Kursun mahiyyəti
Maaş haqqı insanların əsas gəlir mənbələrindən biridir. İşəgötürən üçün əməkhaqqı sisteminin düzgün təşkili biznesinin inkişafında vacib rol oynayır. Müəssisələrdə insan resurslarının idarə edilməsi, əmək və əməkhaqqı sisteminin təşkili ilə bir sıra struktur vahidləri məşğul olur. Adətən işçilərə verilən maaş mühasibatlıqda hesablanır, bəzən isə insan resursları bölməsində əməkhaqqı üzrə mühasib tərəfindən aparılır.
“Accounting.az” konsaltinq şirkəti tərəfindən təklif edilən “Əməkhaqqı ödənişləri üzrə hesablaşmalar” kursu işçilərlə hesablaşmalar üzrə baza bilikləri əhatə edir. Təlimdə:
Kursu uğurla başa vurduqdan sonra siz, işçilərlə hesablaşmaların baza anlayışlarını biləcək,
müavinət, təzminat, ezamiyyə və digər hesablaşmalar üzrə əməliyyatların aparılmasını bacaracaqsınız.
“Əməkhaqqı ödənişləri üzrə hesablaşmalar” kursu karyera inkişafınızda sizə yardımçı olacaqdır.
“Accounting.az” konsaltinq şirkəti əməkdaşları Bakıda mühasibat uçotu xidmətləri sektorunun peşəkar mütəxəssisləridir. Əməkdaşlarımız müəssisələrə, fərdi sahibkarlara autsorsinq çərçivəsində müxtəlif xidmətlər göstərir.
Kursun ətraflı proqramı ilə aşağıdakı keçidlərdən tanış ola bilırsiniz:
“Əməkhaqqi ödənişləri üzrə hesablaşmalar” kursu hazırlanma mərhələsindədir. Saytımızı izləyin!
“Mühasibat uçotu”, “Kadr kargüzarlığının əsasları” kursları tövsiyyə ediləndir.
Bizim digər kurslarla tanış olmaq üçün şəxsən müraciət edə bilərsiniz. Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünavanımız: Cəfər Cabbarlı 44, Caspian Plaza 2.
Digər əlaqə vasitələrindən də istifadə etmək olar.
Bizimlə əlaqə:
+994502258205
+994123100929
+994125983798