Bakıda şirkət qeydiyyatı: müraciət, tələb olunan sənədlər

dövlət qeydiyyatı, Bakıda şirkət qeydiyyatı, şirkətin təsis edilməsi, şirkətin qeydiyyata alınması, hüquqi şəxs
Ekspert yazıları

Bakı günü-gündən inkişaf edir, investorlar üçün daha cəlbedici olur. Onları ilk növbədə verdiyi suallar şirkətin təsis edilməsi və Bakıda şirkət qeydiyyatı haqqındadır.

Əgər sizi Azərbaycanda biznes qurmaq və şirkətin qeydiyyata alınması maraqlandırırsa, onda diqqətiniz toplayın, “Accounting.az”-ın redaktoru Cəmil Əsədov tərəfindən hazırlanmış bu məqalə sizin üçündür.

Hüquqi baza

Şirkət –müəssisələrin hüquqi vəziyyətinə görə bir formasıdır, əsas hədəfi mənfəət əldə etməkdir. Buna görə də onu kommersiya hüquqi şəxslərə aid etmək olar. AR Mülki Məcəlləsinə əsasən hüquqi şəxsin dövlət qeydiyyatı onun mülki hüququn subyekti kimi yaradılması hesab olunur (AR MM, maddə 44). Bu şirkətin qeydiyyata alınmasına da aiddir. Sizə təqdim edilən bu yazıda şirkətin təsisi edilməsi, dövlət qeydiyyatı, vergi orqanlarında uçotu haqqında məlumatlar toplanıb.

Əslində Bakıda şirkət qeydiyyatı Azərbaycanın digər regionlarından fərqlənmir, prosedurlar, Ələt iqtisadi zonası istisna olmaqla, eynidir. Hər hansı bir şirkətin qeydiyyata alınması Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu əsasında aparılır.

Qeyd etmək lazımdır ki, respublikamızda sahibkarlıq həm də fərdi sahibkarlıq (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin fəaliyyəti) kimi də həyata keçirilə bilər, bu zaman hansısa şirkətin təsis edilməsinə ehtiyac yoxdur. Fərdi sahibkarlığın dövlət qeydiyyatı asandır, amma bəzən müəyyən çətinliklər də törədə bilər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin fəaliyyətinin qeydiyyatı haqqında buradan daha ətraflı məlumat ala bilərsiniz.

Seçdiyimiz mövzunu hərtərəfli əhatə etmək məqsədi ilə onu kiçik hissələrə bölmək qərarına gəldik. Bizcə belə olan halda, Bakıda şirkət qeydiyyatı haqqında axtardığınız məlumatları asan tapa biləcəksiniz.

Şirkətin təsis edilməsi

Yadda saxlamaq lazımdır ki, şirkətin qeydiyyata alınması sizdən bu prosesə diqqətlə yanaşmanı tələb edir. Belə ki, proses çox vaxt aparmasa da, kifayət qədər məsuliyyətlidir.

İlk növbədə gələcək kommersiya qurumunun təşkilati-hüquqi formasını seçmək lazımdır. Qanunvericilikdə bir-neçə forma nəzərdə tutulub, qanunvericilik tələbləri və dövlət qeydiyyatı proseduru daha sadə olduğundan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha əlverişlisidir, amma sahibkarların baxış bucağı fərqlənə bilər.

Növbəti mərhələ şirkətin yaradılmasıdır. Kommersiya qurumunun hüquqi şəxs kimi yaradılması şirkətin təsis edilməsi, nizamnaməsinin hazırlanmasından başlayır. Nizamnamə təsisçilər tərəfindən təsdiq edilir və müəssisənin təsis sənədi sayılır.

Bakıda şirkət qeydiyyatını icra edəcək şəxs hüquqi şəxsin nizamnaməsinə bu məlumatları mütləq daxil etməlidir:

  • müəssisənin adı;
  • nizamnamə kapitalı;
  • iştirakçıların nizamnamə kapitalindaki payi (məbləğ və faizlə);
  • hüquqi şəxsin olduğu yer;
  • idarə edilməsi qaydası;
  • onun ləğvi prosedurası;
  • MM-nin 89-cu maddəsi üzrə digər məlumatlar.

Diqqət etmək lazımdır ki, şirkətin qeydə alınması məqsədi ilə seçilmiş ad digərlərinin adından, xüsusilə də birbaşa rəqiblərin adından fərqlənməli, habelə unikal olmalıdır. Bakıda şirkət qeydiyyatı üçün ad seçimi zamanı AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin (bundan sonra DVX) “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” elektron xidmətindən istifadə etmək olar.

Əgər siz Bakıda hüquqi xidmətlərdən istifadə etmək istəsənizsə, bizim əməkdaşlar çətin, lakin vacib məsələdə sizin tərəfdaşınız olacaq!

Şirkətin qeydiyyata alınması üçün müraciət

Şirkətin təsis edilməsi üzrə proseduralar bitikdən sonra hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumu dövlət qeydiyyatı məqsədi ilə DVX-i qurumlarına kağız daşıyıcıda yaxud elektron formada real vaxt rejimində ərizə ilə müraciət edir. Kağız daşıyıcıda tərtib edilən ərizə birbaşa DVX-nin müvafiq qurumlarına getməklə yaxud poçt vasitəsi ilə təqdim edilir. Bakıda şirkət qeydiyyatı üçün ərizənin təqdim ediləcəyi vergi orqanlarının siyahısı ilə buradan tanış olmaq olar.

Ərizə kağız daşıyıcıda tərtib edilən zaman, ona aşağıdakılar daxil edilir:

  • təsisçi fiziki və hüquqi şəxslər haqqında məlumatlar;
  • kommersiya qurumunun hüquqi ünvanı haqqında məlumat;
  • digər məlumatlar.

Şirkətin qeydiyyata alınması ərizəsində qeyd edilən məlumatların əhatəsi hüquqi şəxslərin qeydiyyatı haqqında yuxarıda qeyd edilən qanunun 5.3 maddəsi ilə müəyyən edilib.

Ərizə şirkətin təsisi edilməsi prosesində iştirak edən təsisçilər (tək təsisçi olduqda, təsisçi), qanuni təmsilçilər yaxud vəkil edilmiş səlahiyyətli şəxs tərəfindən imzalanır.

Səlahiyyətli şəxs tərəfindən imzalanan ərizəyə səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi, vəkalətnamə haqqında məlumatlar daxil edilir.

Şirkətin qeydiyyata alınması üçün tələb olunan “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”-ni yükləyib tələb olunan məlumatlarla daha detallı tanış olmaq və ərizəni düzgün doldurmaq lazımdır. Nəzərə almaq lazımdır ki, ərizədəki imzalar notariat qaydasında təsdiq olunur. Səhv daxil edilmiş məlumat, bu prosesi bir neçə dəfə təkrar etmək deməkdir. Bu isə əlavə vaxt və pul itkisidir.

Bakıda şirkət qeydiyyatı məqsədi ilə sizə notariat ofisləri və notariusların siyahısı, habelə notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri və göstərilən xidmətə görə haqqın məbləğləri barədə məlumatlar da lazım olacaq.

Bakıda şirkət qeydiyyatı üçün tələb olunan əlavə sənədlər

1. Bütün təsisçilər yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış  təsis sənədləri, buraya aiddir:

  • şirkətin təsis edilməsi haqqında qərar;
  • təsdiq olunmuş nizamnamə, onun təsdiqi barədə qərar;
  • idarəetmə orqanlarının formalaşdırılması  haqında qərar.

2. Bakıda şirkət qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” AR Qanunun 20-ci maddəsi nəzərə alınmaqla ödənilmiş rüsumun sənədi

3. Təsisçi hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın), habelə onun nizamnaməsinin notariatda təsdiq olunmuş surətləri

4. Təsisçi fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti

5. Qanunu təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti

6. Qanunvericiliyə uyğun nizamnamə kapitalının ödəniş sənədi

Xarici hüquqi şəxslərin nümayəndəlik yaxud filiallarının dövlət qeydiyyatı zamanı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 6-cı, xarici investisiyalı şirkətin qeydə alınması zamanı isə həmin qanunun 7-ci maddəsinə diqqət etmək lazımdır. Qeydiyyat aparan orqan bu maddələrə uyğun digər sənədlər də tələb edə bilər.

Sizin sərbəstlik istəyinizə, pula qənaət cəhdinizə hörmətlə yanaşaraq, yenə də şirkətin təsis edilməsi, onun dövlət qeydiyyatı məqsədi ilə köməyimizi təklif edirik. Şirkətin qeydə alınmasına görə hüquqi xidmətlər artıq çoxdan lüks deyil, sadəcə vaxtınıza və mümkün səhvlərdən qaçmaqla pula qənaət imkanıdır.

Onlayn qeydiyyat üsulları

Bakıda şirkət qeydiyyatının digər üsulu elektron formada real vaxt rejimində (onlayn) qeydiyyatdır.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı adi yaxud sürətli qaydada həyata keçirilir.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı gücləndirilmiş elektron imza ilə aparılır.

Elektron qeydiyyat yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyətlərə aid deyil.

Şirkətin təsisi edilməsi zamanı onlayn üsullardan istifadə bizim digər məqalələrdə ətrafı şərh edilib. Buraya keçid etməklə yerli investisiyalı, buraya keçid etməklə isə xarici investisiyalı şirkətin qeydə alınması ilə tanış olmaq olar. Əslində bir məqalədə Bakıda şirkət qeydiyyatının bütün aspektlərini izah etmək çətindir. Siz suallarınızla  istənilən vaxt buzə müraciət edə bilərsiniz. Accounting.Az-ın əməkdaşları həvəslə sizin sualları cavablandırarlar.

 

whatsapp