Accounting.Az-ın təklif etdiyi xidmətlər

Xidmətlər accounting.az, Konsaltinq xidmətləri
Ümumi

Aşağıda göstərilən digər xidmət növlərimiz ilə tanış ola bilərsiniz. Hər biri üçün peşəkar komanda ilə xidmətinizdəyik.

Konsaltinq xidmətləri 

Şirkətlər rəqabət qabiliyyətini, bazar paylarını artırmaqda maraqlıdırlar. Bəzən daxili resurslar, şəxsi təcrübə buna kifayət etmir.  Bu zaman kənar mütəxəssislərin təklif etdiyi konsaltinq xidmətləri köməyə gəlir. Kənar məsləhətçi yaxud konsaltinq şirkətləri çatışmayan resurs və təcrübəni qısa zamanda əldə etməyə yardım edirlər.

Mahiyyətcə konsaltinq məsləhət verilməsidir, amma, xidmətin əhatəsi yalnız bununla bitmir. Onun köməyi ilə bir sıra məsələlər həll edilir, məsələn, onun köməyi ilə biznesin rəqabət qabiliyyətini artırmaq mümkündür. Daha dar çərçivədə, konsaltinq xidmətinə mühasibat uçotu sahəsində problemlərin həlli yaxud vergi qanunvericiliyi üzrə sualların cavablandırılmasını nümunə göstərmək olar.  

Konsaltinq şirkətləri konsaltinq xidməti göstərən ixtisaslaşmış müəssisələrdir. 

Bakıda konsaltinq xidmətləri göstərən “Accounting.Azkonsaltinq şirkəti aşağıdakı istiqamətlərdə öz xidmətlərini sizə təklif edir.

  • fiziki və hüquqi şəxslərin qeydiyyatı, qeydiyyatın ləğvi, sənədlərdə dəyişikliklər;
    • mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması, mühasibat konsultasiyası;
    • maliyyə hesabatları, uçot məlumatları üzrə təminat xidmətləri, müxtəlif audit növləri;
    • kadr sənədləşməsi, əməkhaqqı hesablanması, miqrasiya, əməyin mühafizəsi;
  • patent, əmtəə nişanları, əqli mülkiyyət üzrə sənədləşmə;
  • müqavilələrin, müraciət sənədlərinin hazırlanması, inventarizasiya;
  • idarəetmə, tədris, mentorluq və sair.

Xidmətlər üzrə qiymətlər fərdidir, işin həcminə, sərf edilən vaxta görə qarşılıqlı razılaşma əsasında müəyyən olunur. 

Tender sənədlərinin hazırlanması

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən dövlət vəsaiti, həmçinin büdcədənkənar fondların vəsaitləri hesabına iş, xidmət və malların alınması satınalma adlanır. Tender – dövlət satınalmalarında iştirak etmək üçün keçirilən müsabiqədir. Tender sənədlərinin hazırlanması – iddiaçı şirkətin təkliflərinin elektron formatda yaxud kağız daşıyıcıda formalaşması və vaxtında təqdim edilməsidir. Müsabiqə prosesində ən səmərəli təkliflər paketi seçilir.

Kommersiya qurumları da müxtəlif məqsədlər üçün tender müsabiqəsi elan edirlər. Tender prosesi sadə və anlaşılan görünə bilər. Ancaq müəyyən nüansları nəzərə almasanız, müxtəlif xarakterli risklərə məruz qala bilərsiniz.  Tenderdə qalib mövqeyə sahib olmaq üçün keyfiyyətli tender sənədləri hazırlanması vacibdir.

“Accounting.Az”-ın tender sənədlərinin hazırlanması xidmətlərinə daxildir

  • satınalma ilə bağlı istənilən məsələlər üzrə peşəkar məsləhət;
  • tender sənədlərinin təhlili – buraya müsabiqə şərtlərinin, iştirakçılara, tender ərizəsinə tələblərin öyrənilməsi daxildir;
  • tender ərizəsinin, kotirovka sorğusunun, digər uyğun sənədlərin hazırlanması.

Tender sənədlərinin hazırlanması üçün “Accounting.Az” konsaltinq şirkətinin mütəxəssislərinə ilk növbədə müsabiqə elanının yerləşdiyi ünvan lazımdır. Tender sənədlərinin şərtlərini ətraflı öyrəndikdən sonra iştirakçıya ərizəni doldurmaqda istifadə olunacaq bəzi sənədlər də lazım ola bilər.

Bizim işimizin nəticəsi – müştərinin tələblərinə, habelə qanunun tələblərinə cavab verən tam hazırlanmış tender sənədlər paketidir.

Xidmətlər üzrə qiymətlər fərdidir, işin həcminə, sərf edilən vaxta görə qarşılıqlı razılaşma əsasında müəyyən olunur. 

Kredit müraciətinin tərtib edilməsi

“Accounting.Az” konsaltinq şirkəti autsorsinq çərçivəsində mühasibat, maliyyə, vergi uçotunun aparılması xidmətlərini göstərən təcrübəli peşəkarlar komandasıdır. Kredit müraciəti sənədlərinin hazırlanması üçün peşəkarlara müraciət etmək sizin kredit almaq şansınızı xeyli artırır. Səriştəli mütəxəssislərimiz:

  • təsis sənədlərini, digər sənədləri öyrənir, biznesinizin xüsusiyyətlərini araşdırır; 
  • cari maliyyə vəziyyətini təhlil edir;
  • maliyyə hesabatlarının vəziyyətini yoxlayır.

 “Accounting.Az”-ın əməkdaşları:

  • şirkətiniz üçün ən optimal kredit məhsulunu müəyyənləşdirir (təminatlı, nağd, faktorinq və s.);
  • seçilmiş kreditin şərtlərini araşdırır;
  • lazımi kredit sənədləri paketini hazırlayır;
  • kredit müraciətini seçilmiş banka təqdim edir;
  • bankın kredit mütəxəssisləri ilə əlaqəni təmin edirlər.

Biz, kredit aldıqdan sonra, onun mühasibat uçotunda qeydiyyatı, vergi uçotunun aparılmasında  sizə kömək edə bilərik. 

Xidmətlər üzrə qiymətlər fərdidir, işin həcminə, sərf edilən vaxta görə qarşılıqlı razılaşma əsasında müəyyən olunur. 

Bizim autsorsinq əsaslı xidmətlərimizin geniş çeşidi ilə daha ətraflı aşağıdakı nömrələrimizə zəng edib tanış ola bilərsiniz.

+994125983798

+994123100929

Qarantiyaların alınması üçün sənədlərin hazırlanması

Tender sahibkarlığın kiçik və orta biznes (KOB) seqmentini təmsil edən bir çox şirkətlər üçün böyük sifarişlər, xüsusən də dövlət sifarişlərini əldə etməyin yeganə yoludur. Tenderlərdə iştirak zamanı pulun dövriyyədən yayınmaması məqsədi ilə bank qarantiyası yaxud cəlb edilmiş vəsaitlərdən istifadə mümkündür.  Qarantiya, müştərinin üçüncü tərəf qarşısında öhdəliyini yerinə yetirmədiyi təqdirdə, həmin borcun bank tərəfindən ödənməsinə təminatdır. Müştərilər qarantiyanın alınması üçün sənədləri hazırlayır, banka təqdim edir, bank uyğun bildikdə onlara qarantiya məktubu verir.

Qarantiya alınması prosesinin ən ciddi hissəsi əlverişli şərtləri təmin edə biləcək bankın seçimidir.

  • Müştərimizin imkanını, şərtlərini nəzərə alaraq bank zəmanəti verə bilən bankı seçərkən, “Accounting.Az” konsaltinq şirkətinin mütəxəssisləri ilkin olaraq maliyyə hesabatlarının, sahəvi təlimatları və digər sənədlərin öyrənilməsi əsasında şirkətin ekspress diaqnostikasını aparırlar.
  • Sonra tapşırığa uyğun bankı seçirik, onun tələblərinə əsasən müraciət ərizəsi, qarantiya sənədlərini hazırlayırıq.

Qarant kimi, adətən,  şirkətimizin uzun müddət əməkdaşlıq etdiyi etibarlı tərəfdaş banklardan biri seçilir. Odur ki, əməliyyatın ən çətin hissəsi, yəni danışıqlar, qərar qəbul edən şəxslər səviyyəsində aparılır. Məhz bu sıx qarşılıqlı əlaqə “Accounting.Az” konsaltinq şirkətinə müştəriyə optimal şərtlərlə, yəni nisbətən aşağı faiz dərəcəsi yaxud daha uzun müddətə bank qarantiyası almağa imkan verir.

“Accounting.Az” konsaltinq şirkəti heç vaxt qeyri-real vədlər vermir: biz təhlil zamanı riskləri, biznesin strukturunu, təhlükəsizlik parametrlərini nəzərə alır, eyni zamanda, hər bir halda əlimizdən gələni etməyə çalışırıq.

Xidmətlər üzrə qiymətlər fərdidir, işin həcminə, sərf edilən vaxta görə qarşılıqlı razılaşma əsasında müəyyən olunur. 

Mentorluq xidmətinin göstərilməsi

Xidmətimizin aşağıdakı növləri vardır:

  • mühasiblərin yetişdirilməsi;
  • mühasibat işçilərinin yenidən hazırlanması;
  • mühasibat, vergi, kadr uçotu sektorunda karyera inkişafına dəstək.

Təbii ki, sizi xidmətin formatı daha çox maraqlandırır, belə ki, o, iş qrafiki, peşəkar bacarıqların mövcud səviyyəsi ilə uzlaşmaldır. Biz mentorluq fəaliyyətini aşağıdakı formatlarda həyata keçiririk:

  • oflayn;
  • məsafədən öyrənmə (onlayn);
  • qarışıq öyrənmə (blended learning – özündə ənənəvi öyrənmə və media vasitələrdən istifadəni birləşdirir).

Saytımızın ”Əlaqə səhifəsindən öz istəklərinizi bizə yazın. Şəxsən də müraciət edə bilərsiniz, Bakıda yerləşən ofisimizə gəlmək rahatdır.

whatsapp