Biznes subyektlərində vergi uçotu ayrıca yaxud mühasibat uçotunun tərkibində aparıla bilər. Uçotun aparılması üçün daxili mühasibatlıq yaradılır, yaxud kənardan cəlb edilmiş, məsələn, ixtisaslaşmış “Accounting.az” kimi, autsorsinq şirkətlərə müraciət mümkündür. “Accounting.az” şirkəti mühasibat və vergi xidmətlərinin geniş spektrini təklif edir.
Mühasibat uçotu və vergitutmanı autsorsinqə verərkən əsas şərt, xidmətin keyfiyyətinə zəmanət verən, biznes prosesində müxtəlif problemlər yaranmasının qarşısını ala biləcək (məsələn, əsassız yoxlamalar, müxtəlif cərimə və sanksiyalar, hesabların bağlanması və sair) etibarlı şirkət seçimidir.
“Accounting.az” uzun illərdir ki, autsorsinq bazarında müştərilərə Bakıda vergi xidmətləri təklif edir. Əməkdaşlarımız təcrübəli və səriştəli mühasiblərdir, onlar müştərilərə ən sərfəli vergi həlləri təklif edirlər. Bizim şirkət vergi uçotunun aparılması ilə yanaşı aşağıdakı xidmətləri də göstərir:
Müəssisədə uçot sisteminin qurulması, aparılması mühasibat uçotu, vergi sistemi, Azərbaycan qanunvericiliyi və sair bu kimi sahədə bilik və səriştələr tələb edir. Bunlarla yanaşı bir sıra spesifik xüsusiyyətlər (məsələn, xarici nümayəndəliklər, filiallarla bağlı) vardır ki, onları nəzərdən qaçırmaq olmaz.
Əgər vergi qanunvericiliyində qaranlıq sahələri özünüz üçün aydınlaşdırmaq, sualtı qayalardan yan keçərək vergi problemləriniz həll etmək istəyirsinizsə aşağıdakı nömrələrə zəng edin, əməkdaşlıq şərtlərini birgə müzakirə edək.
+994502258205
+994123100929
+994125983798
Sizin aşağıdakı hallarda vergi ekspertləri ilə məsləhətləşməyə ehtiyacınız ola bilər:
“Accounting.az” MMC-nin vergi xidmətləri məsələlərin həllində sizə kömək edəcək, sizi cərimə və sanksiyalardan qoruyacaq.
Bizim vergi konsultasiyası xidməti aşağıdakıları əhatə edir:
Vergi planlaşdırması – vergi ödəmələrin qanuni yollarla, Vergi Məcəlləsinə uyğun, sizin üçün ən sərfəli şəkildə idarə etməyin bir üsuludur. Düzgün informasiyaya malik olaraq yaxud səriştəli mütəxəssis cəlb etməklə, doğru strategiya seçib, vergi, rüsum, digər məcburi ödəmələrin məbləğini azaltmaq mümkündür.
Planlama “Qanunla qadağan edilməyən hər şey qanunidir” prinsipinə əsaslanır, yəni hər bir ödəyici öz vergi öhdəliklərin azaltmaq üçün qanunla icazə verilən bütün üsullardan, o cümlədən vergi qanunvericiliyində olan boşluqlardan istifadə etmək hüququna malikdir. Başqa sözlə desək, vergi planlaşdırılması xidməti – istənilən qanuni üsullardan, o cümlədən vergi güzəştlərindən istifadə etməklə vergi ödəmələrini azaltmağın qanuni yoludur.
Vergi ödəyicisi hər il vergi uçotunun auditini aparırsa, vergi hesablanması və ödənməsində səhv ehtimalı azdır, buna görə də yoxlamaya hazırlıq çox vaxt aparmayacaq.
Əks halda, yəni belə audit aparılmadıqda, vergi müfəttişlərinin gəlişinə diqqətlə hazırlaşmaq lazımdır. Vergi yoxlamasına hazırlıq xidməti nəzərdən keçirilməsi vacib olan məsələlərin təxmini siyahısı genişdir. Məsələn:
Əlbəttə, bu tam siyahı deyil, amma, ən azı bunların həyata keçirilməsi, vergi müfəttişlərinin sizə əlavə vergi ödəmələri hesablanması şansını əhəmiyyətli dərəcədə azaldacaqdır.
WhatsApp-a (+99450 225 82 05) yazın yaxud “Geriyə zəng” xidmətindən istifadə edin. Sizinlə biz əlaqə saxlayaq, görüş təyin edək, vergi yoxlamasına hazırlığın əhatəsini müəyyən edək!
Əlbəttə, çünki hər bir fiziki yaxud hüquqi şəxs, heç bir fəaliyyəti olmasa belə, bunu etməyə borcludur. Amma, “Bunu kimə həvalə etməli?” sualının cavabı bir az araşdırma tələb edir: heç də hər bir mühasibat şirkəti (xüsusilə də, özü öyrənmiş bir mühasib) vergi bəyannamələrinin keyfiyyətinə və vaxtında təqdimatına zəmanət verə bilməz.
“Accounting.az” konsaltinq şirkəti müştərilərə Dövlət Vergi Xidməti orqanlarına veriləsi hesabatların hazırlamasın iki xidmət çərçivəsində təklif edir:
Birinci “Mühasibat xidmətləri”–nin tərkib hissəsi kimi tərəfimizdən müştərilərə təklif edilir. “Vergi xidmətləri” qrupuna aid olan sonuncu o deməkdir ki:
Autsorsinq əsasında fəaliyyət göstərən şirkətimiz sizin ilkin mühasibat uçotu sənədləri əsasında aylıq, rüblük və illik hesabatları, bəyannamələri hazırlamağa, onları Dövlət Vergi Xidmətin orqanlarına təqdim etməyə hazırdır. Eyni zamanda, dövlət vergi xidməti orqanlarına təqdim etmək üçün ərizə, məlumat, arayışların hazırlanması da bizim peşəkar komandamız tərəfindən həyata keçirilə bilər.
Hesabatlılığın tərkibi sizin fəaliyyətin hüquqi forması, habelə mövcud vergitutma rejim ilə müəyyən edilir. Biz sizin vergi hesabatlarını vaxtında deyil, vaxtından qabaq, cərimələr, vergi idarəsinin iradları olmadan təhvil veririk.
Unutmayın, vaxtında təqdim edilməyən vergi hesabat və bəyannamələri, sizin üçün cərimə və sanksiyalar şəklində əlavə xərc, maliyyə itkiləri deməkdir. Sizi hətta cinayət məsuliyyətinə də (qəsdən vergidən yayınma) cəlb edə bilərlər! Bizim vergi xidmətləri sizin risksiz və cəriməsiz biznesinizə təminat verir!
Bizim “Əlaqə” səhifəmizə keçid alın, sizə uyğun ünsiyyət vasitəsini seçin. Bizim peşəkar əməkdaşlar həmişə sizin biznesin yanındadır!