05.05.1980-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və Audit” fakültəsində bakalavr və magistr təhsili alıb.
“Nurgun Qrup” şirkətində baş mühasib, “AtaAudit” şirkətində audit departament direktoru, “ATİ and Partners Audit” şirkətində direktor vəzifələrində çalışıb. SOCAR, Azneft İB, AtaHolding, Detal, AzGroup kimi iri şirkətlərdə mühasibat konsaltinqi həyata keçirib, auditində iştirak edib. Azərbaycan Respublikası Auditorlar palatasının üzvü olub. Mühasibat uçotu, vergitutmaya aid çoxsaylı məqalələrin müəllifidir.
Ümumi aylıq istifadəçi sayı 70-100 min civarında olan www.muhasiabat.az , www.audit.az, www.vergi.az elektron resursların, mühasibat uçotu, vergi, audit təlimləri üzrə ixtisaslaşmış “Azərbaycan Mühasiblər Məktəbinin” təsisçisi, ölkəmizdə online mühasibat tətbiqləri sektorunda çalışan “Techfin” şirkətinin həmtəsisçidir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Əməliyyatçı mühasib” ixtisası üzrə (AzKÇ-də 4-cü səviyyə) “Peşə standartları”, “Kvalifikasiya standartları”, “Kurikulum” hazırlayan işçi qrupun üzvü olub.
Ailəlidir, 3 övladı var.