Respublika iqtisadiyyatının inkişafında və sərmayənin ölkəyə cəlb edilməsində xarici investisiyalı müəssisələrin, o cümlədən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin yaradılması mühüm rol oynayır. Bu həm respublika, həm də xarici investorlar üçün əhəmiyyətli perspektivlər və üstünlüklər açır. Xarici şirkətlərin qeydiyyatını proseduralarının sadələşdirilməsi investisiyanın cəlbinə əhəmiyyətli təsir edir. Xarici investisiyalı müəssisənin, o cümlədən xarici investisiyalı MMC-lərin qeydiyyatı və sonrakı fəaliyyəti ölkə üçün yeni maliyyə mənbələri deməkdir. Bu həm də:
Azərbaycanda müəssisənin yaradılması və qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR qanunu ilə tənzimlənir. Bu qanunun müddəaları xarici investisiyalı MMC-lərin qeydiyyatı prosedurana da aiddir.
Xarici şirkətlərin qeydiyyatı üçün dövlət qeydiyyatını aparan quruma – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti orqanlarına ərizə ilə müraciət edilir. Amma qeydiyyata qədər bir sıra prosedur qaydalara əməl edilməlidir. İlk növbədə, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin yaradılması üçün, o, təsis edilməli və onun nizamnaməsi hazırlanmalıdır (AR Mülki Məcəlləsi, maddə 45.1). Təsisçi qismində bir yaxud bir neçə fiziki və ya hüquqi şəxs çıxış edə bilər. Nizamnamə təsis yığıncağında qəbul edilir, təsisçilər tərəfindən təsdiq edilərək xarici şirkətlərin qeydiyyatı üçün qeydiyyat orqanına təqdim edilir.
Ümumiyyətlə, Azərbaycanda şirkət yaradılması (həm də MMC-lərin) ardıcıllığı həm yerli, həm də xarici investisiyalı kommersiya qurumları üçün, demək olar ki, eynidir. Xarici investisiyalı MMC-lərin qeydiyyatı üçün aşağıdakı addımları atmaq lazımdır:
Bu mərhələlər haqqında “Azərbaycanda MMC yaradılması necə aparılır” adlı məqalədə ətrafı yazılıb. Həmin məqalədə qeyd edilən məqamlar eynilə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin yaradılmasına da aiddir.
Xarici investisiyalı kommersiya hüquqi şəxslər dövlət qeydiyyatı üçün qanunla səlahiyyət verilmiş quruma standart formalı ərizə ilə müraciət etməlidir.
Ərizədə aşağıdakı məlumatlar qeyd olunur:
Ərizə notariat qaydada təsdiq olunur. Hazırda dövlət qeydiyyatı və vergi uçotu eyni vaxta Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq qurumları tərəfindən aparılır.
Bu sənədlər xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin yaradılması zamanı hazırlanır. Buraya Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı MMC-lərin qeydiyyatı üçün təsisçilər (qanuni təmsilçi) tərəfindən təsdiq edilmiş 2 nüsxə nizamnamə, ümumi yığıncağın MMC yaradılması, habelə MMC-in təsis edilməsi, nizamnamənin təsdiqi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarları aiddir.
Təsis sənədləri Mülki Məcəllənin tələblərinə uyğun hazırlanmalı, nizamnamədə təsisçilərin zəruri hesab etdiyi məsələlər öz əksini tapmalı, bütün təsisçilər yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır.
Xarici şirkətlərin qeydiyyatı zamanı təsisçilər haqqında tələb olunan sənədlər haqqında məlumat bazasının formalaşması üçün zəruridir. Məqsəd prosesin şəffaf, normativ-hüquqi aktlara uyğun aparılması, habelə vergi nəzarətin təşkilidir. Buraya aiddir:
Yenidən təşkil formasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin yaradılması zamanı ərizəyə bu sənədlər də əlavə edilir:
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin yaradılması, habelə qeydiyyatı prosesi digər kommersiya hüquqi şəxslərlə, demək olar ki, eynidir – dövlət qeydiyyatını vergi uçotu ilə eyni zamanda “Bir pəncərə” qaydasında Dövlət Vergi Xidməti aparır. Sənədlərin qəbulu “ASAN xidmət” mərkəzlərində də aparıla bilər. Bu qurum xarici şirkətlərin qeydiyyatı ilə bağlı yalnız sənəd qəbulunu həyata keçirir. Sənədlərin yoxlanılması, hazırlanması və qeydiyyatını Dövlət Vergi Xidmətinin müvafiq şöbələri həyata keçirir.