“Accounting.Az”-ın mühasibat xidmətləri yeni tərkibdə

Accounting.Az
Yeniliklər

Azərbaycanda mühasibat xidmətləri göstərən “Accounting.Az” konsaltinq şirkəti bu sektorda 10 ildən  artıq təcrübəyə malikdir. Şirkət öz müştərilərinə, habelə, keyfiyyətli vergi, kadr, hüquq, audit xidmətlərinin autsorsinqini təklif edir. Şirkətin əməkdaşları Vergi Məcəlləsi və Mülki Məcəllədən məlumatlı peşəkar mütəxəssislərdir. Göstərilən xidmətlər autsorsinq əsaslıdır.

Mühasibat xidmətlərinin autsorsinqi  biznes subyektlərinə yeni işçilər cəlb etmədən, onlara müntəzəm ödəniş etmədən uçot işlərini aparmaq imkanı yaradır. Bir çox hallarda öz mühasibatlığına malik şirkətlər də onların xidmətlərindən faydalanır. 

Ötən illər ərzində Bakıda mühasibat uçotu xidmətlərinə tələbat artıb, nəticədə şirkət tərəfindən göstərilən xidmətlərin çeşidi də genişlənib. Biznes subyektlərinə təqdim edilən xidmətlər şirkətin rəsmi saytında tam əksini tapmadığından, 2022-ci ildə mühasibat uçotu, audit, vergi, kadr, hüquq xidmətləri səhifələri yeniləndi, sayta yeni bölmələr əlavə edildi. 

İlkin variantda müştərilərə  sayt vasitəsi ilə 5 mühasibat uçotu xidmətləri təklif edilirdi. Hazırda bu xidmətlərin sayı 9-a çatdırılıb. Bundan başqa 2 mühasibat uçotu kursu sayta əlavə edilib. Saytda yeni olan bloq bölməsində uçotun müxtəlif sahələrini əhatə edən maarifləndirici məqalələr yerləşdirmək planlaşdırılıb. 

Təklif edilən mühasibat xidmətləri hansılardır?

“Accounting.Az” konsaltinq şirkəti Bakıda mühasibat uçotu xidmətlərinin aşağıdakı çeşidini təklif edir:

  1. mühasibat uçotunun qurulması;
  2. mühasibat uçotunun bərpası;
  3. mühasibat uçotunun aparılması;
  4. mühasibat konsultasiyası;
  5. mühasibat kargüzarlığı xidməti;
  6. maliyyə hesabatlarının hazırlanması;
  7. mühasibat uçotunun optimizasiyası;
  8. onlayn mühasibat;
  9. inventarizasiya.

Biznes fəaliyyətinə yeni başlayanlar üçün  “0”-dan mühasibat uçotunun qurulması vacibdir. Düzgün qurulmuş mühasibat biznesin uğurlu inkişafı üçün əsas şərtdir.

Düzgün qurulmuş uçot sistemində də düzəldilməli səhvlər olur. Ancaq bəzən mühasibatlıq o qədər başlı-başına buraxılır ki, mühasibat uçotunu bərpası lazım gəlir. Bu vacib prosedurU “Accounting.Az” konsaltinq şirkəti sizin üçün uğurla həyat keçirə bilər. 

İldən-ilə kiçik və orta biznes üçün mühasibat uçotunun aparılması çətinləşir, pozuntulara görə cəzalar  sərtləşir. Vergi orqanları ilə elektron sənəd dövriyyəsinin aparılması, ƏDV ilə əməliyyatlar – bunlar tələb edilənin az hissəsidir. Odur ki, yüksək keyfiyyətli mühasibat xidmətlərinə tələbat gün-gündən artır. 

Bakıda mühasibat uçotu xidmətləri üzrə ixtisaslaşan “Accounting.Az” konsaltinq şirkətinin təklif etdiyi mühasibat konsultasiyası sahibkarlara, menecerlərə, mühasiblərə yeni qanunvericilik aktlarından xəbərdar olmağa, düzgün hesabatlar tərtib etməyə,  vergi müfəttişlərinin iddialarından qaçmağa kömək edəcəkdir.

Saytda konsaltinq xidmətləri, o cümlədən mühasibat konsultasiyası xidmətinin məzmunu ətraflı şərh olunub. 

Xidmətlərdən faydalanmaq üçün  “Accounting.Az” konsaltinq şirkətinə müraciət edə bilərsiniz.

Ünavanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2. Əlaqə vasitələri: E-mail: info@accounting.az, Telefon: +99412 310 09 29  +99412 598 37 98,  WhatsApp: +99450 225 82 05

whatsapp