxt rejimində izləmək;
  • bir neçə kliklə əsas sənəd növlərini formalaşdırıb çap etmək;
  • ətraflı hesabatlar vasitəsilə əsas maliyyə göstəricilərinə nəzarət edib zəruri düzəlişləri vaxtında etmək.

Bundan əlavə, sistemin çoxistifadəçili strukturu sayəsində eyni hesaba bir neçə işçi eyni anda qoşula bilər – bu da komanda daxilində iş bölgüsünü asanlaşdırır. Əgər ilkin sənədlərin sistemə daxil edilməsi prosesini bizim mütəxəssislərə həvalə etsəniz, siz vaxtınıza qənaət edərək yalnız yekun maliyyə vəziyyətinizə nəzarət etməklə kifayətlənə bilərsiniz.

Onlayn mühasibatlığın əsas imkanları

“Bulud mühasibat” platformasının funksionallığı ənənəvi mühasibat proseslərinin böyük əksəriyyətini əhatə edir. Aşağıdakı əməliyyatları sistem daxilində rahatlıqla yerinə yetirmək mümkündür:

  1. Mühasibat uçotu və maliyyə hesabatlılığı — bütün əməliyyatların qeydiyyatı və vaxtında hesabat forması ilə təqdimatı.
  2. Kontragentlərlə hesablaşmaların izlənməsi — işçilər və tərəfdaşlarla qarşılıqlı borc-tələb balansına nəzarət.
  3. Bank hesabına nəzarət — daxilolma və köçürmələrin avtomatik sinxronizasiyası.
  4. Müştəri bazasının formalaşdırılması — bütün kontragent məlumatlarının bir sistemdə toplanması.
  5. Vergilərin düzgün hesablanması — qanunvericiliyə uyğun avtomatik hesablamalar.
  6. Əmək haqqı cədvəlinin aparılması — bonus və mükafatların da nəzərə alınması ilə.
  7. Anbar ehtiyatlarının izlənməsi — məhsul dövriyyəsinə real vaxt nəzarəti.
  8. Sənədlərin formalaşdırılması və çapı — faktura və digər sənədlərin sürətli hazırlanması.
  9. Ödəniş təqviminin idarə olunması — gələcək ödəmə öhdəliklərinin planlaşdırılması.
  10. Üçüncü tərəf xidmətləri ilə inteqrasiya — mövcud iş proseslərinizə uyğunlaşma imkanı.

Bu funksiyaların hamısı bir platforma daxilində birləşdirildiyi üçün ayrı-ayrı proqramlar arasında keçid etməyə ehtiyac qalmır – bu da vaxta qənaəti əhəmiyyətli dərəcədə artırır.

Bu xidmətdən kimlər faydalana bilər?

Onlayn mühasib xidməti ilk növbədə fərdi sahibkarlar və kiçik biznes sahibləri üçün nəzərdə tutulub –  yəni öz mühasibat şöbəsini saxlamaq maliyyə baxımından səmərəli olmayan subyektlər bu xidməıtdən uğurla istifadə edə bilər. Eyni zamanda, əməliyyat həcmini optimallaşdırmaq istəyən bəzi orta səviyyəli şirkətlər də, xüsusilə filiallar arasında məlumat mübadiləsini sürətləndirmək lazım olduqda, bu modeldən faydalana bilər.

Biznes böyüdükcə maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması da aktuallaşır — belə hallarda audit xidmətləri növbəti məntiqi addım kimi nəzərdən keçirilə bilər.

Müştərilər xidmətin qiymətini aylıq və ya illik ödəyə bilər. İllik ödəniş seçildikdə müştərilərə 30% endirim tətbiq olunur ki, bu da uzunmüddətli əməkdaşlıq üçün əlavə iqtisadi sərfəlilik yaradır.

Niyə “Accounting.az” ilə işləməlisiniz?

Bakıda mühasibat uçotu bazarında çoxillik təcrübəyə malik komandamız yalnız texniki dəstəklə kifayətlənmir – biz həm də vergi xidmətləri, kadr xidmətləri və maliyyə strategiyası ilə bağlı praktiki məsləhətlər veririk. Beləliklə, “Hesabat.az” platforması sizə texnoloji infrastrukturu, “Accounting.az” komandası isə peşəkar biliyi təqdim edir. Bu ikili yanaşma sayəsində sahibkarlar həm avtomatlaşdırmanın rahatlığından, həm də mütəxəssis dəstəyinin etibarlılığından eyni zamanda faydalanır.

Əgər siz mühasibat uçotunuzu rəqəmsallaşdırmaq, vaxtınıza qənaət etmək və biznesinizin maliyyə vəziyyətini istənilən an nəzarətdə saxlamaq istəyirsinizsə, onlayn mühasib xidmətinə keçid ideal həll ola bilər. Mühasibat, kadr və ya vergi uçotu ilə bağlı hər hansı sualınız varsa, komandamızla əlaqə saxlayaraq pulsuz məsləhətləşmə əldə edə bilərsiniz.

Bizimlə əlaqə:



Uçotunuzu bu gün onlayn quraq – biznesinizi gələcəyə hazırlayaq!

whatsapp
error: Content is protected !!