Əməkhaqqı hesablamaq

“Əmək haqqı ödənişləri üzrə hesablaşmalar 2022” kursu

Kursun mahiyyəti  

Maaş haqqı insanların əsas gəlir mənbələrindən biridir. İşəgötürən üçün əmək haqqı sisteminin düzgün təşkili biznesinin inkişafında vacib rol oynayır. Müəssisələrdə insan resurslarının idarə edilməsi, əmək və əmək haqqı sisteminin təşkili ilə bir sıra struktur vahidləri məşğul olur. Adətən işçilərə verilən maaş mühasibatlıqda hesablanır, bəzən isə insan resursları bölməsində əmək haqqı üzrə mühasib tərəfindən aparılır. 

“Accounting.az” konsaltinq şirkəti tərəfindən təklif edilən “Əmək haqqı ödənişləri üzrə hesablaşmalar 2022” kursu işçilərlə hesablaşmalar üzrə baza bilikləri əhatə edir. Təlimdə:

  • kadrlar uçotunun mahiyyəti və təşkili qısa icmal formasında şərh edilir;
  • mühasibat uçotunda kadrlar üzrə sənədlərin tərkibi təsvir edilir;
  • maaşın hesablanması, işçilərdən vergi, sosial sığorta, digər tutulmaların qaydası izah edilir;
  • nümunə və praktik tapşırıqlarla müvafiq bacarıqların əldə edilməsi yolları göstərilir;
  • Excel elektron cədvəlin əmək haqqı hesablamalarına tətbiqi imkanları araşdırılır.

Kursu uğurla başa vurduqdan sonra siz, işçilərlə hesablaşmaların baza anlayışlarını biləcək, 

müavinət, təzminat, ezamiyyə və digər hesablaşmalar üzrə əməliyyatların aparılmasın 

bacaracaqsınız. 

“Əmək haqqı ödənişləri üzrə hesablaşmalar 2022” kursu karyera inkişafınızda sizə yardımçı olacaqdır.

Kursdan kimlər faydalana bilər?

  • fərdi sahibkarlar;
  • əmək haqqı üzrə mühasiblər;
  • yeni baslayanlar, tələbələr;
  • əmək haqqı məsələlərində bacarıqlarını artırmaq istəyən hər kəs.

“Accounting.az” konsaltinq şirkəti əməkdaşları Bakıda mühasibat uçotu xidmətləri sektorunun peşəkar mütəxəssisləridir. Əməkdaşlarımız müəssisələrə, fərdi sahibkarlara autsorsinq çərçivəsində müxtəlif xidmətlər göstərir. 

Təlimin nəticəsi

  • işçilərə maaşı düzgün təyin etməyi, ödəməyi öyrənəcək, əmək haqqının əsas, kompensasiya və həvəsləndirici hissələrini fərqləndirəcək;
  • orta əmək haqqının hesablanması ardıcıllığını biləcək, əmək haqqı tutulmalarını düzgün həyata keçirəcək;
  • iş vaxtının cəmlənmiş uçotu, təhtəlhesab şəxslərlə hesablaşmaları başa düşəcək;
  • vergiləri, sığorta haqlarını necə ödəməyi, əmək, vergi müfəttişliyinin iradları və sanksiyaları olmadan işləməyi öyrəncək;
  • mürəkkəb vəziyyətlərdə elektron cədvəllərdən istifadə etməyi bacaracaqsınız. 

 Kursun mövzuları aşağıdakı kimi qruplaşdırılıb: 

  • mühasibatlıqda kadrlar üzrə sənədlərin mahiyyəti, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatı, işçilərin əmək haqqı üzrə sənədlərinin tərkibi;
  • əmək haqqından tutulmalar, vergi, büdcədənkənar fondlar və həmkarlar ittifaqlarına tutulmalar, işçilərdən digər tutulmalar;
  • məzuniyyətlərin hesablanması;
  • işçilərlə digər hesablaşmalar.
  • elektron cədvəllərdən istifadə.

Kursun ətraflı proqramı ilə aşağıdakı keçidlərdən tanış ola bilırsiniz:

Necə? Nə vaxt? Harada? Kim?

“Əmək haqqi ödənişləri üzrə hesablaşmalar 2022” kursu hazırlanma mərhələsindədir. Saytımızı izləyin! 

“Mühasibat uçotu”, “Kadr kargüzarlığının əsasları 2022” kursları tövsiyyə ediləndir.

Bizim digər kurslarla tanış olmaq üçün şəxsən müraciət edə bilərsiniz. Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünvanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

Digər əlaqə vasitələrindən də istifadə etmək olar.

Bizimlə əlaqə:
+994502258205 
+994123100929
+994125983798

whatsapp