Mühasibat uçotu kursu

Yeni başlayanlar üçün Bakıda mühasibat uçotu kursu

Mühasib peşəsi bu gün ən çox tələb olunan peşələrdəndir. Peşəkar inkişafınızı, maddi rifahınızı təmin edəcək bir ixtisas əldə etmək istəyirsiniz? “Accounting.az” konsaltinq şirkəti maliyyə sahəsində təhsil alan tələbələr, məzunlar, peşə karyerası üçün mühasibat sektorunu seçənlər üçün “Mühasibat uçotu” kursunu təklif edir. 

Bizim ekspertlərin yeni başlayanlar üçün xüsusi hazırlanmış təlim proqramı yalnız nəzəri biliklərin deyil, həm də praktik bacarıqların formalaşmasına istiqamətlənib. Təlim prosesində təcrübədən götürülmüş real mühasibat tapşırıqları, sizə əvəzsiz təcrübə qazandıracaq ki, bu da kursu bitirdikdən sonra dərhal işə başlamağa imkan yaradır.

Məsafədən iş rejimində çalışan, yüksək əmək haqqı alan təkcə İT mütəxəssisləri deyil! Bu gün bir çox peşəkar mühasiblər autsorqsinq əsaslı fəaliyyət göstərir. Bizim mühasibat uçotu kursunda əldə etdikləriniz sizə özünüzü bu çərçivədə reallaşdırmağa kömək edəcək.

Biz qanunvericilikdə, mühasibat uçotunda, vergi və məhkəmə təcrübəsində son dəyişiklikləri daima izləyirik.

Müəllimlərimiz yeni başlayan mühasibin  nələrlə  üzləşdiyini, rəhbərliyin onun qarşısına hansı tapşırıqları qoyacağını, həmin tapşırıqların asan həll yolunu yaxşı bilirlər. İlk dərsdən gələcək işinizin ən vacib bölmələrini mənimsəyəcəksiniz. Siz:

  • müəssisəni qeydiyyata almağı;
  • nizamnamə kapitalını formalaşdırmağı;
  • ilkin sənədləri tərtib etməyi;
  • işçilərin əmək haqlarını hesablamağı;
  • ƏDV-li və ƏDV-siz satışların uçotunu aparmağı;
  • və təbii ki, maliyyə hesabatlarının tərtibatını öyrənəcəksiniz.

Siz mühasibat uçotunun qurulması, bərpası, aparılmasının əsaslarını öyrənəcək, kursu uğurla bitirdikdən keyfiyyətli mühasibat xidmətləri göstərməyi bacaracaqsınız. 

Bakıda ən yaxşı mühasibat təlimi proqramı

Dərin nəzəri hazırlıq, praktiki problemlərin həllini birləşdirən tədris proqramı mühasibat uçotunu yenicə mənimsəməyə başlayanlarla yanaşı, biliklərini müasir normativ sənədlərə uyğun yeniləmək istəyənlər üçün də uyğundur.

Bu qısa girişdən sonra gəlin bir az konkretləşdirək: BİZİM KURS KİMİN ÜÇÜNDÜR?

  • mühasibat uçotunu “0” öyrənmək istəyənlər üçün;
  • mühasiblər və bacarıqlarını yeniləmək istəyənlər üçün;
  • mühasibat sahəsində praktiki bacarıqlar əldə etmək istəyən tələbə və məzunlar üçün.
  • Mühasibat və vergi uçotu haqqında anlayışlara ehtiyacı olan rəhbər və menecerlər üçün.

Tədris proqramı mühasibat uçotunun müxtəlif aspektlərini əhatə edir, məsələn:

  • mühasibat uçotunun əsas anlayışları – aktiv/passiv hesablar, hesablar planı, balans, digər maliyyə hesabatları haqqında məlumatlar;
  • müəssisənin maddi aktivləri, onların uçotu, amortizasiya hesablanması, əmlak üzrə vergilər;
  • pul vasitələri, ehtiyatlarla bağlı əməliyyatlar, onların mühasibat uçotu;
  • qeyri – maddi aktivlər, onların alışı, satışı, köhnəlmənin hesablanması;
  • müəssisənin öhdəlikləri, kapitalı üzrə əməliyyatlar;
  • işçilərlə hesablaşmalar, əmək haqqından tutulmalar, ezamiyyə və məzuniyyət;  
  • maliyyə hesabatlarının tərtibi və sairlər.

Bunlar mühasibat uçotu kursun əhatə etdiyi mövzuların tam siyahısı deyil. 

Necə? Nə vaxt? Harada? Kim?

Təlimin müddəti: 40 saat (2.5 ay)

Təlimçi: Salman Əbdülrzazadə

Mühasibat uçotu kursu məzunlara mühasib, mühasib köməkçisi, sərbəst mühasib işləmək üçün uyğun səriştələr verir. Biz iş prosesində qarşılaşdığınız suallarla bizə müraciət edə bilərsiz.

Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünvanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

Bizimlə əlaqə:
+994502258205 
+994123100929
+994125983798

whatsapp