Əməkhaqqının hesablanması üzrə vebinar

Vebinar

Əmək haqqı insanların geniş yayılmış gəlir mənbələrindən biridir. O, insanları isə cəlb edən, müəssisəyə bağlayan əsas amillərdəndir. Bu səbəbdən əmək haqqının hesablanması və ödənişinin uçotu həmişə mühasibatın önəmli sahəsindən biri olub. 

Əmək haqqının hesablanması cədvəli nədir?

İşəgötürən işçilərə ödənişlər etmək üçün əmək haqqının hesablanması cədvəli tərtib edir. Belə cədvəllər  əsasən kompüterdə, Excel proqramında hazırlanır. EXCEL cədvəlləri hesablamalar üçün çox uyğundur, hesablamanı avtomatlaşdırmağa,  əmək haqqının hesablanması qaydası dəyişərsə, operativ dəyişiklik etməyə imkan verir. Məsələn, əmək haqqının hesablanması 2021 ci ildə icbari tibbi sığortanın (İTS) tətbiqi ilə əlaqədar müəyyən dəyişikliyə məruz qaldı. Excel-də mövcud əmək haqqının hesablanması cədvəli üzərində bu dəyişikliyi əks etdirmək elə də çətin deyil.

 İşi yerinə yetirmək üçün ilkin məlumatları ehtiva edən bir cədvəl yaradılır:

  • işçilərin siyahısı, vəzifələri 
  • vəzifə maaşı;
  • iş günlərinin sayı;
  • faktiki işlənmiş günlərə görə əmək haqqı;
  • mükafatlar;
  • işçiyə digər ödənişlər.

Cədvələ həmçinin işçinin əmək haqqından tutulmalar (vergi, DSMF, İTS, sair) daxil edilir. Bu məlumatlar əsasında işçiyə veriləcək (yaxud bank hesabına köçürüləcək) məbləğ hesablanır. 

Əmək haqqının hesablanması qaydası, 2002-ci ilsə əmək haqqının hesablanması cədvəlinin tərtib edilməsi, kadr uçotunun qurulması və aparılması xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın yaxud zəng sifariş edin. 

Əmək haqqının hesablanması qaydası qanunvericilikdə necə tənzimlənir 

Muzdlu işlə bağlı gəlirlərin tərkibinə nələr daxildir?  Vergi Məcəlləsi, digər qanunvericilik aktlarına görə əmək haqqı hesablanması və ödənişinin uçotu necə aparılır?  İşçinin vəzifə maaşı, mükafat, muzdlu işlə bağlı gəlirlər necə müəyyən edilir,  gəlirlər vergi necə hesablanır?  Hesablamalar üzrə hansı vergi güzəştləri var? Əmək haqqının hesablanması 2021 ilin sonunda minimum əmək haqqına edilən dəyişiklikdən asılıdırmı?

 Bütün bu suallara cavab axtarırsınızsa, bizim Əmək haqqının hesablanmasının əsasları və vahid bəyannamənin hazırlanmasıonlayn təlimi sizin üçündür. 

Təlimdə həmçinin işçinin gəlirləri, məzuniyyət pulu, xəstəlik vərəqəsi üzrə ödəmələr və sair bu kimi məsələlərə aydınlıq gətirilir, məcburi tutulmaların əmək haqqının hesablanması cədvəlində əks olunması şərh olunur. 

Vahid bəyannamə nədir? 

Artıq üçüncü ildir ki, vergi ödəyiciləri vergi orqanlarına Vahid bəyannamə təqdim edir. Bu vergi hesabatı özündə əvvəllər təqdim edilən muzdlu işlə bağlı vergi bəyannaməsi, məcburi dövlət sosial sığortası, işsizlik sığortası, icbari tibbi sığorta formaları üzrə məlumatları birləşdirir. Bəyannamə rüblük tərtib edilir. Əmək haqqının hesablanması və ödənişinin uçotu üzrə mühasibat məlumatlarının Vahid bəyannamədə əks edilməsi həmişə aktual məsələlərdən olmuşdur.  

Bildiyiniz kimi, 2022 il əmək haqqının hesablanması 2021 ilə nisbətən İTS-də olan güzəştlərin ləğvinə görə fərqlənir. Vahid bəyannamənin doldurulmasına bu təsir edirmi? Təlimdə əmək haqqının hesablanması qaydasında olan dəyişikliklərin vergi hesabatının tərtib edilməsinə təsiri də araşırılır. 

“Əmək haqqının hesablanmasının əsasları və vahid bəyannamənin hazırlanması” onlayn təlimində  “Accounting.az” konsaltinq şirkətinin eksperti Kəmalə Rzayeva sizə bütün bunları ətraflı izah edəcək. Onun təqdimatında siz:

  • əmək haqqının hesablanması və ödənişinin uçotu;
  • əmək haqqının hesablanması qaydası;
  • vahid bəyannamənin tərtib edilməsi, göndərilməsi ilə daha yaxından tanış olacaqsınız. 

Təlimi Kəmalə Rzayevanın təqdimatında  buradan izləyə bilərsiniz.

Bakıda mühasibat kursları əmək haqqının hazırlanması