Sizə təqdim etmək istədiyimiz müsahibədən “Mühasibat nədir, hansı istiqamətdə inkişaf edir, bizi hansı yeniliklər gözləyir?” kimi suallara cavab tapmaq olar. “ASAN Radio – “KOB”-un dostu verilişi”-ində səslənən bu müsahibəyə keçid etməzdən öncə, bu materialın seçim səbəbini qısa şərh edək.
“Mühasibatlıq nədir?” sualı bu sahədən uzaq olan insanlar üçün qəliz görünə bilər. Onlara elə gəlir ki, mühasibat uçotu haqqında tamamilə heç nə bilmir. Amma gəlin iki nəfərin söhbətdən bir parçaya diqqət edək:
“Əhməd dünən avtomobilinin təhvil aktını aldı. Onu təmir etmək üçün borca girməli idi, amma, qəribə olsa da, avtomobil sığortalanmayıb. Bəzi insanlar üçün uçotu anlayışı mövcud deyil, unudurlar ki, əmlakı qorumaq vacibdir”
Təəccübləməyin, amma bu kiçik hissədə mühasibatlıqla bağlı altıya qədər istinad var. Bir çox ifadələr o qədər tanışdır ki, biz onları haradan gəldiyini düşünmədən istifadə edirik.
Əslində, “Mühasibat nədir?” sualına cavabın əsası uzaq keçmişdə, ticarət əməliyyatlarını dəqiq qeyd etmək zərurəti yarandığı vaxtlarda qoyulub. Həmin dövrdən etibarən uçot prosesləri inkişaf edib, mühasibatlıq bugünkü müasir formasını alıb. Artıq bu gün uçot işçilərini “Muhasibat nedir?”, “Mühasibatlıq nədir, tarixi inkişafı necə baş verib?” kimi suallar deyil, mühasibat və avtomatlaşdırma, mühasibatlıqda süni intellektdən istifadə məsələləri daha çox maraqlandırır.
Bir çoxumuz işləyir, əmək haqqı alır. “Mühasibatlıq” anlayışı bizə məhz iş yerimizdən, yaxud işləyən yaxınlarımızın leksikonundan tanışdır. Amma, bilmək vacibdir ki, mühasibatlıq təkcə əmək haqqının hesablandığı yer deyil, burada işçilərlə hesablaşmalarla yanaşı, sahibkarın pul vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotu aparılır. Bütün təsərrüfat əməliyyatlarının uçotu burada aparılır, hər şey – əmlak, borclar, kreditlər uçota tabedir. Qeyd edilənlər “Mühasibatlıq nədir?” sualının qısa şərhidir, daha ətraflı cavabla buradan tanış olmaq olar.
Bu daha geniş anlayışdır. İlkin olaraq praktik uçot sahəsi kimi meydana çıxan mühasibat, sonradan elm kimi formalaşmağa başladı. İlkin “natural uçot dövründən” keçən uçot, hazırda özünün texnologiyalarla silahlanmış müasir inkişaf dövrünü yaşayır. Amma nəzər almaq lazımdır ki, hər hansı sahə nə qədər yüksək inkişaf etsə belə, onun haradan gəlib, haradan getdiyi həmişə tədqiqatçıların, bu sahəni öyrənən insanların diqqət mərkəzində olub. Uçotun inkişafı “Muhasibat nedir, necə inkişaf edib?”, “Muhasibatlıq nedir, hansı prinsiplər əsasında aparılır?” kimi suallara “Bulud mühasibatlıq nədir?”, “Yeni texnologiyalar mühasibi əvəz edəcəkmi”, “Avtomatlaşdırılmış mühasibat nədir, necə qurulur?” və sair bu tipli sualları da əlavə edib.
Yeni başlayan və fəaliyyətdə olan sahibkarı “Mühasibatlıq nədir, o necə təşkil olunur, uğurlu fəaliyyət üçün nə qədər vacibdir?”, “Onlayn mühasibat nədir, necə tətbiq edilir?” kimi suallar həmişə maraqlandırır. Məhz bu və digər suallara cavabları “Accounting.Az” konsaltinq şirkətinin direktoru, audit və mühasibat uçotu üzrə ekspert R. Ramazanovun ASAN Radio – “KOB”-un dostu verilişinin aparıcısı Əli Əhmədova verdiyi müsahibədə tapmaq olar. Müsahibədə sahibkarlara, həm də təkcə onlara deyil, mühasibat uçotu, onun hansı istiqamətdə inkişaf etməsi, bu sahədə bizi hansı yeniliklər gözləyir haqda məlumat verilir, mühasibatlıq nedir, mühasibatlığın bugünkü durumu, sahibkar mühasib münasibətləri, uçot işlərində müasir texnologiyaların tətbiqi məsələləri şərh edilib. Ramin Ramazanov muhasibat uçotu, vergitutmaya aid çoxsaylı məqalələrin müəllifidir. Ümumi aylıq istifadəçi sayı 70-100 min civarında olan www.muhasiabat.az , www.audit.az, www.vergi.az elektron resursların, mühasibat uçotu, vergi, audit təlimləri üzrə ixtisaslaşmış “Azərbaycan Mühasiblər Məktəbinin” təsisçisi, ölkəmizdə online muhasibat tətbiqləri sektorunda çalışan “Techfin” şirkətinin həmtəsisçidir.
Qeyd edək ki, veriliş Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN Radio”-nun sahibkarların maarifləndirilməsinə yönəlmiş birgə layihəsidir.
Verilişdə sahibkarlar ilk milli onlayn mühasibatlıq sistemi olan “Hesabat” haqqında maraqlı məlumatlarla yanaşı, “onlayn mühasibat nədir?” sualına cavab tapa, onun inkişafı haqqında maraqlı məlumatlar əldə edə bilərlər.
Həmin müsahibəni Youtube kanalımızdan izləyə bilərsiniz.