Mühasibat uçotunun bərpası

Mühasibat uçotunun bərpasını zəruri edən nədir? 

Şirkətin mühasibat sənədlərinin qanunun tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutan mühasibat uçotunun bərpası xidməti mürəkkəb prosesdir. Bakıda mühasibat uçotu xidməti bazarında müxtəlif konsaltinq şirkətləri tərəfindən təklif edilən bu xidməti zəruri edən bir sıra şərtlər var, məsələn:

  • uzun müddət mühasibat uçotu aparılmayıb;
  • vəzifəsinin öhdəsindən gələ bilməyən baş mühasib yeni işçi ilə əvəz edilib: bu zaman bütün mövcud sənədlərə düzəliş edilməlidir. 
  • sənədlər real maliyyə vəziyyətini əks etdirmir;
  • sənədlərlə birgə mühasibin yoxa çıxması: işdən çıxarılan mühasibin rəhbərlikdən incidiyi, keçmiş işəgötürənə qəsdən zərər verdiyi halları mövcuddur;
  • fors-major halları (yanğın, avadanlıqlarda problemlər, yerdəyişmə, məlumat bazasının dağılması və s.) nəticəsində ilkin uçot sənədlərinin tamamilə itməsi. 

Beynəlxalq standartlar və Azərbaycanda mühasibat uçotu qanunvericiliyi, müəssisənin təsərrüfat fəaliyyətində baş verən əməliyyatların fasiləsiz uçotunu tələb edir. Vaxtında mühasibat uçotu bərpa edilməzsə, müəssisə maliyyə sanksiyalarına məruz qala bilər. Bəzən bu, müəssisənin hesablarına həbs qoyulması, cinayət məsuliyyəti kimi daha ağır nəticələrə səbəb olur. 

Müəssisənin mühasibat uçotunun bərpası kompleks tədbirlər sistemidir. Bura aşağıdakılar daxildir: 

  1. mühasibat uçotunun təşkili;
  2. sənədlərdə səhvlərin düzəldilməsi;
  3. uçot registrlərində “boşluqların” aradan qaldırılması;
  4. hesabatların tərtibi, düzəlişlərin təqdim edilməsi;
  5. mühasibatlığın tam formalaşması.

Müəssisədə mühasibat uçotunun təşkilinə məsul kimdir?

 “Mühasibat uçotu haqqında” AR qanunu müəssisələrdə mühasibat uçotunun təşkilinin hüquqi əsaslarını tənzimləyir. Qanuna görə uçot subyektlərində davamlı mühasibatın aparılması məcburidir.  Qanuna görə mühasibat uçotunun təşkili subyektin rəhbəri tərəfindən həyata keçirilir. Onun tərəfindən uyğun struktur vahidi təşkil olunur yaxud kənar mütəxəssislər cəlb edilməklə mühasibat uçotu xidmətinin aparılması təmin edilir. 

Yalnız bundan sonra mühasibat uçotunun bərpası işlərinə başlamaq olar. Bərpa zamanı:

  • ilkin sənədlərin toplanması
  • elektron məlumat bazasının yenilənməsi
  • həmçinin ödənilən vergi məbləğlərinə  düzəlişlər aparılması mümkündür. 

Bunların icrasında  peşəkar mütəxəssislərin iştirakı vacibdir. Prosesin ilkin mərhələsində belə mühasib tapmaq çətindir. Autsorsinq şirkətləri mühasibat uçotunun bərpasını mühasibat uçotunun beynəlxalq standartlarına uyğun uğurla həyata keçirə bilərlər.

Bakıda konsaltinq xidmətləri göstərən “AccountingAz” müştərilərə mühasibat uçotunun bərpası xidmətini  təklif edir. Şirkətin əməkdaşları mühasibat uçotunun təşkili üçün sizə mühasibat konsultasiyası da təklif edə bilər. 

 

Mühasibat uçotu xidməti haqqında əlavə məlumatı +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrinə zəng etməklə əldə etmək olar. Əməkdaşlarımız sizi həvəslə məlumatlandırarlar!

Niyə görə AccountingAz?

Bakıda mühasibat uçotu xidməti sahəsində ixtisaslaşmış “AccountingAz” konsaltiq şirkəti peşəkar komandaya sahibdir. Bərpa prosesinə təcrübəli auditorlar nəzarət edir, həmçinin vergilərin optimallaşdırılması məsələləri üzrə ekspertlər də cəlb oluna bilər. Sifarişdən asılı olaraq mühasibat uçotunun bərpası tam yaxud qismən aparılır. 

Bizim əməkdaşlar:  

  • tövsiyələr vermir, problemin kompleks həllini təqdim edir. 
  • qanunvericilikdəki bütün nüans və dəyişikləri bilirlər – vergi yoxlamalarına müntəzəm dəstək qanunvericilikdəki dəyişikliklərdən həmişə xəbərdar olmağa kömək edir.
  • 100% məxfilik təkcə xidmət müqaviləsi ilə deyil, həm də məlumat sızmasını istisna edən sifarişçi və icraçı arasında xüsusi qarşılıqlı əlaqə ilə dəstəklənir.
  • əməkdaşlarımız uzun illərin uğurlu iş təcrübəsinə, müvafiq sənədlərlə təsdiq edilmiş zəruri ixtisaslara malikdirlər.

Əlavə məsləhət üçün WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Əməkdaşlarımız sizinlə əlaqə saxlayar.

Xidmətin qiyməti

Mühasibat uçotunun bərpası xidmətinin dəyəri fərdidir. Qiymətə müəssisənin fəaliyyəti,  görüləcək işlərin mərhələləri, habelə şirkətdə maliyyə uçotunun vəziyyət təsir edir. İstənilən halda xidmətə çəkilən xərc,  onun olmaması yaxud aparılması zamanı yol verilən pozuntularla bağlı mümkün riskləri kompensasiya edir. 

İlkin pulsuz məsləhət almaq üçün:

  1. mövcud sənədlər əsasında ilkin uçot sənədlərini hazırlayın;
  2. gözləntilərinizin siyahısını tərtib edin.

“AccountingAz”-ın mühasibat uçotu xidmətləri ilə tanış olmaq üçün əlaqə saxlayın, görüş üçün əlverişli vaxtı razılaşdıraq. Bizim ofisdə bir stəkan çay içərək sizin problemləri müzakirə edək, həll yollarını tapıb, biznesinizin çiçəkləməsinə dəstək olaq.

whatsapp