Öz biznesini qurmağı bir çoxları arzulayır. Bəziləri isə daha da irəli gedir, yalnız Azərbaycanda biznes qurmaq haqqında düşünmür, onu inkişaf etdirərək beynəlxalq aləmə çıxartmaq istəyir. Amma xəyal etmək azdır, onun reallaşması üçün bəzi suallara da cavab tapmaq lazımdır. Ağlımıza gələn ilk sual “Azərbaycanda biznesə necə başlamalı?” olacaq. Amma öncə bunları araşdırmaq vacibdir:
Bu suallara cavablar, xəyalları məqsədə çevirir. Məqsədlər bizim konkret ifadə olunmuş xəyallardır. Hər şey məqsəddən başlayır.
Əgər məqsəd Azərbaycanda biznes qurmaqdırsa, bu məqsədə çatmaq üçün yola çıxmaq, hədəfləri müəyyən etmək, problemləri həll etməyə başlamaq lazımdır.
Əslində Azərbaycanda biznes qurmaq, ümumi planda digər ölkələrdə biznes qurmaqdan fərqlənmir, əsas fərq detallardadır. Məsələn, biznesin qeydiyyatı prosesi, vergi sisteminin seçilməsi, hesabatlılıq, maliyyə resurslarına çıxış fərqli ola bilər və bu, ölkənin qanunvericilik bazası ilə dəyişir.
İstənilən sahədə, istər sahibkarlıq fəaliyyəti olsun, istərsə də qeyr-sahibkarlıq, planlaşdırma önəmlidir. Məqsədə çatmaq üçün fəaliyyət planı qurmadan lazımi qərarlar vermək çətindir. Qəbul edilmiş qərarlar icra olunmalı və icrası nəzarətdə saxlanmalıdır.
İstər xaricdə, istərsə də Azərbaycanda biznes qurmaq istəyən şəxs məşğul olmaq istədiyi fəaliyyət növü haqqında, mövcud bazarlar, satış imkanları haqqında dəqiq məlumata malik olmalıdır.
Adətən “Azərbaycanda biznesə necə başlamalı?” sualını kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər daha çox verir. Belə şəxslər təcrübəsi və səriştəsi olan sahədə fəaliyyətə başlasa daha yaxşı olar. Məsələn, nəzərə alsaq ki, regionlarda kənd təsərrüfatı sahəsi üstünlük təşkil edir və orada yaşayan şəxslərin bu sahədə bilik və təcrübəsi daha çoxdur, bu istiqamətdə biznes qurmaq onlara bir sıra üstünlüklər verir.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda biznes qurmaq istəyən şəxs, digər ölkələrdə olduğu kimi:
Qeyd etdiyimiz mərhələlər və sahibkarlıq sahəsinin müəyyən edilməsini biz biznesin planlaşdırılması adlandıracağıq.
Bütün bu araşdırmalardan sonra biznes ideya bir az dəyişə bilər, amma sonda əlimizdə aydın biznes strategiyası olacaq.
Amma düşünməyin ki, planlama “Azərbaycanda biznesə necə başlamalı?” sualının tək cavabıdır. Biznes qurmaq mürəkkəb işdir, hər mürəkkəb işin də əhatəli cavabı olmalıdır. Növbəti addımımız biznes planın hazırlanmasıdır.
Əvvəlki mərhələdə müəyyən etdiyiniz strategiyaya əsaslanaraq, layihəniz üçün ətraflı inkişaf planı hazırlayın. Onu əlavə vaxt itkisi hesab etməyin. Sizin Azərbaycanda biznes qurmaq istəyinizin reallaşması imkanlarını rəqəmlərlə əsaslandıran bu plan sizə, biznes tərəfdaşlarınıza və potensial investorlara yaxud kreditorlara lazım olacaq.
Biznes planda gələcəkdə transformasiya imkanları araşdırılmaqla fəaliyyətin ətraflı təsviri, biznes rəqiblər və mümkün alıcılar nəzərə alınmaqla bazar təhlili qeyd edilməlidir. Hesablamalar özündə:
Yekunda, biznes planda biznes qurmaq üçün tələb olunan maliyyə resursları, özünü ödəmə müddəti, qoyulmuş vəsaitlərin geri qayıtma müddəti, gözlənilən mümkün mənfəət göstərilir.
Planlama aparıldı, maliyyə mənbələri var, sahibkarlıq fəaliyyətinə başlamaq olarmı? Tələsməyin, Azərbaycanda biznes qurmaq üçün ən vacib mərhələ sahibkarlıq fəaliyyətinin müvafiq qurumlarda qeydiyyatıdır. Qeydiyyatsız fəaliyyətiniz qanunsuz hesab olunacaq. Respublika qanunvericiliyinə görə sahibkarlıq fəaliyyətinə başlamaq üçün Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydə alınmaq lazımdır. Sahibkarlıq fəaliyyətinin qeydiyyatı prosedurası “Azərbaycanda biznesə necə başlamalı?” sualına ən vacib cavablardan biridir.
Azərbaycanda biznes qurmaq istəyən şəxslər fərdi sahibkar kimi yaxud hüquqi şəxs yaradaraq fəaliyyət göstərə bilər.
Fiziki şəxslərin fərdi sahibkar kimi qeydiyyata alınması ardıcıllığı ilə burdan ətraflı tanış olmaq olar. Kommersiya hüquqi şəxslərin vergi ödəyicisi kimi qeydiyyatı üçün fərdi sahibkarlığa nisbətən daha çox sənəd toplamaq lazımdır. Buraya keçid etməklə hüquqi şəxslərin qeydiyyatı haqqında daha çox məlumat ala bilərsiniz. Amma, başqa variant da var!
Qeydiyyatla bağlı vaxta və pula qənaət etmək istəyirsinizsə, bizə müraciət edin
Biznesin vergi orqanlarında qeydiyyatı bitdi, sahibkarlıq prosesinə başlamaq olarmı? Gəlin tələsməyək, bəzi məsələləri də həll edək.
Azərbaycanda biznes qurmaq istəyən şəxs fəaliyyət göstərəcəyi obyekti (məsələn, istehsal sexi, anbar, kafe, mağaza, ferma) yerləşdiyi ərazi üzrə vergi uçotuna qoymalıdır. Bundan başqa:
Bundan başqa dövlət büdcəsinə və büdcədən kənar fondlara ödənişlərin, vergi bəyannamələrinin tərkibini dəqiqləşdirməli, öhdəliklərin düzgün hesablanması və vaxtında köçürülməsi, bəyannamələrin vaxtında vergi orqanlarına təqdim edilməsi üçün tədbirlər görməlidir.
Sahibkar maliyyə durumu haqqında düzgün və vaxtında məlumat almaq üçün mühasibat uçotunu da aparmalıdır. Bunu həm də “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu tələb edir. Qanuna görə mühasibat uçotu subyektlərində mühasibat uçotunun müvafiq standartlara uyğun aparılması məcburidir.
Bu məqalədə “Azərbaycanda biznesə necə başlamalı?” sualına cavab verməyə çalışdıq. Təbii ki, bir məqalədə bütün nüansları əhatə etmək çətindir. Azərbaycanda biznes qurmaq, sahibkarlıq fəaliyyətini genişləndirməklə bağlı daha çox məlumat üçün bizim saytı izləyin, eyni zamanda “Mühasibat konsultasiyası” xidmətinə müraciət edin. Biz sizinlə tanışlığa şad olarıq!