Konsaltinq şirkətləri və onların təklif etdiyi konsaltinq xidmətləri

Azərbaycanda konsaltinq şirkətləri. Strateji konsaltinq xidmətləri. Accounting.Az konsaltinq şirkətinin xidmətləri. Mühasibat konsaltinqi. Vergi konsultasiyası
Ümumi

Konsaltinq şirkətləri

Konsaltinq şirkəti yaxud konsaltinq, konkret sahələr üzrə ixtisaslaşmış ekspert-məsləhətçilərin bilik və bacarıqları əsasında qurulmuş peşəkar məsləhət xidmətləri təklif edən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri tərəfindən təklif edilən xidmətlər bazarı tam formalaşmasa da, ehtiyacları ödəyəcək belə firmalar mövcuddur və kifayət qədər keyfiyyətli konsaltinq xidmətləri təklif edirlər.

Məsləhətçi firmalar iqtisadiyyatın müxtəlif sektorunda fəaliyyət göstərərək, biznesə, dövlət qurumlarına və qeyri-kommersiya təşkilatlarına müxtəlif problemlərin həllində kömək edir.  Peşəkar məsləhət xidmətləri təklif edən konsaltinq şirkətlərinin xidmət sahələrinə görə bölgüsü fərqli ola bilər, fərqli ölkələrdə buna fərqli yanaşmalar tətbiq edilir. Belə yanaşmaları ümumiləşdirib onları aşağıdakı qruplara bölmək olar.

Strateji konsaltinq

Strateji məsləhətçilər bu sənayedə ən prestijli qruplardan biri hesab edilir. Onlar, bir qayda olaraq, idarəetmənin yuxarı səviyyəsindəki menecerlər (baş direktorlar, əməliyyat direktorları, maliyyə direktorları) tərəfindən işə cəlb edirlər.

Strateji konsaltinq şirkətləri öz müştərilərinə, bu müştərilərin aid olduğu sənaye sahəsində toplanmış təcrübə və daxili komandanın malik olmadığı məlumatlar əsasında məsləhətlər təqdim edir. Bunlar əsasında menecerlər əsaslandırılmış qərarlar qəbul edirlər.

Belə konsaltinq xidmətləri çərçivəsində icra olunan layihələrə aşağıdakı nümunələri göstərmək olar:

  • yeni bazara girmənin mümkünlüyünün qiymətləndirilməsi;
  • yeni məhsul və ya xidmətin potensial gəlirliliyinin müəyyən edilməsi;
  • birləşmə yaxud satınalmalar üzrə qərarların qəbulu zamanı araşdırmalar.

Müvafiq araşdırılma aparılmasa da, təcrübə onu deməyə əsas verir ki, Azərbaycanda konsaltinq şirkətlərinin birləşmə və satınalma üzrə strateji məsləhət xidmətlərinə ehtiyac daha çoxdur.

Əməliyyat konsaltinqi

Yuxarı səviyyə menecerləri məhsulun istehsalı (xidmətin göstərilməsi) zamanı səmərəliliyin artırılması yolları haqqında həmişə düşünürlər. Bu zaman onların köməyinə əməliyyat konsaltinqi şirkətləri gələ bilər. Onlar aşağıdakı istiqamətdə konsaltinq xidmətləri təklif edİR:

  • əməliyyat proseslərinin qiymətləndirilməsi;
  • resurslardan optimal istifadə;
  • həll yollarının təsirini qiymətləndirmə;
  • həll yollarının zamanla təkmilləşdirilməsi.

Əməliyyat konsaltinqi strateji məsləhətçilər tərəfindən təqdim edilən konsaltinq xidmətlərinə oxşardır, onlar layihələrin icrası zamanı eyni həll üsullarından istifadə edirlər. Əsas fərq əməliyyat üzrə konsaltinq şirkətlərinin ilk növbədə istehsalla bağlı layihələr üzrə ixtisaslaşmasıdır.

Maliyyə konsaltinqi

Belə konsaltinq şirkətləri fəaliyyətlərini əsasən biznesin maliyyə aspektlərinə yönəldib. Bu sahə üzrə məsləhətçi xidmətləri özündə aşağıdakıları birləşdirir:

  • mühasibat konsaltinqi;
  • risklərin idarə edilməsi üzrə konsaltinq xidmətləri;
  • vergi konsultasiyası;
  • daşınmaz əmlak məsləhətləri üzrə məsləhətçilər;
  • məhkəmə ekspertizası və məhkəmə çəkişməsi
  • tranzaksiya üzrə məsləhət xidmətləri;
  • korporativ maliyyə xidmətlər.

Məsləhətçi firmaların təklif etdiyi xidmətlər vergi məsləhətindən tutmuş kadr işləri, mühasibat, audit, sığorta və risklərin idarə edilməsinə qədər çoxşaxəlidir.

Azərbaycanda konsaltinq şirkəti axtarırsınız? Accounting.Az MMC-nin əməkdaşları bu işin peşəkarlarıdır! Bakıda peşəkar konsaltinq xidmətləri bazarında özünəməxsus yerə malik Accounting.Az MMC-yə müraciət edin! Bizim şirkət beynəlxalq “PrimeGlobal”- Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasının üzvüdür.

HR konsaltinq xidmətləri

Kadr işləri üzrə konsaltinq şirkətləri müəssisə və təşkilatlarda insan resurslarından istifadəyə yönəlmiş məsləhət xidmətləri təklif edir. Belə məsləhətçi firmaların xidmətlərin sırasına bunları aid etmək olar:

  • kompensasiya və müavinətlər üzrə məsləhətlər;
  • təşkilati dəyişikliklər üzrə konsaltinq;
  • insan resurslarının idarə edilməsi funksiyası;
  • təlim və karyera inkişafı;
  • insan resursları üzrə strategiya seçimi;
  • HR-texnologiyaları üzrə konsaltinq xidmətləri

Ümumiyyətlə, gələcək əməkdaşların seçimi və işə qəbulu üzrə ixtisaslanmış konsaltinq şirkətləri əsasən aşağıdakı xidmətləri təklif edirlər;

  • insan resursları şöbəsinin işini yaxşılaşdırmaq üçün məsləhətlər (yenidən qurma, İT tətbiqi və sair);
  • kadrlar üzrə işə təsir edən şirkətdaxili layihələrə dəstək (məsələn, şirkətlərin birləşməsi zamanı müxtəlif korporativ davranış qaydalarının, əmək haqqının uyğunlaşdırılması, təşkilati strukturun tərtib olunması);
  • geniş təşkilati dəyişikliklər zamanı uyğun personalın seçimi, işə qəbulu və öyrədilməsi.

İqtisadi konsaltinq

İqtisadi konsaltinq xidmətləri dedikdə iqtisadiyyat, hüquq və biznesin üst-üstə düşən, ortaq nöqtələri üçün məsləhət fəaliyyəti başa düşülür. Təqdim edilən məlumatlar əsasında biznes qərarların verilməsi, qanunvericiliyin təmin olunması, məhkəmə çəkişmələrini dəstəkləmək üçün ideya və məsləhətlər formalasdırılır.

İqtisadi konsaltinq şirkətləri hüquqşünaslar, hüquq firmaları, tənzimləyici qurumlarla birgə işləyir, müştərilərə öz hərəkətlərinin maliyyə nəticələrini anlamaqda, mürəkkəb iqtisadi şərtləri idarə etməkdə kömək edir.Onların praktik fəaliyyəti əsasən bu istiqamətlərə fokuslanıb:

  • biznesin təsisi, qeydiyyatı və ləğvi üzrə konsaltinq xidmətləri;
  • rəqabət, fəaliyyətin tənzimləmə üzrə məsləhətçilik;
  • məhkəmə çəkişmələri zamanı hüquqi dəstək;
  • aktivlərin qiymətləndirməsi;
  • beynəlxalq arbitraj və sair.

Azərbaycanda şirkət qeydiyyatı, əcnəbi işçilərin işə cəlb edilməsi, şirkətlərin birləşməsi və ləğvi ilə bağlı suallarınız var? Accounting.Az MMC-nin “Hüquq xidmətləri” iqtisadi fəaliyyətinizə dəstək üçündür!

İT yaxud texnoloji konsaltinq

İT üzrə konsaltinq xidmətləri təklif edən məsləhətçi firmalar getdikcə daha çox yayılır. Belə konsaltinq şirkətləri müştərilərinə İT tətbiqləri ilə yanaşı, inkişaf etməkdə olan yeni texnologiyalara keçiddə də kömək edir.  Onlar daim inkişaf etməkdə olan rəqəmsal məkanda şirkətlərə öz yerini qorumağa və böyüməyə kömək edir.

Əksər texnoloji konsaltinq şirkətləri müxtəlif sahələr üzrə ixtisaslaşır, eyni zamanda aşağıdakı xidmətlərin  geniş spektrini təklif edir:

  • kibertəhlükəsizlik üzrə məsləhət xidmətləri (məlumatların qanunvericiliyə uyğun və zəmanətli mühafizəsi üzrə məsləhətçilik);
  • qərarların qəbuluna dəstək məqsədi ilə dataların hazırlanması üzrə konsaltinq xidmətləri;
  • texnoloji transformasiya layihələrinin hazırlanması və icrası üzrə konsaltinq.

Yuxarıda sadalanan məsləhətçi firmalarla yanaşı layihələrin icrası üzrə məsləhətçi firmalara, risklərin idarə edilməsi üzrə konsaltinq şirkətlərinə rast gəlmək mümkündür. Hazırda konsaltinq xidmətləri demək olar ki, sənayenin bütün sahələrində tətbiq edilməyə başlayıb.

Azərbaycanda konsaltinq xidmətləri bazarı ilə daha ətraflı tanış olmaq istəsəniz, Accounting.Az konsaltinq şirkətinə müraciət edin. Bunun üçün “Əlaqə” səhifəsinə keçid alıb, sizin üçün daha rahat əlaqə vəsiləsini seçə bilərsiniz.

whatsapp