Müəssisənin maliyyə vəziyyəti, fəaliyyət nəticələri və pul vəsaitlərinin hərəkəti barədə etibarlı, müqayisə edilə bilən məlumat yalnız düzgün tərtib olunmuş maliyyə hesabatları vasitəsilə əldə edilir. Mühasibat uçotu qeydlərinin aparılması özlüyündə kifayət deyil – bu məlumatların rəhbərlik, investorlar, banklar, vergi orqanları və digər maraqlı tərəflər üçün anlaşıqlı formada təqdimatı vacibdir. Məhz bu məqsədlə maliyyə hesabatlarının hazırlanması xidməti müasir biznesin ayrılmaz hissəsinə çevrilib.
Bakıda mühasibat uçotu və audit xidmətləri bazarında çoxillik təcrübəyə malik “Accounting.Az” konsaltinq şirkəti Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərə maliyyə hesabatlarının hazırlanması, onların beynəlxalq və milli standartlara uyğunlaşdırılması, habelə uçot sisteminin transformasiyası üzrə tam xidmət spektri təklif edir. PrimeGlobal beynəlxalq şəbəkəsinin üzvü olan komandamız hər bir müştəriyə fərdi yanaşma tətbiq edir.
Maliyyə hesabatlarının əsas vəzifəsi müəssisənin maliyyə vəziyyəti, fəaliyyətinin maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti barədə istifadəçilərin iqtisadi qərar qəbul etməsi üçün faydalı olan məlumatları təqdim etməkdir. Bu istifadəçilərə aşağıdakılar aiddir:
Düzgün hazırlanmış maliyyə hesabatları yalnız qanunvericiliyin tələblərinə cavab vermir, eyni zamanda müəssisənin şəffaflığını artırır, xarici investisiya və kreditləşmə imkanlarını genişləndirir, tenderlərdə iştirak zamanı əlavə üstünlük yaradır.
Azərbaycanda mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunvericiliyə əsasən müəssisələr fəaliyyətinin miqyasından, aktivlərinin həcmindən, işçi sayından və ictimai əhəmiyyətindən asılı olaraq müxtəlif kateqoriyalara bölünür, hər bir kateqoriya üçün isə fərqli mühasibat uçotu standartları tətbiq olunur:
“Accounting.Az” komandası müştərinin hansı kateqoriyaya aid olduğunu qiymətləndirərək, ona uyğun standart çərçivəsində maliyyə hesabatlarının hazırlanmasını təmin edir. Əgər müəssisədə uçot yerli hüquqi normativ aktlara uyğun aparılırsa, lakin xarici investor, ana şirkət və ya bank tərəfindən BMHS-ə uyğun hesabat tələb olunursa, komandamız uçot sisteminin BMHS-ə transformasiyası prosesini də həyata keçirir.
Bundan əlavə, çoxmillətli qrupun tərkibinə daxil olan şirkətlər üçün ana şirkətin uçot siyasətinə uyğunlaşdırma, valyuta çevrilməsi və qrup daxilində konsolidasiya prinsipləri də nəzərə alınır.
Standartların seçimi və tətbiqi ilə bağlı əlavə suallarınız varsa, bizə zəng edin:
Tam maliyyə hesabatları toplusu adətən aşağıdakı beş əsas komponentdən ibarətdir:
Hesabat dövrü ərzində əldə edilmiş gəlirləri, çəkilmiş xərcləri və nəticə etibarilə formalaşan xalis mənfəət və ya zərəri ümumiləşdirir. Ayrı-ayrı müəssisələr üçün, eləcə də konsolidasiya əsasında müəssisələr qrupu üçün tərtib edilə bilər. Rəhbərlik ayda bir dəfə gəlir və xərclərinə nəzarət etmək istəyirsə, aylıq mənfəət və zərər hesabatının hazırlanması dəyişiklikləri operativ izləməyə imkan verir.
Müəyyən tarixə müəssisənin aktivləri, öhdəlikləri və xalis kapitalı (müəssisə sahiblərin kapitalı) barədə ümumiləşdirilmiş məlumatı əks etdirir. Bu hesabat müəssisənin maliyyə sabitliyini, ödəmə qabiliyyətini qiymətləndirməyə əsas verir və düzgün idarəetmə qərarlarının qəbuluna kömək edir.
Hesabat dövrü ərzində pul vəsaitlərinin əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyəti üzrə yaranma mənbələrini və istifadə istiqamətlərini açıqlayır. Bu hesabat əsasında müəssisənin likvidlik göstəriciləri, ödəmə qabiliyyəti və rentabellik səviyyəsi təhlil edilir.
Hesabat dövrü ərzində sahiblərin kapitalında baş vermiş dəyişiklikləri (mənfəətin bölüşdürülməsi, əlavə kapital qoyuluşları, ehtiyatların formalaşdırılması və s.) əks etdirir. Aktivlər, öhdəliklər və kapital arasındakı əlaqəni müqayisəli təhlil etməyə imkan verir.
Hesabatlar toplusunun ən həcmli və məzmunlu hissəsi hesab olunur. Burada tətbiq edilən uçot metodları, qiymətləndirmə prinsipləri, əhəmiyyətli mühakimələr və rəqəmsal göstəricilərin ətraflı izahı verilir. Düzgün tərtib olunmuş izahlı qeydlər hesabatın anlaşıqlılığını və şəffaflığını əhəmiyyətli dərəcədə artırır.
“Accounting.Az” komandası hər bir komponenti ayrı-ayrılıqda deyil, vahid, bir-biri ilə uzlaşan sistem kimi hazırlayır ki, hesabatlar arasında uyğunsuzluq yaranmasın.
Xidmətimiz müştərinin ehtiyacına uyğun olaraq aşağıdakı istiqamətləri əhatə edir:
Bu xidmətlər “Accounting.Az”-ın autsorsinq əsasında təqdim etdiyi geniş mühasibatlıq xidmətləri paketinin tərkib hissəsidir. Autsorsinq modeli müəssisələrə daxili mühasibatlıq şöbəsi saxlamadan, vergi uçotu və kadr kargüzarlığı da daxil olmaqla, tam funksional dəstək əldə etmək imkanı verir.
Biz xidmətlərimizlə sizin biznesinizin yanındayıq – əməkdaşlıq üçün bizi seçin, peşəkarlarla işin fərqini hiss edin
Mühasibat uçotunun və maliyyə hesabatlarının tərtibi qaydaları ilbəil daha mürəkkəb hala gəlir. Bu səbəbdən şirkətlər tez-tez aşağıdakı problemlərlə üzləşir:
Bu kimi problemlərin effektiv həlli üçün müxtəlif sahədə fəaliyyət göstərən şirkətlərə maliyyə hesabatları üzrə konsultasiya xidməti təklif edirik. Təcrübəmiz göstərir ki, bu cür uyğunsuzluqlar vaxtında aşkarlanmadıqda, audit mərhələsində əlavə vaxt itkisinə və maliyyə hesabatlarının təkrar hazırlanmasına səbəb ola bilir.
“Accounting.Az” konsaltinq şirkəti Bakıda mühasibat uçotu xidmətləri bazarında çoxillik təcrübəyə malikdir və PrimeGlobal beynəlxalq peşəkar şəbəkəsinin üzvüdür. Bu, komandamıza yalnız yerli qanunvericiliyi deyil, həm də beynəlxalq standartları və praktikanı dərindən bilən mütəxəssislərlə işləmək imkanı verir. Peşəkar mühasiblərimiz sizin sorğunuz əsasında həm yerli qanunvericiliyə, həm də BMHS-ə uyğun maliyyə hesabatları hazırlaya bilər.
Əgər müəssisəniz hələ də mühasibat uçotunu beynəlxalq standartlara uyğun aparmırsa, biz sizə kömək edə bilərik. Uçot sisteminin transformasiyası, xüsusilə xarici tərəfdaşlarla işləyən və ya icbari audit tələb olunan şirkətlər üçün vacibdir, çünki bunu Azərbaycanda mühasibat uçotu qanunvericiliyi tələb edir.
Xidmətin qiyməti necə formalaşır?
Maliyyə hesabatlarının hazırlanması xidmətinin qiyməti fərdi əsasda müəyyən edilir. Qiymətə təsir edən əsas amillər aşağıdakılardır:
Hesabatların tərtibi və uçot sisteminin transformasiyası üzrə konsultasiya xidmətinin qiyməti sizinlə qarşılıqlı razılaşma əsasında, adətən saathesabı prinsiplə müəyyən edilir.
Bizimlə əlaqə saxlayın
Mühasibat uçotu xidmətlərimizlə daha ətraflı tanış olmaq və xidmət şərtlərini müzakirə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın. “Accounting.Az” konsaltinq şirkəti ilə əməkdaşlıq – standartlara uyğun, vaxtında tərtib edilmiş maliyyə hesabatları və keyfiyyətli məsləhət xidməti deməkdir.
Sualınızı info@accounting.az ünvanına yazın, biz araşdıraq, sizinlə əlaqə saxlayaraq əməkdaşlığın şərtlərini müzakirə edək.