Bakıda mühasibat auditi: nə üçün lazımdır və necə aparılır?

Ekspert yazıları

Müəllif: Accounting.Az-n ekspert qrupu 

Biznesin sağlam inkişafı üçün maliyyə-mühasibat sistemi düzgün qurulmalıdır. İlkin sənədlər tam olmalı, vergi bəyannamələri vaxtında və düzgün verilməli, maliyyə hesabatları isə etibar yaratmalıdır. Bunların hamısı daimi nəzarət tələb edir, amma gündəlik işlər çoxdur, qanunvericilik tez-tez dəyişir, mühasiblərin üzərinə düşən yük də az deyil. Belə olduqda uçotda gözdən qaçan səhvlərin yaranması təəccüblü deyil.

Məhz belə məqamlarda mühasibat auditi köməyə çatır. Audit şirkətin maliyyə vəziyyətinə kənardan və qərəzsiz baxmağa, gizli riskləri vaxtında görməyə, dövlət qurumlarının yoxlamaları zamanı gözlənilməz cərimələrlə üzləşmək ehtimalını azaltmağa kömək edir.

Şirkətinizin uçotunda hansı riskin gizləndiyini bilmək istəyirsiniz? Accounting.Az mütəxəssislərindən ilkin məsləhət almaq üçün müraciət edin

Mühasibat auditi nədir?

Sadə dillə desək, audit şirkətin mühasibat uçotunun və maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanmasıdır. Auditor hesabatların şirkətin real vəziyyətini düzgün göstərib-göstərmədiyinə baxır və nəticəni yazılı audit rəyi ilə təsdiq edir.

Azərbaycanda audit xidməti göstərmək hüququ Auditorlar Palatasından lisenziya almış sərbəst auditorlara və auditor təşkilatlarına məxsusdur. Ona görə də audit sifariş etməzdən əvvəl şirkətin lisenziyasını yoxlamağı unutmayın.

Mühasibat uçotunda səhvlər çox vaxt xırda şeylərdən başlayır: bir qaimə-faktura itir, bir müqavilə imzalanmır, bir bəyannamə gec göndərilir. Bir il sonra isə bunlar vergi yoxlamasında cərimə kimi qarşınıza çıxır. Auditin məqsədi bu səhvləri sizdən əvvəl tapmaqdır.

Bir də qeyd edək: audit vergi yoxlaması deyil. Vergi orqanının yoxlaması dövlət nəzarətidir. Audit isə şirkətin öz istəyi ilə (ya da qanunun tələbi ilə) sifariş etdiyi müstəqil xidmətdir. Müqavilədə razılaşdırılarsa, auditor vergi hesablamalarına da baxa bilər.

Auditin vaxtı çatıb: 6 əlamət

  • mühasibat uçotunu bir neçə nəfər aparır və ya mühasib dəyişib;
  • bəyannamələr tez-tez gecikir, yaxud düzəliş verilir;
  • banka kredit üçün müraciət etmək və ya investor cəlb etmək planlaşdırırsınız;
  • anbar qalığı ilə uçot məlumatları uyğun gəlmir;
  • şirkətə vergi orqanından sorğu və ya yoxlama bildirişi gəlib;
  • şirkəti satmağı, birləşdirməyi və ya yeni tərəfdaşla işləməyi düşünürsünüz.

Bunlardan ən azı biri sizə tanışdırsa, gözləməyin. Accounting.Az-a müraciət edin, vəziyyəti birlikdə qiymətləndirək



Audit kimlər üçün məcburidir?

Qanuna görə audit məcburi də ola bilər, könüllü də.

Məcburi audit

Maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunda birbaşa nəzərdə tutulmuş hallarda audit məcburidir. Bu tələb ilk növbədə Mülki Məcəllə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla audit tələb olunan təşkilatlara aiddir. Yəni şirkətinizin məcburi audit dairəsinə düşüb-düşmədiyi onun təşkilati-hüquqi formasından, sahibkarlıq subyektinin kateqoriyasından və fəaliyyət sahəsindən asılıdır.

Diqqət, cərimə! İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məcburi auditdən yayınmaq vəzifəli şəxslər üçün 300 manatdan 600 manatadək, hüquqi şəxslər üçün 1500 manatdan 2500 manatadək məbləğində cərimə ilə nəticələnir.

Şirkətinizin məcburi audit dairəsinə düşüb-düşmədiyini bilmirsiniz? Accounting.Az bunu sizin üçün qısa müddətdə müəyyən edir

Könüllü audit

Şirkət rəhbərliyinin, təsisçilərin və ya investorların təşəbbüsü ilə həyata keçirilir. Adətən üç səbəbdən sifariş verirlər: uçotun real vəziyyətini bilmək, riskləri əvvəlcədən görmək və banka və ya investora etibarlı hesabat təqdim etmək üçün.

Daxili və xarici audit

Daxili audit şirkətin öz əməkdaşları və ya daxili audit şöbəsi tərəfindən aparılır. Məqsəd rəhbərliyi vaxtında məlumatla təmin etmək, daxili nəzarəti gücləndirmək və işin səmərəliliyini artırmaqdır.

Xarici audit isə müstəqil auditor təşkilatı və ya sərbəst auditor tərəfindən aparılır. Bank, tərəfdaş və investorlar adətən məhz xarici auditə üstünlük verirlər, çünki auditor şirkətin tərəfində deyil və ondan heç bir asılılığı yoxdur.

Yoxlama zamanı auditor nələrə baxır?

  • İlkin sənədlər: alış-satış müqavilələri, qaimə-fakturalar, elektron qaimələr (e-qaimələr), bank və kassa əməliyyatları qanunvericiliyin tələblərinə uyğun tərtib olunubmu. Burada ən çox rast gəlinən problem belədir: əməliyyat var, amma onu təsdiqləyən sənəd yoxdur və ya tarixlər bir-birinə uyğun gəlmir.
  • Maliyyə hesabatları. Mənfəət və zərər hesabatı, balans və pul vəsaitlərinin hərəkəti hesabatı şirkətin real vəziyyətini göstərirmi? Bu hesabatlara bank, investor və tərəfdaşlar baxaraq qərar verir. Rəqəmlər real vəziyyəti əks etdirmirsə, həm kredit almaq, həm də rəhbərliyin düzgün qərar verməsi çətinləşir.
  • Vergi uçotu. Vergi bazası düzgün hesablanıbmı, bəyannamələr vaxtında və səhvsiz verilibmi? Vergidə kiçik səhv belə bir neçə ildən sonra cərimə və faiz kimi qayıda bilər. Auditor bunu vergi orqanından əvvəl görür və düzəltməyə vaxt qalır.
  • Standartlara uyğunluq. Hesabatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS), audit prosesi isə Beynəlxalq Audit Standartlarına (BAS) nə qədər uyğundur? Hesabatlar beynəlxalq standartlara uyğun olanda xarici tərəfdaşlar və investorlar onları başa düşür və daha asan etibar edir. Auditin özü BAS-a uyğun aparılmasa, verilən rəyin etibarı azalır.

Audit nə qədər çəkir və nəticədə nə alırsınız?

Müddət əməliyyatların və sənədlərin həcmindən asılıdır. Kiçik və orta şirkətlərdə adətən bir neçə iş günündən 2-3 həftəyədək çəkir. Dəqiq müddət isə işə başlamazdan əvvəl müqavilədə yazılır.

Yoxlama bitəndə rəhbərliyə bunlar təqdim olunur:

  • aşkar olunan uyğunsuzluqların siyahısı və onları necə düzəltməyin yolları barədə tövsiyələr;
  • auditor rəyi, auditorun imzası və möhürü ilə təsdiqlədiyi rəsmi sənəd.

Auditdən nə qazanırsınız?

  • vergi yoxlaması gəlməmiş səhvləri özünüz tapıb düzəldirsiniz;
  • banka və ya investora etibarlı hesabat təqdim edə bilirsiniz;
  • rəhbərlik uçotun real vəziyyətini görür və qərarlarını buna əsasən verir.

Ən yaxşısı, ildə heç olmasa bir dəfə ötən dövrün göstəricilərini kənar auditora göstərməkdir.

Auditə necə hazırlaşmaq olar?

Prosesi sürətləndirmək üçün əvvəlcədən bunları hazırlayın: ilkin sənədlərin tam toplusu, bank çıxarışları, müqavilələr, əməkdaşlarla bağlı kadr və əmək haqqı sənədləri, ötən dövrün bəyannamələri. Hansı sənədlərin lazım olduğunu Accounting.Az müqavilə mərhələsində siyahı ilə təqdim edir.

Accounting.Az bu işi necə görür?

Accounting.Az Bakıda mühasibat, vergi və audit sahəsində xidmət göstərən konsaltinq şirkətidir. Yoxlamada auditorlarla yanaşı vergi mütəxəssisləri, hüquqşünaslar və maliyyə analitikləri də iştirak edir. Hesabatda yalnız səhvlər göstərilmir, onları necə və nə qədər xərclə düzəltməyin mümkünlüyü də yazılır. Hər sahənin uçot xüsusiyyəti fərqlidir, ona görə ticarət, tikinti, istehsal və xidmət şirkətlərinə ayrı-ayrılıqda yanaşılır.

Nə üçün Accounting.Az?

  • Kompleks komanda: auditor, vergi mütəxəssisi, hüquqşünas və maliyyə analitiki bir yerdə.
  • Konkret nəticə: yalnız problem siyahısı yox, düzəliş planı və xərc hesablaması.
  • Sahəyə uyğun yanaşma: ticarət, tikinti, istehsal və xidmət sahələri üzrə təcrübə.
  • Şəffaf şərtlər: müddət, qiymət və iş həcmi müqavilədə əvvəlcədən razılaşdırılır.

İlkin qiymətləri audit xidmətlərinin hesablanması kalkulyatorunun köməyi ilə hesablamaq olar.

Tez-tez verilən suallar

Mühasibat auditi vergi auditindən nə ilə fərqlənir?

Mühasibat auditi uçotun və maliyyə hesabatlarının ümumi düzgünlüyünə baxır. Vergi auditi isə yalnız vergilərin hesablanmasına və bəyannamələrə diqqət yetirir.

Vergi orqanının yoxlaması audit sayılırmı?

Xeyr. Bu, dövlət nəzarəti tədbiridir, audit isə müstəqil auditorun göstərdiyi xidmətdir.

Auditor rəyi hüquqi qüvvəyə malikdirmi?

Bəli. Auditorun imzası və möhürü ilə təsdiqlənmiş rəy rəsmi sənəddir.

Kiçik biznesə audit lazımdırmı?
Qanun tələb etməsə belə, könüllü audit kiçik şirkət üçün də faydalıdır, çünki kiçik səhvlər böyüməzdən əvvəl tapılır. Xüsusilə kredit, investor və ya tender mərhələsində etibarlı hesabat böyük üstünlük verir.

Uçotunuzdakı riskləri vergi orqanından əvvəl görmək istəyirsinizsə, Accounting.Az komandası sizə kömək etməyə hazırdır



Elektron ünvan: info@accounting.az

whatsapp
error: Content is protected !!