Vergi auditi

Vergi auditi nədir?

Vergi qanunvericiliyinin daimi dəyişikliyi fonunda hər bir müəssisə etibarlı müdafiəyə  – vergi auditi sisteminə ehtiyac duyur. Müəssisəyə dəvət edilmiş müstəqil auditor maliyyə hesabatlarını təhlil edir, uçot sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi vergi hesablaşmaları və ödənişlərinin etibarlılığını müəyyən etməyə, vergi bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etməyə imkan yaradır. 

Vergi yoxlaması zamanı aşkar edilən istənilən səhv yaxud qanunların qəsdən pozulması şirkətlərin külli miqdarda cərimələnməsinə səbəb olur. Məhz bu səbəbdən vergi uçotu auditinin müntəzəm aparılması riskləri minimuma endirmək, cərimə və sanksiyalara məruz qalmamaq üçün vacibdir.

Accounting.Az-la vergi auditi xidməti

Vergi uçotunun auditinin “Accounting.Az” konsaltinq şirkətinin auditorları tərəfindən aparılması:

  • uçotda olan mümkün səhvləri aşkar edəcək;
  • onları vergi yoxlamasından əvvəl düzəltməyə imkan verəcək;
  • vergi yoxlamalarına hazırlıq işlərinin aparılmasına kömək edəcək;
  • sizin risklərinizi minimuma endirəcək.

Vergi ödəyicisində şübhəli əməliyyatlar, vergi bəyannamələrində səhvlər nə qədər az olarsa, səyyar  yoxlamanın təyin edilməsi riski bir o qədər az olar. 

Vergi auditi xidmətini bizə həvalə edin! Bizim  auditorlar:

  • səhvləri, mümkün riskləri müəyyən edəcək;
  • onları necə düzəltmək, minimuma endirmək barədə tövsiyələr verəcək;
  • mümkün ehtiyatları müəyyən edəcəklər (əlavə ödəmələr də istisna deyil);
  • vergi yoxlamalarına hazırlıq işlərini operativ həyata keçirəcəklər.

Bizi tapmaq çətin deyil, ofisimiz Bakıda rahat məkanda yerləşir. +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrinə zəng edin. Əməkdaşlarımız sizi həvəslə məlumatlandırarlar!

Vergi uçotunun auditi nə vaxt zəruridir?

  • şirkət fəaliyyət növünü dəyişdikdə yaxud yenidən təşkil edildikdə;
  • şirkətin rəhbərliyi, o cümlədən baş mühasib dəyişdirildikdə;
  • şirkət vergi rejimlərini birləşdirdikdə;
  • uçotun optimallaşdırılması yolları axtarıldıqda;
  • mühasibat uçotunu yoxlamaq, vergi risklərini aradan qaldırmaq lazım gəldikdə;
  • müvafiq qurumlar  tez-tez sorğular verdikdə yaxud yoxlama planlaşdırdıqda;
  • vergi yoxlamalarına hazırlıq prosesində.

Vergi auditi xidmətinin məqsədləri – vergi hesablamalarının düzgünlüyünün yoxlanması, müştərinin qabaqlayıcı müdafiəsi, vergitutma sisteminin optimallaşdırılması

Vergi auditinin aparılma tezliyi müəssisədə daxili nəzarət sisteminin səmərəliliyindən, mühasibat və vergi uçotu sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsindən, mürəkkəb əməliyyatların həcmindən, sənədin dövriyyəsinin keyfiyyətindən, qanunvericilik aktlarının dəyişkənliyindən asılıdır. Bunlardan hər hansı birində “zəif nöqtə” varsa, vergi uçotunun auditi mənfi təsirlərin qarşısını almağa kömək edəcəkdir.

Biz nə təklif edirik?

Vergi auditi xidmətləri bazarında çoxillik təcrübəyə malik auditorlarımız:

  • keyfiyyətli vergi yoxlamasını həyata keçirib, dərhal kömək edəcək;
  • aşkar edilmiş pozuntuların nəticələri, risklər barədə rəy verəcək;
  • mühasibat uçotu və hesabatlılığı necə təkmilləşdirməyin yollarını göstərəcək;
  • yol verilmiş pozuntunun aradan qaldırılması, qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə tövsiyələr təqdim edəcəklər. 

Vergi uçotunu auditi həm illik hesablamaları, bəyannamələri, onlarda əks olunan vergiləri, həm də daha qısa (yarımillik, rüblük) yaxud daha uzun (3 il) dövrü əhatə edə bilər. 

WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Sizinlə biz əlaqə saxlayaq, görüş təyin edək, tanış olaq, audit növünü, qiymət və bonusları müəyyən edək!

Vergi uçotunun auditi sizin biznesinizin təhlükəsizliyidir. Peşəkarlardan ibarət “Accounting.Az” komandası vegilərin ödənilməsində səhvlərin qarşısını alacaq, riskləri, maliyyə ehtiyatlarını müəyyən edəcək, sizi vergi yoxlamalarına hazırlığa kömək edəcək.  Bu, öz növbəsində:

  • cərimələr üzrə xərclərin qarşısını alacaq;
  • vergi yoxlamasına hazırlıq işlərinin keyfiyyətini artıracaq;
  • vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi riskini minimuma endirəcək. 

Biznesinizin təhlükəsizliyini bizə etibar edin! Biz yüksək keyfiyyətə, problemlərə kompleks yanaşmaya, məxfiliyə zəmanət veririk.

“AccountingAz”-ın vergi auditi xidmətləri tanış olmaq üçün əlaqə saxlayın, görüş üçün əlverişli vaxtı razılaşdıraq, sizin problemləri müzakirə edək, həll yollarını tapıb, biznesinizin
təhlükəsiliyinə dəstək olaq.

whatsapp