Bəyannamələrin hazırlanması

Nəyə görə vergi mütəxəssisi olmağa dəyər?

“Pul dünyanı idarə edir ya yox?” sualı üzərində çox düşünmədən qeyd edək ki, o, başımızın üstünü bir dam, masanın üstünü yeməklə təmin etməklə, rahat yaşam tərzimizə kömək edə bilər.  Vergi bəyannamələrinin hazırlanması bacarıqları pul qazanmağın bir yolu, ödənişli iş təminatıdır. 

İnsanlar, fərdi sahibkarlar, müəssisələr (kiçikliyindən – böyüklüyündən asılı olmayaraq)   həmişə vergilərlə bağlı köməyə ehtiyac duyacaqlar. Vergi bəyannamələri və hesabatların təqdim edilməsi bütün dövrlərdə həmişə aktual olub və olacaq. Onları necə təqdim etməyi öyrənmək üçün isə əksəriyyətimizin sadəcə vaxtı, enerjisi yaxud həvəsi yoxdur. Buraya Vergi Məcəlləsinə tez-tez edilən dəyişiklikləri  əlavə etsək vergilər üzrə mütəxəssis olmağın önəmi daha da aydın olar.

 “Praktiki bəyannamə və hesabatların hazırlanması” kursu bu sahədə bilik, bacarıqlar əldə etmək istəyənlər üçün hazırlanıb. Bu kursu bitirdikdən sonra siz, asanlıqla aşağıdakı bəyannamələri hazırlayıb təqdim edə  biləcəksiniz:

  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) – Vahid bəyannamə;
  • Sadələşdirilmiş vergi üzrə bəyannamələr;
  • Ödəniş mənbəyində tutulan vergilər (ÖMV) üzrə bəyannamələr;
  • Gəlir vergisi bəyannaməsi;
  • Mənfəət vergisi bəyannaməsi, ona əlavələr;
  • ƏDV bəyannaməsi;
  • Torpaq, əmlak, mədən vergiləri üzrə bəyannamələr;
  • Digərləri.

Kursda həmçinin “Bəyannamə Tərtibat Proqramı”ndan (BTP) istifadə edilməsi, statistika hesabatının tərtibi və göndərilməsi qaydalarını da öyrənəcəksiniz.

Kurs  “Accounting.az” konsaltinq şirkəti tərəfindən hazırlanıb. “Accounting.az”  Bakıda vergi kursları təklif edən, mühasibat, vergi uçotu mütəxəssisləri hazırlayan qabaqcıl şirkətlərdən biridir.   

Bizim kursların mütəxəssisləri sizə mühasibat, vergi kadr uçotunun müxtəlif sahələrində bilik və bacarıqların  artırılmaşında dəstək olacaq, peşəkar mütəxəssis kimi yetişməyinizə kömək edəcəkdir.

Vergilərə səriştəli yanaşma , gəlirlərə qənaət imkanı verir. Qənaət edilən pul – sizin qazancınızdır.

Hər il vergi qanunvericiliyi dəyişikliklərə məruz qalır, vergi bəyannaməsinin verilməsi proqramı yenilənir. Kursda biz bəyannamələrin necə hazırlanmasını izah edir, nümunələrdə göstəririk. “Praktiki bəyannamə və hesabatların hazırlanması” kursunu bitirdikdən sonra vergi orqanına bəyannamə göndərmək, onun yoxlanma statusunu izləmək, vergini rahat, operativ, habelə təhlükəsiz şəkildə necə ödəmək barədə suallarınız qalmaycaq. Kursun proqramı vergi bəyannaməsinin 2020, 2021-ci illərdə tərtibində mütəxəssislərə dəstək olub. Vergi bəyannaməsinin hazırlanması 2022-ci ildə qanunvericilikdə olan dəyişikliklərə uyğunlaşdırılb. Dinləyicilərimizin tövsiyələri nəzərə alınıb.                      

Necə? Nə vaxt? Harada? Kim?

Təlimin müddəti: 20 saat 

Tərəfimizdən köməkçi fayl və cədvəllər təqdim ediləcək. Məzunlara iş prosesində bəyannamələrlə bağlı yaranan suallarla bağlı  3 ay ərzində məsləhətlər veriləcək. 

Qeydiyyat linki: https://form.cubics.pro/form/F6dDCzuQ9nH9n9K5T

Təlimçi:  Salman Əbdülrzazadə

“Praktiki bəyannamə və hesabatların hazırlanması” kursu sizə nə verəcək? 

İş təminatı – vergi bəyannamələrinin hazırlanması, demək olar ki, hər kəsin nə vaxtsa ehtiyac duyduğu bir sahədir, yəni belə mütəxəssislərə həmişə yüksək tələbat olacaqdır.

Çevik iş variantları – İş qrafikinizə gəldikdə çoxlu seçiminiz var: siz şirkətdə tam iş günü, natamam iş rejimində, yaxud başqa peşəyə əlavə kimi işləyə bilərsiniz. Habelə evdən özünüz üçün işləmək də mümkündür.

 Vergi bəyannamələrinin hazırlanması, vergilər sizin ömürlük peşənizə də çevrilə bilər, karyera nərdivanının bir pilləsinə də: bir müddət işləyib başqa fəaliyyətlərə də keçə bilərsiniz.

Amma əldə edilən bilik və bacarıqlar daima sizinlə olacaq. Siz onlardan vergi özünüz üçün vergi bəyannaməsi hazırlayarkən, yaxud ailə üzvlərinə, dostlara kömək edərkən istifadə edə bilərsiniz. Eyni zamanda vergi bəyannamələrinin hazırlanması üzrə bacarıqlar sizə bütün peşəkar fəaliyyətinizdə yaxşı xidmət göstərə bilərlər. Bir çox şirkətlər bu cür bilik və təcrübəni əlavə bacarıq kimi görür və bu, gələcək vəzifələrə, hətta vergi hazırlığı ilə bağlı olmayan vəzifələrə müraciət edərkən sizə üstünlük verə bilər. Mühasibat uçotu və vergilər üzrə baza biliklər vacibdir, bu sizi işəgötürən üçün daha maraqlı kadr edir, amma çox az adam onları öyrənməyə cəhd edir. Siz azlardan olun, biz sizə dəstək olarıq.

Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünvanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

whatsapp