Biznes və iqtisadiyyatın inkişafı Azərbaycanda konsultasiya xidmətləri bazarına təsir edir, onu əhəmiyyətli sahəyə çevirir. Belə inkişaf fonunda biznes subyektlərində maliyyə və vergi məsələlərinin düzgün idarə olunması böyük əhəmiyyət kəsb edir. İnkişaf, sürətli dəyişikliklər qanunvericilik bazasının da tez-tez dəyişməsinə səbəb olur. Nəticədə biznesin mühasibat və vergi üzrə məsləhət xidmətlərinə ehtiyacı daha çox hiss olunur. Respublikamızda əcnəbilərin şirkət qeydiyyatı prosedurunun sadələşməsi də istər mühasibat məsləhət xidmətləri, istərsə də vergi məsləhət xidmətləri bazarının inkişafını sürətləndirir.
Azərbaycanda konsultasiya xidmətləri fərdi məsləhətçilər yaxud konsaltinq şirkətləri tərəfindən təklif edilir. Onların göstərdiyi xidmətlərin məzmun və mahiyyəti, bir qayda olaraq, fərqlənmir, birincilər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, ikincilər isə hüquqi şəxs kimi fəaliyyət göstərir.
Mühasibat və vergi üzrə məsləhət xidmətləri yalnız vergi ödəyicilərinin fəaliyyətinin düzgünlüyünü təmin etmir, eyni zamanda dövlətə və vergi orqanları qarşısında öhdəliklərin qanunvericiliyə uyğun yerinə yetirilməsinə kömək edir. Sahibkarlar peşəkar mütəxəssislərin xidmətlərindən yararlanaraq maliyyə və vergi risklərini minimuma endirə bilərlər. Hər iki xidmət növü istər yerli, istərsə də xarici investisiyalı şirkətlərin qanunvericiliyə uyğun fəaliyyətini təmin etməklə yanaşı, onların maliyyə dayanıqlığının qorunması üçün də vacibdir.
Mühasibat məsləhət xidmətləri və vergi məsləhət xidmətləri haqqında danışmazdan öncə respublikamızda məsləhət xidmətlərinin tərkibinin qısa icmalı ilə tanış olaq.
Respublikamızda bu sektor sürətlə inkişaf edir və müasir biznes üçün əhəmiyyətli rol oynayır. Məsləhət xidmətləri sahəsində ixtisaslaşmış fiziki və hüquqi şəxslər təkcə mühasibat və vergi üzrə məsləhət xidmətləri təklif etmir, müxtəlif sahələrdə fəaliyyət göstərərək iqtisadiyyatın geniş spektrini əhatə edir. Aşağıda onların fəaliyyətinin əsas istiqamətləri qeyd olunub:
Maliyyə və mühasibat konsultasiyasının əsas tərkib hissəsi olan mühasibat və vergi üzrə məsləhət xidmətləri müştərilərə konsaltinq şirkətləri tərəfindən birlikdə yaxud ayrıqlıda təklif edilə bilər.
Mühasibat konsaltinqi yüksək ixtisaslı mütəxəssislər heyətinin saxlanmasına pul xərcləmədən mühasibatlığa dair mürəkkəb suallara cavab tapmağa imkan verir. Azərbaycanda mühasibat konsultasiya xidməti çərçivəsində yerli və xarici şirkətlərə aşağıdakılar təklif oluna bilər:
Accounting.Az konsaltinq şirkəti yerli və xarici şirkətlərə müxtəlif aspektləri nəzərə alan mühasibat məsləhət xidmətləri paketi təqdim edir. Şirkət mühasibat, biznes, vergi sahəsində fəaliyyət göstərən 112 ölkədən 300-dən çox müstəqil firmanı özündə birləşdirən Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür. |
Bu gün vergi inzibatçılığı keyfiyyətcə yenilənib, yeni rəqəmsal səviyyəyə keçib. Nəzarət işlərinin əksəriyyəti avtomatlaşdırılmış sistemlər tərəfindən yerinə yetirilir. Vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırmaq məqsədi ilə respublikamızda DVX-i tərəfindən İnternet Veri İdarəsi istifadəyə verilib. Azərbaycanda konsultasiya xidmətləri təklif edən vergi məsləhətçiləri də öz işlərini bu amili nəzərə alaraq qururlar. Onlar vergi konsaltinqi üzrə əsasən aşağıdakı istiqamətlərdə xidmətlər təklif edir:
Accounting.Az konsaltinq şirkəti mühasibat məsləhət xidməti ilə yanaşı yerli və xarici şirkətlərə vergi məsləhət xidmətləri də təklif edir. Vergi məsləhətçisi sizi cərimə və sanksiyalardan qoruyan mühafizəçinizdir! |
Mühasibat və vergi uçotunun autsorsinqi mühasibat və vergi uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması üzrə işlərin tam yaxud qismən kənar mütəxəssisə və ya ixtisaslaşmış şirkətə verilməsidir.
Mühasibat və vergi üzrə məsləhət xidmətləri çətin və mübahisəli vəziyyətlərdə məsləhət dəstəyidir. Konsaltinqin bu növündən mühasibatlığı olan şirkətlər aşağıdakı hallarda istifadə edir:
Uçotun müxtəlif istiqamətləri üzrə Azərbaycanda konsultasiya xidmətləri göstərən şirkətlər eyni zamanda autsorqinq əsaslı xidmətlər də təklif edirlər.
Mühasibat və vergi üzrə məsləhət xidmətləri, həm yerli, həm də xarici investisiyalı bizneslər üçün mühüm əhəmiyyət kəsb edir. Mühasibat məsləhət xidmətləri sifariş etməklə siz MHBS-a uyğun olaraq maliyyə hesabatlarının hazırlanması, qanunvericiliyə uyğun mühasibat uçotunun aparılması üzrə peşəkar məsləhət alacaqsınız. Biznesinizi risklərdən qorumaq, vergi yükünün qanuni olaraq azaldılması üçün tövsiyələr almaq istəyirsinizsə vergi məsləhət xidmətləri əldə edin.
Sizi Azərbaycanda konsultasiya xidmətlərinin qiymətləri maraqlandırırsa əlaqə saxlayın, bizim peşəkarlar sizin suallara həvəslə cavab verər.