Əlavə dəyər vergisi üzrə nəzəri və praktiki təlim

Kursun xüsusiyyətləri

ƏDV hesablanması çətinlik yaradır ƏDV əvəzləşdirilməsinin düzgünlüyünə şübhə edirsiniz? ƏDV bəyannaməsi tərtibində problemlər var? ƏDV ilə bağlı qanunvericiliyin bütün incəliklərini bilmək istəyirsiniz?  

“Accounting.az” konsaltinq şirkəti tərəfindən təklif edilən ”Əlavə dəyər vergisi üzrə nəzəri və praktiki təlimi” kursuna yazılın. Biz bu vergi növü üzrə hesablamaların nüanslarını başa düşməyə sizə kömək edəcəyik!

Kursda ƏDV hesablanması zamanı ilkin sənədlərin daxil edilməsindən tutmuş bəyannamənin formalaşdırılmasına qədər bütün xüsusiyyətlər ətraflı müzakirə olunur. Təlimdə həmçinin:

  • vergi uçotu məqsədləri üçün məlumatların yaradılması prinsipləri;
  • ƏDV bəyannaməsinin elektron formatda hazırlanması;
  • dəqiqləşdirmə, düzəlişlər, ƏDV əvəzləşdirilməsi  məsələləri əhatə olunacaq.

Təlimin gedişində əldə edilmiş nəzəri biliklərin tətbiqi real məsələlər, keyslər, test tapşırıqları vasitəsi ilə möhkəmləndirilir. 

Kursun məqsədləri:

  • ƏDV – nin uçotu üzrə bilik və bacarıqların formalaşdırılması;
  • təşkilatların sahibkarlıq fəaliyyəti növündən asılı olaraq ƏDV-nin hesablanması üsullarının öyrənilməsi;
  • ƏDV bəyannaməsinin tamlığının və düzgünlüyünün yoxlanılması yollarının mənimsənilməsi.

Dinləyicilərin kompüter savadlılığı, mühasibat uçotu üzrə baza  biliklərin olması arzu ediləndir. Bakıda mühasibat uçotu xidmətlərinin geniş spektrini təklif edən “Accounting.az”-ın “Mühasibat uçotu” kursunda baza biliklərə yiyələnmək olar. 

Əlavə dəyər vergisi haqqında nələri öyrənəcəksiniz?

  • Əlavə dəyər vergisi anlayışı, ödəyicilər, vergi tutma obyekti, qeydiyyat, qeydiyyatın ləğvi;
  • ƏDV hesablanacaq əməliyyatların dəyərinin təyini, dövriyyənin dəqiqləşdirilməsi;
  • ƏDV güzəştləri, azad olmalar, “0” dərəcə ilə əməliyyatlar;
  • vergi tutulan əməliyyatın vaxtı, əməliyyatın aparılma yeri;
  • qeyri-rezidentin ƏDV-si üzrə vergi tutulan əməliyyatın vaxtı və dəyərinin müəyyən edilməsi;
  • agent üzrə əməliyyatların vergiyə cəlb edilməsi;
  • ƏDV əvəzləşdirilməsi, artıq ƏDV-nin qaytarılması;
  • bəyannamənin tərtib edilməsi;
  • EFP proqram təminatına əvəzləşdirilən ƏDV məbləğinin yüklənməsi.

Təlim mühasiblər, mühasib köməkçiləri, tələbələr, Dövlət Vergi Xidməti Orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.           

Necə? Nə vaxt? Harada? Kim?

Təlimin ümumi həcmi 20 saatdır.

Qeydiyyatdan keçmık üçün link: https://form.cubics.pro/form/ei6cgs7648kD5AM8K

Təlim peşəkar mütəxəssis  Azər Qənbərov tətfindən aparılır. 

Təlimin gedişatını əks etdirən kiçik video rolikə buradan baxa bilərsiniz. 

Əlavə dəyər vergisinin hesablanması,  ƏDV bəyannaməsi üzrə bilik və bacarıqlara malik mütəxəssislərə həmişə yüksək tələbat var. Kursumuzun məzunlarının əksəriyyəti uğurlu karyera qurur, işəgötürənlər tərəfindən hörmətlə qarşılanır.

Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünvanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

whatsapp