İqtisadi fəaliyyatın qeydiyyatı

İqtisadi fəaliyyətin qeydiyyatı prosesində kənar mütəxəssisdən istifadə

İnsanlar öz təsərrüfat fəaliyyətlərini müxtəlif formalarda həyata keçirirlər. Müxtəlifliyə baxmayaraq Azərbaycan qanunvericiliyinə əsasən onlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs (fərdi sahibkar) yaxud hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir. İqtisadi fəaliyyətin qeydiyyatı hüquqi şəxs kimi aparılır. Fərdi sahibkarlığın qeydiyyatı hüquqi şəxslərin qeydiyyatına nisbətən asandır, amma istənilən halda sahibkarlıq fəaliyyətinin qeydiyyatı müəyyən bacarıq, bilik tələb edən prosesdir. Buna görə də, qiymətli vaxtınızı Azərbaycan qanunvericiliyini, qeydiyyat prosesinin bütün incəliklərini öyrənməyə sərf etmədən, habelə pul və əsəbləri qoruyaraq öz sahələrinin peşəkar mütəxəssislərinə müraciət etmək daha yaxşı olar.

“Accounting.az” konsaltinq şirkətinin mütəxəssisləri fəaliyyətinizin təşkilati-hüquqi forması haqqında qərar qəbul etməyə sizə kömək edəcək, bütün məqamları müqayisə edərək, onların hər birinin müsbət və mənfi cəhətlərini ətraflı izah edəcəklər.

Biz iqtisadi fəaliyyətin qeydiyyatı üçün lazım olan sənədləri hazırlayacaq, sizi növbələrdə dayanmaq, qeydiyyatla bağlı məsələlərin həllinə vaxt itirməkdən azad edəcəyik. Sizi müştəri yönümlü yanaşma və ekspertlərimizlə səmərəli iş gözləyir: komandamızın hər bir üzvü geniş təcrübəyə malik peşəkarlardır.

Fərdi sahibkarlığın və hüquqi şəxslərin qeydiyyatı mərhələləri

Fiziki və hüquqi şəxslərin qeydiyyatı aşağıdakı mərhələlərlə həyata keçirilir:

  1. Müştərinin müraciət ərizəsi;
  2. Qeydiyyat  məsələləri üzrə məsləhət;
  3. Sifarişçidən lazımi sənədlərin, məlumatların alınması;
  4. Lazımi sənədlər paketinin hazırlanması, imzalanması, qeydiyyata təqdim edilməsi;
  5. Hüquqi yaxud fərdi sahibkarlığın qeydiyyatı prosesi bitdikdən sonra sənədlərin dövlət vergi xidmətindən, ədliyyə nazirliyi və digər qurumlarından alınması (VÖEN, qeydiyyat şəhadətnaməsi, sair sənədlər);
  6. Möhürün hazırlanması;
  7. Müqavilədə nəzərdə tutulmuş digər xidmətlərin icrası: şəhadətnamə dublikatın alınması, bank hesabının açılması, qiymətli kağız buraxılışının qeydiyyatı;
  8. Hazır sənədlər toplusunun  sifarişçiyə təqdimatı.

“Accounting.Az” konsaltinq şirkətinin xidmətlərindən təşkilati hüquqi formasından asılı olmayaraq bütün kommersiya, habelə qeyri-kommersiya qurumları, habelə fiziki şəxslər faydalana bilər.

Bizə tək fiziki yaxud hüquqi şəxslərin qeydiyyatı üzrə deyil, həm də iqtisadi fəaliyyətin qeydiyyatının ləğvi, sahibkarlıq fəaliyyətinin yenidən təşkili üçün zəng edə bilərsiniz.

Hər hansı səbəbdən zəng edə bilmirsinizsə,  WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Sizə biz zəng edərik!

Sahibkarlığın qeydiyyatı üzrə hansı xidmətləri təklif edirik?

Fiziki və hüquqi şəxslərin qeydiyyatı üzrə xidmətlərə aşağıdakıları nümunəni göstərə bilərik:

  • fərdi sahibkarlığın qeydiyyatı, VÖEN alınması (Vergi Məcəlləsi, 33.4-cü maddəyə uyğun gələn fiziki şəxslər);
  • fiziki şəxsin vergi uçotunun ləğvi;
  • ailə kəndli təsərrüfatı başçılarının qeydiyyatı;
  • torpaq mülkiyyətçilərinin qeydiyyatı;
  • xüsusi vergi rejiminin tətbiqi haqqında məlumatların təqdim edilməsi (Vergi Məcəlləsinin 99.3 maddəsi);
  • fərdi sahibkarlığın yenidən qeydiyyatı;
  • iqtisadi fəaliyyətin qeydiyyatı üzrə sənədlər paketinin hazırlanması, qeydiyyatı;
  • yerli investisiyalı MMC-nin e-qeydiyyatı;
  • xarici filiallar, nümayəndəliklərin qeydiyyatı;
  • hüquqi şəxslər üzrə xüsusi vergi rejiminin tətbiqi barədə məlumatların təqdimi;
  • qeydiyyat şəhadətnaməsinin alınması;
  • təsis sənədlərində düzəlişlərin aparılması, onların qeydiyyatı;
  • yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumatların hazırlanması;
  • filialın, bölmələrin vergi uçotuna alınması;
  • vergi ödəyicisinin olduğu yer üzrə qeydiyyatı, fəaliyyətin dayandırılması, vergi uçotdan çıxma, hüquqi şəxslərin qeydiyyatının ləğvi;
  • şəhadətnamə-dublikatın alınması, bankda hesab açılması;
  • vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı, qeydiyyatın ləğvi;
  • nəzarət-kassa aparatının qeydiyyatı, qeydiyyatdan çıxarılması;
  • hüquqi və fərdi sahibkarlığın qeydiyyatı üzrə digər xidmətlər.

Xidmətin qiyməti

Xidmət üzrə qiymətlər sizin sifarişiniz əsasında, qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Mühasibat uçotunun aparılması xidməti bizə etibar edilərsə, qeydiyyat xərclərini geri qaytarırıq.

Yeni iqtisadi fəaliyyətin qeydiyyatı, zaman keçdikcə, uğurlu və qarşılıqlı faydalı əməkdaşlığa çevrilə biləcək tanışlıq üçün əla fürsətdir.  Bu gün və gələcəkdə biz sizə peşəkar yardım, hüquq, vergi, kadr, habelə mühasibat uçotu üzrə məsləhətlər təklif etməkdən məmnunuq. Alınan məlumatlar, şübhəsiz ki, mübahisəli məsələlərin, gündəlik məsələlərin həllinə kömək edəcəkdir.

Biz həm hüquqi şəxslərin, həm də fərdi sahibkarlığın qeydiyyatı prosesinin onlayn aparılması üçün müvafiq tövsiyələr verə bilərik.  “Accounting.az” konsaltinq şirkəti fərdi sahibkarlığın və hüquqi şəxslərin qeydiyyatı üçün təqdim edilmiş sənədlərin tam məxfiliyə zəmanət verir.

Xidməti sifariş etmək, əlavə suallara cavab tapmaq üçün ”Əlaqə” səhifəmizə keçid almaq kifayətdir.

whatsapp