Kommersiya hüquqi şəxs statusu almaq məqsədi ilə qeydiyyat orqanına müraciət edən təsisçilər öz şirkətləri üçün ad seçirlər. Bu adla onlar öz məhsullarını, xidmətlərini bazarda təqdim edir, onu hesabatlarda, vergi ödənişlərində qeyd edirlər. Məhdud məsuliyyətli cəmiyyət (MMC) öz adı ilə müxtəlif əməliyyatlarda iştirak edir. Ancaq bəzən MMC-nin adının dəyişdirilməsi zərurəti yaranır.
Kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi müxtəlif səbəblərdən ola bilər – mülkiyyətçinin dəyişməsi, fəaliyyət istiqamətinin dəyişdirilməsi, yaxud, sadəcə təsisçi, şirkətinin adının dəyişdirilməsi ilə onu daha cəlbedici etmək istəyir.
Bəs bu proses, yəni MMC-nin adının dəyişdirilməsi, ümumiyyətlə məlumat dəyişikliyi ilə bağlı prosedurlar necədir? Kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi qeydə alındıqdan sonra hansı addımlar atılır? Bu və bu kimi digər suallara cavab almaq üçün əməkdaşımız Aynur xanım Ramin Ramazanova müraciət edib. Şirkətinin adının dəyişdirilməsi ilə bağlı həmin müsahibəni sizə təqdim edirik.
Hüquqi şəxsin adı, adətən onun təşkilati-hüquqi formasını və adını özündə birləşdirir. Bu ona rəqiblərdən fərqlənməyə imkan verir. Məsələn, sizin şirkət “ACCOUNTİNG.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi qeydiyyatdan keçib, yəni siz təşkilati-hüquqi forma kimi MMC-ni seçmisiniz. Yeri gəlmişkən, ad seçimini uğurlu saymaq olar, çünki o, birbaşa sizin fəaliyyət sahənizi özündə əks etdirir.
Nəzərə almaq lazımdır ki, ad tez-tez brendinqin bir hissəsinə çevrilir və hüquqi şəxsə özünü bazarda yerləşdirməyə imkan verir. Özünü tanıtmağa savadlı yanaşma nəticəsində şirkətin adı müsbət bir imic yaratmağa xidmət edə bilər. Məhz bu məqsədlə müəyyən mərhələdə hüquqi şəxsin, o cümlədən MMC-nin adının dəyişdirilməsi də mümkündür.
Şirkət yaradarkən sahibkar qanunvericiliklə tənzimlənən bir sıra məqamları nəzərə almalıdır ki, onlardan biri də hüquqi şəxsin adıdır. İstər onun seçimi, istərsə də sonradan hüquqi şəxsin, o cümlədən MMC-nin adının dəyişdirilməsi qaydaları normativ-hüquqi aktlarda nəzərdə tutulub.
Mülki Məcəllənin 50.1-ci maddəsinə görə “hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur.” Kommersiya hüquqi şəxsin firma adının olması Məcəllənin 50.2 maddəsində təsbit olunub. Şirkətin firma adı onun nizamnaməsi ilə müəyyən edilir və hüquqi şəxslərin Vahid Dövlət Reyestrində qeydiyyata alınır. Kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi və yenidən qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR qanunu (qanunla buradan tanış olmaq olar –red.) əsasında aparılır.
Sahibkarlar firma adının seçilməsi, habelə şirkətin adının dəyişdirilməsi zamanı Mülki Məcəllənin 50.3 maddəsinin tələblərini nəzərə almalıdırlar. Həmin maddəyə görə ”başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir.” Qeydə alınmış özgə firma adından haqsız istifadə məhkəmə çəkişməsi və maliyyə itkilərinə səbəb ola bilər.
Bu çox asandır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin “İnternet Vergi İdarəsi” portalında buna imkan yaradılıb. Kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi prosesinə başlamazdan öncə portalın “Məlumat-axtarış sistemi” bölməsindən “Hüquqi adın yoxlanılması” sətrini seçməklə “Hüquqi adın yoxlanılması” pəncərəsinə keçid etmək olar. Bu pəncərədə iki variant təklif edilir:
Şirkətin adının dəyişdirilməsi məqsədi ilə sahibkarlar yeni adın yoxlanılması üçün bu xidmətdən istifadə edə bilər.
Təbii ki, məhdud məsuliyyətli cəmiyyətlər üçün bu prosedur kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi qaydaları ilə eynidir, çünki MMC kommersiya fəaliyyətinin təşkilatı-hüquqi formalarından biridir. Şirkətin adının dəyişdirilməsi üçün ilk növbədə:
Sonra isə şirkət daxilində bir sıra təşkilatı işləri görülür.
Bəli, əgər MMC bir-neçə şəxs tərəfindən yaradılıbsa, şirkətin adının dəyişdirilməsi üçün məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı çağırılır. Səlahiyyətli olması üçün cəmiyyətin paylarının əlli faizindən çox hissəsinə malik olan iştirakçıların yığıncaqda iştirakı vacibdir. Bu Mülki Məcəllənin 91.1-4 maddəsində təsbit olunub. Ümumi yığıncaqda nizamnamə yeni redaksiyada təsdiq edilir. Yığıncağın qərarları qeyd edilməklə protokol tərtib edilir.
Əgər MMC bir təsisçi tərəfindən yaradılıbsa, kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi barədə yeganə iştirakçının təxminən belə başlıqla “ AAA məhdud məsuliyyətli cəmiyyətin tək iştirakçısının MMC-nin adının dəyişdirilməsi haqqında N saylı qərarı “ tərtib olunur.
Nizamnaməni bütövlükdə çap etmək olar, amma, adətən şirkətin adının dəyişdirilməsi zamanı dəyişiklik vərəqi ilə də kifayətlənmək olur. Qeydiyyatdan sonra onu nizamnaməyə əlavə etmək lazımdır.
Dəyişikliklər vərəqində” Nizamnamənin … nömrəli bəndi aşağıdakı redaksiyada verilsin” qeydindən sonra kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi haqqında lazımi mətn daxil edilir və nizamnamənin dəyişdirilmiş səhifəsi çap olunur.
Müraciət mütləq edilməlidir, bunu “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu tələb edir. MMC-nin adının dəyişdirilməsi onun təsis sənədlərinin dəyişməsinə səbəb olur, həmin qanunun 9.1 maddəsinə görə isə kommersiya hüquqi şəxsin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınmalıdır.
Şirkətin adının dəyişdirilməsinin qeydiyyatı və dövlət reyestrində uyğun dəyişiklik aparılması üçün hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq müraciət edilir.
Kommersiya hüquqi şəxsin adının dəyişdirilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyi işarələnir, MMC-nin yeni adı, VÖEN-i qeyd edilir. MMC-nin adının dəyişdirilməsi məqsədi ilə təqdim edilən ərizəyə şirkətin adının dəyişdirilməsini təsdiq edən sənədlər (qərar, protokol və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilir.
Vergi orqanı, təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyi halda, dəyişikliyi qeydə alır, reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də yenidən hazırlanıb təsdiq edir.
Bu proses yuxarıda qeyd etdiyim qanunun 9-1 maddəsi ilə tənzimlənir, qeyd etdiyiniz hal mümkündür. Bunun üçün qeydiyyat orqanının internet informasiya ehtiyatında (İnternet Vergi idarəsi) yerləşdirilmiş elektron ərizə forması doldurulur, təsdiq edici sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilir və bunlar elektron imza ilə təsdiq edilir.
Şirkətin adının dəyişdirilməsi haqqında sənədlərdə imtinaya səbəb hallar olmadıqda (bunlar Qanunun 5-1.5-ci və 11.3 maddələrində sadalanıb), müraciət əsasında zamanı dövlət qeydiyyatı aparılır. Elektron məlumat dəyişikliyi 3 (üç) iş günü müddətində həyata keçirilir.
Müvafiq dəyişikliyin dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir.
Kommersiya hüquqi şəxsin adının dəyişdirilməsini proseduru tamamlandıqdan sonra bu sənədlər yenidən rəsmiləşdirilməlidir:
Daha sonra mümkün uyğunsuzluqları aradan qaldırmaq üçün digər təşkilatı dəyişiklikləri də həyata keçirmək lazımdır, məsələn:
Qeydiyyatı tamamladıqdan sonra tərəfdaşlar, əməkdaşlar, habelə şirkətin hesablarına xidmət göstərən bank xəbərdar edilir.
Təşəkkür edirik, Ramin müəllim.