Əgər siz şirkət açmağı planlaşdırırsınızsa, bu materialı oxuyun. Məqalədə “məhdud məsuliyyətli cəmiyyət (MMC) nədir?” sualına cavab verilir, onun fəaliyyət xüsusiyyətləri, təsisçiləri və iştirakçıları, nizamnaməsi, nizamnamə kapitalı və şirkət sahiblərinin bilməli olduğu digər məlumatlar şərh edilib.
Biz tez-tez sözlərin baş hərflərini saxlamaqla düzəldilmiş qısaltma ilə – abreviaturla rastlaşırıq. Onlardan biri olan MMC nədir? Bu, təkbaşına yaxud tərəfdaşlarla müəssisə açmağa və əksər sahələrdə işləməyə imkan verən biznes forması – məhdud məsuliyyətli cəmiyyətin qısaldılmış adıdır. Əlavə Məsuliyyətli Cəmiyyət, Açıq Səhmdar Cəmiyyəti, Qapalı Səhmdar Cəmiyyəti də biznes formalarına nümunədir. Bəs məhdud məsuliyyətli cəmiyyət nədir?
Məhdud məsuliyyətli Cəmiyyət (MMC) (ing. Limited liability company) – sahibkarlıq fəaliyyəti ilə tək yaxud tərəfdaşlarla birgə məşğul olmağa imkan verən, biznesin aparılmasının təşkilati-hüquqi formalarından biridir.
Yeri gəlmişkən: “Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” (AR Mülki Məcəlləsi, maddə 13). |
Qanunvericilikdə “Məhdud məsuliyyətli cəmiyyət nədir?” sualına Mülki Məcəllənin 87-ci maddəsində cavab verilir. Həmin maddəyə əsasən MMC:
“MMC nədir?” sualına cavab verərkən, onun bur və ya bir neçə təsisçi tərəfindən yaradılmasın qeyd etdik. Mülki Məcəllədə təsisçi sayı barədə birbaşa məhdudiyyət yoxdur, amma “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli qərarına görə məhdud məsuliyyətli cəmiyyət və qapalı səhmdar cəmiyyətinin say məhdudiyyəti ilə eynidir və Nazirlər Kabinetinin qərarı ilə 50 olaraq müəyyən edilib.
MMC-nin təsisçiləri ayrılıqda fiziki şəxslər yaxud hüquqi şəxslər, yaxud eyni zamanda həm fiziki, həm də hüquqi şəxslər ola bilər. Yalnız bir təsisçi də ola bilər, ancaq bir iştirakçıdan ibarət olan digər təsərrüfat cəmiyyəti təsisçi qismində sıxış edə bilməz.
Bizimlə əlaqə saxlasanız, “Məhdud məsuliyyətli cəmiyyət nədir?” sualına cavab tapmaqla yanaşı, təsisçilərin sayı, qeydiyyat, təsis sənədlərinin tərkibi haqqında daha ətraflı ödənişsiz məlumat ala bilərsiniz.
Bu, MMC-nin əsas təsis sənədidir. Nizamnamədə məhdud məsuliyyətli cəmiyyətin məqsədi nədir, onun adı, ünvanı, idarəetmə orqanı, nizamnamə kapitalının miqdarı və digər məsələlər öz əksini tapır. MMC-nin nizamnaməsində şərh olunan məsələlərin əhatə dairəsi Mülki Məcəllənin 47.2 və 89-cu maddələri ilə müəyyən edilib.
Nizamnamə sadəcə formallıq deyil. O, MMC İştirakçılarının maraqlarını qoruyur. Onlar arasında fikir ayrılığı yarandıqda, nizamnamənin müddəaları həlledici sayılır.
Məhdud məsuliyyətli cəmiyyətin yaradılması və qeydiyyat onlayn aparıldığı halda nizamnamə avtomatik formalaşa bilər.
“Məhdud məsuliyyətli cəmiyyət nədir?” sualına cavab axtararkən nizamnamə kapitalı haqqında da danışmaq lazımdır. Bu, təsisçilərin biznesə ilkin investisiyasıdır. Nizamnamə kapitalının miqdarı, formalaşması, ödənilməsi və onunla bağlı digər əməliyyatlar Mülki Məcəllənin 90-cı maddəsində şərh olunub. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. MMC-nin nizamnaməsində nizamnamə kapitalının ödənilmə müddəti nəzərdə tutulmayıbsa (müddət şərtləndiyi halda, bu müddət 3 aydan çox ola bilməz) dövlət qeydiyyatındək nizamnamə kapitalını təsisçilər tamamilə ödənməlidir.
MMC-ni yaradan şəxslər, dövlət qeydiyyatına qədər onun təsisçiləri, qeydiyyatdan sonra isə onun iştirakçıları adlanır. Bunlar Azərbaycan və ya digər ölkələrin vətəndaşları, eləcə də hər hansı mülkiyyət formalı hüquqi şəxslər ola bilər.
İştirakçılar məhdud məsuliyyətli cəmiyyətin borclarına görə məsuliyyət daşımırlar, yəni MMC müflis olarsa, kreditorlara olan borclar təsisçilərin deyil, şirkətin öz aktivləri hesabına ödənilir. Onlar həmçinin iştirakçıların digər şəxslər qarşısında öhdəliklərinə görə də məsuliyyət daşımır, cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün nizamnamə kapitalına qoyduqları sərmayə həddində risk daşıyırlar.
Biz “Məhdud məsuliyyətli cəmiyyət (MMC) nədir?” sualı ətrafında fikir yürüdərkən onun təsisçiləri, iştirakçıları, nizamnaməsi haqqında danışdıq. Bunlar biznes fəaliyyətinə başlamaq üçün kifayətdirmi? Təbii ki, yox. Bunun üçün MMC-nin yaradılması və dövlət qeydiyyatı vacibdir.
Cəmiyyətin yaradılması üçün;
“Azərbaycanda MMC yaradılması necə aparılır” adlı məqalədə bu proses daha ətraflı şərh olunub.
Dövlət qeydiyyatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti orqanlarında, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun aparılır. Müvafiq qaydada vergi uçotuna durmaq məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı hesab olunur. Qeydiyyat real vaxt rejimində (onlayn) elektron formada da aparıla bilər.
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin yaradılması və qeydiyyatı prosesi yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin yaradılması və qeydiyyatından elə də çox fərqlənmir.
Biz qısa da olsa “Məhdud məsuliyyətli cəmiyyət nədir, o, necə yaradılır?” sualına cavab verməyə çalışdıq. MMC yaradıldı və dövlət qeydiyyatına alındı, bununla iş bitirmi? Təbii ki, yox. Müəssisənin normal fəaliyyəti üçün qarşı tərəflərə köçürmələr etmək, vergiləri, büdcəyə digər ödənişləri həyata keçirmək, nağd pulla aparılan əməliyyatlar üzrə limitlərə əməl etmək lazımdır. Bunun üçün bankda hesab açmaq və möhür sifariş etmək lazımdır.
MMC-lərin ödəməli olduğu vergilər onların AR Vergi Məcəlləsinə müvafiq olaraq tətbiq edilən vergitutma sisteminə uyğun müəyyən edilir. Sadələşdirilmiş vergi ödəyicisi olan məhdud məsuliyyətli cəmiyyətlər ƏDV, mənfəət vergisi və əmlak vergisi ödənişindən azaddırlar.
Əgər onlar sadələşdirilmiş verginin tətbiqindən imtina edib, mənfəət vergisinin ödəyicisi olarsa əmlak vergisini də hesablamalı və ödəməlidirlər. Eyni zamanda ƏDV məqsədləri üçün qeydiyyata duraraq, Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləğini nəzərə almaqla əlavə dəyər vergisini büdcəyə ödəməlidirlər.
Vergitutma rejiminin seçimində suallarınız yaranarsa bizim “Vergi konsultasiyası” xidmətimizdən istifadə edə bilərsiniz. Əməkdaşlarımız biznesiniz üçün sərfəli həll yollarını tapmaqda sizə kömək edər
Şirkətin işçilərinə əmək haqqı ödənişi zamanı, vergi sisteminin seçimindən asılı olmayaraq büdcədənkənar fondlara sığorta haqları ödəmək lazımdır. “İşçilərlə hesablaşmalar xidməti” sizə müəssisədaxili mühasibat xidmətini genişləndirmədən problemləri həll etməyə kömək edər.
Hesabatların tərkibi Vergi Məcəlləsi, habelə digər qanunvericilik aktları ilə müəyyən edilir. Hesabtların düzgün tərtib edilməsi və vaxtında təqdim edilməsi üçün məhdud məsuliyyətli cəmiyyətlərdə vergi, mühasibat, statistik və kadr uçotunun aparılması zəruridir.
Mühasibat uçotu, vergi qanunvericiliyi, hesabatların əhatəsi daima dəyişikliyə uğrayır. Dəyişikliklərdən müntəzəm məlumatlı olmaq üçün “Mühasibat konsultasiyası xidmətindən” faydalanın yaxud bizim “Geriyə zəng” xidmətindən istifadə edin
Deyəsən “Məhdud məsuliyyətli cəmiyyət (MMC) nədir” sualından bir az kənarlaşdıq. Amma bunlar, bizcə, bu salın daha ətraflı açılışana kömək edər. Onu da qeyd edək ki, istənilən şirkət bir qurum kimi özünü tükəndirir, bu da vəziyyətdən asılı olan dəyişikliklər, məsələn onun yenidən təşkil yaxud ləğvini tələb edir.
Şirkəti ləğv etmək, onu açmaqdan, “MMC nədir?” sualına cavab verməkdən qat-qat çətindir. Bunun üçün çox mərhələli prosedura əməl edilməlidir, məsələn:
Bütün bunlar isə bir neçə ay çəkə bilər.
Prosesin könüllü və ya məcburi olmasından asılı olaraq prosedur fərqli olacaq. Bu məqalədə MMC-in ləğvi üçün biznes sahiblərinin nə etməli olduqları haqqında daha çox məlumat almaq olar.
Biz abreviaturla kimi “MMC nədir?” sualının cavabını axtararkən, sahibkarlığın təşkilatı-hüquqi formasindan biri olan məhdud məsuliyyətli cəmiyyət nədir, onun təsis edilməsi necə aparılır, nizamnaməsi, nizamnamə kapitalı nədir və sair bu kimi məsələləri də aydınlaşdırmağa çalışdıq.
Sizin etibarlı köməkçiniz olmaq məqsədi ilə “Accounting.Az” qanunvericilikdə olan yenilikləri toplayır, onların sizin biznesinizə təsirini sadə və anlaşılan dildə şərh etməyə çalışır. Bu məlumatların daha geniş auditoriya çatması üçün bizə dəstək olun, onları sosial şəbəkədə paylaşın.