Konsultasiya xidmətləri: vergi məsləhətçisi sizin biznesə hansı faydanı verə bilər?

Azərbaycanda konsultasiya xidmətləri. Vergi məsləhətçisi hansı məsləhət xidmətləri göstərir.
Ümumi

Konsultasiya xidməti nədir?

Konsultasiya xidmətləri yaxud konsaltinq (ingiliscə məsləhətləşmə) müəyyən problemin həlli üçün kənar məsləhətçilər tərəfindən texniki, texnoloji, maliyyə, hüquqi vergi, ekspert fəaliyyətləri sahəsində göstərilən məsləhət xidmətləridir. Xidmətlər fərdi qaydada (məsləhətçilər) yaxud hüquqi şəxslər (konsaltinq şirkətləri) tərəfindən göstərilir. Məsləhətçi müəyyən bir sahədə konsultasiya xidmətləri göstərən mütəxəssisdir (məsələn, vergi məsləhətçisi, maliyyə məsləhətçisi, layihənin idarə edilməsi üzrə məsləhətçi və sair).

Hüquqi şəxs olan konsaltinq şirkətləri də analoji fəaliyyətlə məşğul olur, maliyyə, hüquq, marketinq, strateji planlaşdırma və s. bu kimi sahələrdə məsləhət xidmətləri göstərirlər.

Accounting.Az konsaltinq şirkəti Azərbaycan konsultasiya xidmətləri bazarında uzunmüddətli təcrübəyə malikdir və insan resursları, vergilər üzrə ixtisaslaşan peşəkar məsləhətçilərlə əməkdaşlıq edir. Şirkət Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür. “PrimeGlobal” mühasibat, biznes, vergi məsləhətçiliyi sahəsində fəaliyyət göstərən 112 ölkədən 300-dən çox firmanı özündə birləşdirir.

Vergi konsaltinqinin növləri

Konsaltinq şirkəti və vergi məsləhətçisi vergi qanunvericiliyinin tətbiqi ilə bağlı fəaliyyətlərini əsasən dörd istiqamətdə aparırlar:

  1. Ekspert yönümlü fəaliyyət problemlərin diaqnostikasını və onların həlli yollarını təhlil etməyi əhatə edir. Müştəriyə peşəkar tövsiyə hazırlamaq üçün bütün lazımi məlumatları toplanması vacibdir.
  2. Layihə yönümlü konsaltinq zamanı vergi məsləhətçisi toplanmış məlumat əsasında konkret tövsiyələr hazırlayır və onlar sonradan tətbiq edilir.
  3. Proses yönümlü konsultasiya xidmətləri sifariş edən müştəri yalnız cari deyil, həm də uzunmüddətli problemlərin həlli uçun məsləhət xidmətləri təklif edən şəxslə (fiziki yaxud hüquqi şəxs) fəal qarşılıqlı əlaqə qurur. Bu əlaqələr müştərinin müəyyən etdiyi məqsədlərə çatana qədər davam edir.
  4. Öyrədici konsaltinq mövcud vergi qanunvericiliyi və qanunvericilik bazasındakı yeniliklər haqqında biliklərin ötürülməsi üçün həyata keçirilir. Bu fəaliyyət seminarlar, vergi kursları, vebinarlar formasında həyata keçirilə bilər.

Vergi məsləhətçisi kimdir?

Vergitutmanın müxtəlif sahələri üzrə konsultasiya xidmətləri təklif edən vergi məsləhətçisi insanlara və şirkətlərə Vergi Məcəlləsinin mürəkkəb maddələrini anlamağa kömək edən peşəkar mütəxəssisdir. Bu tip məsləhət xidmətləri vergi risklərini minimuma endirməyə kömək edir. Onlar:

  • müştərilərin maliyyə fəaliyyətini təhlil edir;
  • vergi öhdəlikləri və mümkün güzəştlər barədə məsləhətlər verirlər.

Vergi qanunvericiliyinin tez-tez dəyişdiyini nəzərə alsaq onlara tələbat daim artır. Onların vəzifələrinə:

Vergi məsləhətçisinin göstərdiyi konsultasiya xidmətləri, onların müştərilərinə pula qənaət etməyə və vergi orqanları ilə qarşıdurmadan qaçmağa kömək edir.

Məsləhət xidmətləri biznesə nə üçün lazımdır?

Konkret sahələr üzrə ixtisaslaşmış məsləhətçilər sərmayə yatırımların edilməsi, işgüzar aləmdə hüquqi məsələlərin həlli zamanı, habelə şirkətin düzgün idarə edilməsi prosesində dəstək ola bilər. Konsaltinqin əsas məqsədi biznesin problemlərini həll etmək və onun səmərəliliyini artırmaqdır.

Müxtəlif sahələr üzrə ixtisaslaşan məsləhətçi mütəxəssislər, o cümlədən vergi məsləhətçisi şirkətin fəaliyyətinin obyektiv qiymətləndirilməsin təmin etməklə, ona stabil nəticələr əldə etməkdə kömək edir.

Vergi üzrə konsultasiya xidmətləri nələri əhatə edir?

Məsləhət xidmətlərinin bu növünün əhatəsi genişdir, nümunə kimi aşağıdakılar göstərilə bilər:

  • vergi otimallaşdırılması (mövcud vergi yükünü təhlili, planlaşdırma və onun optimallaşdırılması);
  • vergi bəyannamələrinin hazırlanması  və təqdim edilməsi prosesinə dəstək;
  • vergi yoxlamalarına hazırlıq, yoxlama prosesində dəstək və mübahisələrin həlli;
  • vergi qanunvericiliyində dəyişikliklərin biznesə təsirləri barədə məlumat verilməsi.

Vergi məsləhətçisinin əsas vəzifələri hansılardır?

Bu sahənin peşəkarları vergi ödəyicilərinə yalnız vergi və rüsumların mövcud vəziyyəti, onların hesablanması ilə bağlı tövsiyələr vermir, həm də vergi planlaşdırılması məsələlərinin həllində müştərilərə kömək edir. Onların əsas vəzifələrinə aşağıdakılar aid edilə bilər:

  • müəssisənin vergi siyasətini formalaşdırılmasına dəstək;
  • əsaslandırılmış qərarların qəbuluna kömək məqsədilə tövsiyələr vermək;
  • vergitutmanı qanun çərçivəsində minimuma endirmək üçün tədbirlər hazırlamaq;
  • vergi ödəyicisinin maraqlarını vergi orqanlarında və ya məhkəmədə müdafiə etmək.

Vergilər üzrə konsultasiya xidmətləri təqdim edən mütəxəssislərin peşəkar fəaliyyətinin məqsədi vergilərin, rüsumların və sığorta ödənişlərinin hesablanması, tutulması və ödənilməsində  ixtisaslı dəstək göstərməkdir.

Vergi məsləhətçisi ilə mühasib və auditor arasındakı fərq nədir?

Mühasib və auditorlar bu günə işləyir, onlar mövcud sənədlər əsasında əməliyyatlar aparır, bu əməliyyatların qanunauyğunluğun yoxlayırlar. Vergi məsləhətçisi onlardan fərli olaraq gələcəyə yönəlik iş aparır.

Məsləhət xidmətləri göstərən bu mütəxəssislər biznes və dövlət arasında münasibətlərin strategiyasını hazırlayır, vergi yükünü optimallaşdırmaq üçün tövsiyələr verir.

Mühasiblər, xüsusilə də vergi mühasibləri (təbii ki, ştatda belə mütəxəssis varsa) gündəlik və illik vergi öhdəliyinin vaxtında yerinə yetirilməsinə fokuslanır. Onların vəzifəsi Vergi Məcəlləsinin tələblərinə uyğun, nə az, nə də çox olmamaqla vergilərin ödənişini təmin etməkdir.

Bəzi məsələlərdə onların göstərdiyi xidmətlər oxşardır, məsələn, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsin nümunə göstərmək olar. Fərqli cəhət odur ki, vergi məsləhətçisi, bir qayda olaraq, maliyyə vəziyyətini və biznesin inkişaf planını öyrənərək müştərilərə cari və gələcək vergi öhdəliklərin necə azaltmaq yolları barədə tövsiyələr hazırlayır. Mühasib isə daha çox cari uçot məsəllərinə fokuslanıb.

Peşəkar məsləhət xidmətlərinə müraciət etməklə bir çox risklərdən qaçmaq mümkündür. Unutmayın ki, savadlı vergi məsləhətçisi maliyyə sabitliyi və biznesin uğurunun açarıdır. Konsultasiya xidmətləri haqqında daha ətraflı məlumat üçün Accounting.Az konsaltinq şirkətinin mütəxəssisləri ilə əlaqə saxlaya bilərsiniz.

whatsapp