Onlayn mühasibat nədir?

Onlayn mühasibat nədir, Onlayn mühasibat accounting.az,
Ekspert yazıları

Salman Əbdülrzazadə – Aparıcı mütəxəssis/mühasibat üzrə ekspert/təlimçi

Mühasibat nədir?

Mühasib, mühasibat, mühasibatlıq – bunlar hər birimizin heç olmasa bir dəfə rast gəldiyimiz sözlərdir. Bu sözlərlə rastlaşanda gözümüzün önündə böyük cədvəllərdə toplanmış, çoxlu aydın olmayan rəqəmlərlə işləyən qaraqabaq insanlar, bu insanların çalışdığı, üst-üstə qalanmış sənədlərlə dolu iş yeri canlanır. Amma təxəyyülümüz nə qədər geniş olsa da, bir çoxlarımız üçün “Mühasibat nədir?”, “Mühasib kimdir?” yaxud “Mühasibatlıq nədir?” sualları həmişə aktual olaraq qalır. 

Müxtəlif sənədlərlə, rəqəmlərlə işləyən, idarə və müəssisələrin maliyyə işlərini aparan bu insanlar mühasiblərdir, mühasibatlıq onların iş yerlərdir. Mühasiblər idarə, müəssisə və təşkilatların, fərdi sahibkarların mühasibat işlərini aparırlar. Bəs mühasibat nədir? Mühasibat, mühasibat uçotu eyni mənada işlənir, uçot işlərinin  nəzəriyyə və praktikasını özündə birləşdirir. 

“Mühasibat nədir?” sualını mütəxəssislər  bəzən, yaxşı təşkilatlanmış, mühasib adlanan dürüst peşəkarlar tərəfindən istifadə edilən biznes dili kimi də cavablandırırlar. 

Amerika Mühasibat uçotu Assosiasiyasının bu suala cavabı daha akademikdir. Assosiasiya mühasibat qeydlərinin aparılmasın informasiya istifadəçilərinin əsaslandırılmış mühakimə və qərarlar qəbul etmək üçün iqtisadi məlumatların müəyyən edilməsi, ölçülməsi və ötürülməsi prosesi kimi xarakterizə edir Mühasibat təkcə maliyyə əməliyyatlarını qeyd etmir, o həmçinin:

  • kommersiya müəssisəsinin maliyyə vəziyyəti haqqında məlumatlarla maraqlı şəxsləri təmin edir; 
  • “Maliyyə hesabatları” adlanan sənədlərdəki məlumatları təhlil edərək uyğun rəy hazırlayır.

Gil lövhələrdən buludlara yüksələn mühasibatlıq 

Müasir mühasiblərin əcdadları sayılan hesabdarlar ilk uçot yazılışlarını gil lövhə üzərində işarələr qoymaqla aparırdılar. Onları “Mühasibatlıq nədir?” sualına cavab, yəqin ki, maraqlandırmayıb. Amma insan cəmiyyətinin sonrakı inkişafı mühasib peşəsini inkişaf etdirdi, “mühasibatlıq nədir?” sualına cavab verməklə yanaşı, leksikonumuza “kompüter mühasibatlığı” kimi anlayışlar da daxil etdi. Bu gün isə texniki inkişaf mühasibə “buludlarda” öz uçotunu qurmağa, onlayn mühasibat hesabatları hazırlamağa imkan verir. Söhbət tez-tez rast gəldiyimiz bulud texnologiyasından gedir. Bulud texnologiyaları yaxud bulud hesablaması – İnternetdə, daha dəqiq ifadə etsək, kənar serverdə  sizin üçün ayrılmış iş sahəsidir. Bulud hesablaşmalar zamanı öz elektron cihazlarınızın (kompüter, mobil telefon, planşet) proqram və texniki təminatından deyil, kənar tərəfin – serverin  resurslarından istifadə edirsiniz. Məsələn, siz e-poçt (e-mail) xidməti təklif edən hansısa saytda (məsələn, gmail.com) işlədikdə, bulud texnologiyasının bir hissəsi olan bulud xidmətindən yararlanırsınız. Bulud texnologiyaları haqqında buradan daha ətraflı oxuya bilərsiniz. Bəs bulud mühasibatlıq nədir? 

Bulud mühasibatlıq – kənar serverdə yerləşən və İnternet vasitəsilə işləmək üçün nəzərdə tutulmuş mühasibat proqramları toplusudur.


Onlayn- mühasibat xidməti sifariş et, mühasibatlıq həmişə yanında olsun!


Uçot məlumatları, bu məlumatlarla işləmək üçün lazım olan proqramların saxlandığı serverlər məlumatların saxlanması, habelə onların emalı üçün nəzərdə tutulmuş xüsusi mərkəzlərində yerləşir. Belə mərkəzlərdə informasiya istənilən təhlükədən ən yüksək səviyyədə qorunur. Uçot məlumatları ilə işləmək üçün sizə hər hansı mühasibat uçotu proqramı almağa, onu kompüterinizə quraşdırmağa ehtiyac yoxdur. Siz  uçotunuzu aparmaq üçün lazım olan işçi sahəni, həmçinin xidmətləri (disk yeri, proqramlar, müxtəlif sistemlərlə inteqrasiya, digərləri) sərfəli qiymətlərlə icarəyə götürmüş olursunuz. Bulud mühasibatlıq sizə planetin ən ucqar guşəsində belə mühasibat uçotunuzu aparmağa, hesabatlarla işləməyə imkan verir. Telefon, planşet yaxud kompüter – istənilən müasir cihaz bunun üçün kifayətdir. Yeganə şərt İnternetə daimi çıxışın olmasıdır.

Əgər sizdə “bəs onlayn mühasibat yaxud onlayn mühasibatlıq nədir?” sualı yaranarsa, yuxarıda onun da cavabını vermişik  – bulud mühasibatlığı onlayn mühasibatlıq da adlandırırlar.


Mühasibatınızın daha rahat aparılmaq istəuyirsiniz? “Hesabat”-a gəlin


Ənənəvi yoxsa onlayn mühasibat?

Ənənəvi mühasibat nədir? Bu kağızlarda əl ilə qeyd etməklə aparılan maliyyə əməliyyatlarının uçotu prosesidir. Belə mühasibatlıqda mühasiblər şirkətə məxsus serverdə yaxud işçi kompüterdə uçot apara, habelə maliyyə hesabatları, vergi bəyannamələrini hazırlayıb onlayn təqdim edə bilərlər. 

İlk baxışdan belə görünə bilər ki, mühasibatlığın şirkətə məxsus serverdə yaxud işçilərin kompüterində aparılması daha rahatdır. Əslində isə ənənəvi mühasibatlıqda bir sıra problemləri həll etmək lazımdır:

  • peşəkar İT işçilərinin cəlb edilməsi, öyrədilməsi;
  • bahalı avadanlığın alınması;
  • lokal məlumat mərkəzi üçün ofisdə yerin ayrılması;
  • nasazlıqlardan sığortalanmaq üçün ehtiyat tədbirlərin görülməsi (əlavə sahə, avadanlıq və sair);
  • avadanlıqların informasiya, həmçinin fiziki baxımdan təhlükəizliyinin təmin edilməsi;
  • sistemin, proqram təminatının mütəmadi olaraq yenilənməsi və sair.

Bu işlər vaxt və resurslar baxımından kifayət qədər bahalıdır. 

Onlayn mühasibatdan istifadə etməklə siz bu məsrəfləri bulud xidmətini təklif edən şirkətə ötürmüş olursunuz. Sərbəstləşən vəsaiti isə əsas fəaliyyətlərə yönəltmək olar. 

Onlayn mühasibatlığın aşağıdakı üstünlükləri də var:

  • əməliyyatlar daha sürətlidir;
  • informasiyanın itirilməsi riski aşağıdır;
  • xərclər nisbətən azdır;
  • hesablamaların dəqiqliyi daha yüksəkdir.

Yuxarıda qısa da olsa, “Bulud mühasibatlıq nədir, necə təşkil olunur?”, “Onlayn mühasibat nədir, ənənəvi mühasibat uçotundan nə ilə fərqlənir?” suallarına cavab verməyə çalışdıq. 

Yekun olaraq qeyd edək ki, onlayn mühasibat uçotundan istifadə biznesə öz məlumatlarını bir yerdə saxlamağa kömək edir, maliyyə məlumatlarının təşkilini təkmilləşdirir, mühasibat proqramında məlumatların əlçatanlığını artırır. Bütün bunlar onlayn mühasibatdan ənənəvi mühasibatlığa nisbətən daha asan istifadəyə imkan verir.  

whatsapp