“Auditdə əminlik nədir?“ – Ramin Ramazanov şərh edir
“Accounting.Az” konsaltinq şirkəti Azərbaycanda audit xidmətləri bazarının təcrübəli iştirakçısıdır. Şirkətin 2022-ci ilin iyul ayında yenilənmiş saytında xidmətlər haqqında məzmunlar mövcud və potensial müştərilərə 4 dildə (azərbaycan, ingilis, rus və türk dilləri) təqdim edilir. Bloq bölməsində audit yoxlamaları daha geniş şərh edilmiş, mühasibat auditi, vergi auditi, kadr sənədlərinin auditi haqqında ətraflı məlumatlar verilib.
Xarici informasiya resursları auditi təminat xidmətlərinin bir qolu kimi xarakterizə edir. Təminat xidmətləri nədir? Auditdə əminlik nədir? O, maliyyə hesabatlarının tərtibində hansı rolu oynayır? Bu sualları “Accounting.Az” konsaltinq şirkətinin direktoru, mühasibat uçotu və audit üzrə ekspert R. Ramazanov belə cavablandırır: “ Təminat biznesdə ikili məna daşıyır. Bu, bir tərəfdən baş verə biləcək hadisə üçün müavinət ödənməsini əhatə edir, məsələn həyat sığortası müqavilələri üzrə. Digər tərəfdən yoxlanılan mühasibat uçotu sənədlərinin və maliyyə hesabatları məlumatlarının etibarlılığına, düzgünlüyünə auditorlar tərəfindən verilən əminliyi xarakterizə edir. Bu bir qayda olaraq audit rəyi formasında tərtib edilir. Bizi, Azərbaycanda audit xidmətləri təklif edən konsaltinq şirkəti kimi təminatın ikinci mənası daha çox maraqlandırır. Bu istiqamətdə göstərdiyimiz xidmətləri audit və əminlik xidmətləri də adlandıra bilərik. Eyni zamanda qeyd etməliyəm ki, audit sektorunda göstərilən hər xidmət təminat (əminlik) xidməti deyil, məsələn, audit konsultasiyası. Çünki, bu zaman hər hansı maliyyə hesabatının yaxud uçot məlumatının düzgünlüyünə əminlik yoxlanılıb, təsdiq edilmir.
Əminlik xidmətləri (Assurance Services) maliyyə hesabatlarının normativ tələblərə uyğunluğunun müstəqil, obyektiv qiymətləndirilməsini təmin edən audit fəaliyyətləridir. Belə xidmətlər qərarların qəbul edilməsi zamanı istifadə edilən informasiyaların etibarlığını artırmaq üçün həyata keçirilir. Məqsəd rəhbərliyi, tənzimləyici qurumları maliyyə hesabatlarının düzgünlüyünə, əməliyyatların qaydalara uyğun həyata keçirildiyinə əmin etməkdir. Etibarlılığın təminatı audit yoxlaması zamanı müəyyən edilir. Azərbaycanda audit şirkətləri (audit companies in Azerbaijan), yaxud sərbəst auditorlar belə xidmətlərin geniş çeşidini təklif edir.”
“Accounting.Az” konsaltinq şirkərti Bakıda audit xidmətini 3 istiqamətdə həyata keçirir:
“Accounting.Az”-la audit əminliyi sizin cərimələrdən mühafizənizdir
“Audit” termini adətən maliyyə hesabatlarının audit yoxlamasını nəzərdə tutur. Mühasibat auditi uçot əməliyyatlarının qeydiyyatının, əməliyyatların nəticələrinin maliyyə hesabatlarında doğru və düzgün əks edilməsinə əminliyi təmin etmək üçün həyata keçirilir. Audit yoxlaması 2 formada həyata keçirilə bilər:
Şirkətin auditorları Beynəlxalq Audit Standartlarına əsasən mühasibat (maliyyə) hesabatlarının auditini keçirir, uyğunluğu təsdiqi edən zəruri audit rəyi hazırlayır.
Aşağıdakı hallarda müəssisələrdə vergi auditi zəruridir:
Bakıda audit xidmətləri bazarında özünəməxsus yerə malik “Accounting.Az” konsaltinq şirkəti tərəfindən aparılan audit yoxlaması tək maliyyə hesabatlarını təsdiqləmir, həm də vergitutma bazasının hesablanması, bəyannamələrin doldurulmasının düzgünlüyünə əminliyi artırmağa kömək edir.
Kadr sənədlərinin qaydada olmaması əməkdaşlarla məhkəmə çəkişmələri, əmək müfəttişi, vergi orqanları, digərlər tənzimləyici qurumlar tərəfindən cərimələr, müxtəlif sanksiyalar deməkdir.
Peşəkar ekspertlərimiz tərəfindən aparılan kadr sənədlərinin auditi sizi cərimələr, sanksiyalardan qoruyacaq, maliyyə itkilərinin qarşısını alacaqdır.
Təminat xidmətləri, o cümlədən audit:
Qanunvericiliyə görə audit yoxlaması Azərbaycanda audit xidmətləri göstərmək üçün xüsusi lisenziya almış fiziki və hüquqi şəxslər tərəfindən aparılır. Accounting.Az konsaltinq şirkətinin təklif etdiyi audit xidmətləri qərar qəbul edənlər üçün təqdim edilən məlumatların keyfiyyətinə əminliyi artırmaq üçün bir şansdır. Mühasibat auditi, vergi auditi, kadr sənədlərinin auditi tərəfimizdən kompleks şəkildə yaxud ayrılıqda aparıla bilər. Sonda yoxlamanın nəticəsi əks olunan audit rəyi müştəriyə təqdim olunur.
Daha ətraflı məlumat üçün əlaqə saxlayın, maliyyə hesabatları məlumatlarının şəffaflığını, uyğunluğunu və dəyərini artırmaq üçün audit və əminlik xidmətlərindən istifadə şərtlərini birgə müzakirə edək.
Ünvanımız: Cəfər Cabbarlı 44, Caspian Plaza 2.
Əlaqə vasitələri: E-mail: info@accounting.az,
Telefon:
WhatsApp: