Azərbaycanda elektron vergi xidməti

Azərbaycanda elektron vergi xidməti, Digər ölkələrdə onlayn vergi xidmetləri
Ümumi

Cəmil Əsədov – Accounting.Az (redaktor) / Zərdab PL (müəllim)

Elektron vergi xidməti nədir?

Elektron vergi xidməti – vergi ödəyicilərinə onlayn rejimdə təqdim olunan xidmətlər toplusudur. Bu xidmətlər vasitəsilə vergi ödəyiciləri vergi orqanları ilə əlaqələrini asanlaşdıra, vergi bəyannamələrini təqdim edə, borclarını öyrənə və digər əməliyyatları yerinə yetirə bilirlər. Belə vergi xidmətləri elektron informasiya sistemi (EİS) üzərindən real vaxt rejimində əlaqələndirilir və sinxronlaşdırılır. EİS vergi xidmeti ilə yanaşı gömrük, sosial müdafiə, banklar və digər qurumlar arasında qarşılıqlı əlaqə yaradaraq vətəndaşlar və sahibkarlar üçün rahatlıq təmin edir.

“Elektron informasiya sistemi (EİS) – müxtəlif sahələrdə məlumatların toplanması, saxlanması, emalı, ötürülməsi və idarə olunmasını təmin edən rəqəmsal sistemdir. Bu sistem dövlət qurumları, biznes strukturları və fərdi istifadəçilər üçün məlumat mübadiləsini avtomatlaşdıraraq iş proseslərini daha səmərəli edir.”

Elektron vergi xidmətinin dayanaqlı işləməsi üçün bir sıra texniki, hüquqi və təşkilati şərtlərin mövcudluğu vacibdir, məsələn:

  • güclü texniki infrastruktur, buraya sabit və təhlükəsiz serverlər, yüksək sürətli internet bağlantısı, verilənlərin avtomatik emalı və analiz sistemləri, müasir təhlükəsizlik vasitələti (kriptoloji şifrələmə, autentifikasiya sistemləri) aiddir.
  • rəqəmsal identifikasiya və e-imza (elektron imza, asan imza, vergi xidmetində hər bir istifadəçinin üçün unikal giriş məlumatları);
  • hüquqi çərçivə və normativ tənzimləmə, yəni elektron vergi xidmətinin hüquqi əsaslarını, məlumatların qorunmasını aydın şəkildə müəyyən edən qanunvericilik aktları, məcburi rəqəmsallaşma tədbirləri.
  • sistemin bank sistemləri, dövlət qurumlarının elektron xidmətləri (əmək müqavilələri, sosial sığorta və digər sistemlər) ilə inteqrasiyası, mühasibat proqramları ilə ((məsələn, 1c, sap) avtomatlaşdırılmış uyğunluq;
  • istifadəçilərin maarifləndirilməsi və dəstək xidməti – təlimlər və seminarlar, istifadəçi yönümlü interfeys, daimi texniki dəstək.

Bu faktorlar təmin edildikdə onlayn elektron vergi xidməti sürətli, etibarlı və səmərəli işləyə bilər.

Onlayn xidmətin əsas məqsədi

Vergi ödəyicilərinə sürətli, şəffaf və rahat xidmətlər təqdim edən onlayn vergi xidmeti yaradılarkən bu əsas məqsədlər önə çəkilir:

  • vergi inzibatçılığının təkmilləşdirilməsi, proseduraları asanlaşdırmaq və sürətləndirmək;
  • şəffaflığın artırmaq, korrupsiya və qeyri-rəsmi əlaqələri minimuma endirmək;
  • vaxt və resurslara qənaət, vergi orqanlarına getmədən bütün əməliyyatları onlayn rejimdə icrasına şərait yaratmaq;
  • rəqəmsal iqtisadiyyatın inkişafı, elektron ticarət və rəqəmsal maliyyə sistemlərini dəstəkləmək;

Elektron vergi xidməti yaradılarkən bu prinsiplərə əməl edilir:

  • şəffaflıq – vergi ödəyicilərinin bütün əməliyyatları izləyə bilməsi və məlumatların açıq olması;
  • operativlik – vergi xidmetlərinin real vaxt rejimində həyata keçirilməsi;
  • rahatlıq və əlçatanlıq – istənilən vaxt və yerdə vergi əməliyyatlarını yerinə yetirmək imkanı;
  • inteqrasiya və avtomatlaşdırma – dövlət orqanları və maliyyə qurumları ilə vahid sistemdə işləmək;
  • təhlükəsizlik və konfidensiallıq – vergi ödəyicilərinin məlumatlarının qorunması və icazəsiz girişlərin qarşısının alınması.

Azərbaycanda elektron vergi xidmeti

Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) İnternet Vergi İdarəsi (İVİ) vasitəsi ilə vergi ödəyicilərinə  müxtəlif elektron vergi xidmətləri təqdim edir. Bunlara daxildir:

  • vergi bəyannamələrinin onlayn təqdim edilməsi;
  • elektron qaimə-fakturaların qeydiyyatı və göndərilməsi üzrə vergi xidmeti;
  • şəxsi hesab vərəqəsinin aparılması (vergi borclarının və ödənişlərin yoxlanılması);
  • vergi ödəyicisinin qeydiyyatı, VÖEN-in alınması və dəyişikliklərin edilməsi;
  • sual və ya sorğuların göndərilməsi elektron vergi xidməti vasitəsi ilə göndərilməsi (onlayn kargüzarlıq);
  • POS-terminallar və NKA qeydiyyatı və sair.

Fiziki və hüquqi şəxslər üçün onlayn rejimdə təqdim edilən elektron vergi xidməti onlar üçün vaxt və resurslara qənaət etməyə imkanı yaradır.

Azərbaycanda vergi xidmətləri üzrə məsləhətçiyə ehtiyacınız var? Bizə müraciət edin!

İnternet Vergi İdarəsi portalının işləmə mexanizmi

Portal öz xidmətlərini sistemə inteqrasiya olunmuş digər EİS-lərlə birgə həyata keçirilir. Vergi ödəyiciləri buradan qeydiyyatdan keçərək müxtəlif əməliyyatları onlayn şəkildə yerinə yetirə bilirlər.

İVİ-nin təklif etdiyi vergi xidmetinden yararlanmaq üçün fiziki yaxud hüquqi şəxs qeydiyyatdan keçir, VÖEN alır, portalda şəxsi kabinet açır. Şəxsi kabinetə giriş elektron imza (Asan İmza) yaxud giriş parolu ilə həyata keçirilir.

Şəxsi kabinetə daxil olmaqla aşağıdakı əməliyyatları aparmaq mümkündür:

1.Vergi hesabatlarının elektron təqdim edilməsi – sistem elektron qaydada təqdim edilmiş ƏDV, mənfəət, sadələşdirilmiş vergi, gəlir vergisi və s. üzrə bəyannamələrdəki məlumatları avtomatik yoxlayır və təsdiq edir.

2.Elektron vergi xidmətində vergi ödənişlərinin elektron qaydada aparılması – vergi borcları şəxsi hesab vərəqəsi vasitəsilə izlənilir və ödənişlər onlayn bankçılıq, elektron pul kisələri və ya bank kartı ilə həyata keçirilir.

  1. Eektron qaimə-fakturaların və müqavilələrin qeydiyyatı – hüquqi və fiziki şəxslər elektron qaimə-fakturaları sistemə daxil edir, habelə əmək müqaviləsi üzrə məlumatlar elektron qaydada qeydiyyata alınır.
  2. Vergi auditi və nəzarət üzrə vergi xidmeti – İVİ-də vergi ödəyicisinin əməliyyatlarını analiz edir və mümkün riskləri müəyyən edilir, habelə vergi orqanları rəqəmsal yoxlamalar və bildirişlər vasitəsilə nəzarət funksiyalarını icra edirlər.
  3. Onlayn kargüzarlıq vasitəsi ilə vergi ödəyiciləri elektron qaydada sorğular göndərə, arayışlar ala və məlumatlarını yeniləyə bilərlər.

Digər ölkələrdə elektron vergi xidməti (nümunələr)

e-Urząd Skarbowy və ya sadəcə e-US Polşada bir çox vergi məsələlərini onlayn həll etməyə imkan verən rəsmi hökumət sistemidir. Sistem nisbətən gəncdir və hələ də inkişaf edir, lakin bir çox vacib funksiyalar artıq İnternet vasitəsilə istifadə edilə bilər. Sistem əsasən fiziki şəxslərə və mikro biznesə yönəli vergi xidmeti göstərir. Zamanla digər vergi ödəyiciləri üçün də funksionallığın genişləndirilməsi nəzərdə tutulur.

Federal Vergi Xidmətinin nümayəndələri qeyd edirlər ki, BƏƏ-nin elektron vergi xidməti regionda ən əhatəli sistem kimi tanınır. Vergi sistemi vergilərin şəffaf və səmərəli işlənməsini təmin etməklə yanaşı, vergi qanunlarına inamı və vergilərə geniş riayət olunmasın təşviq edir.

Electronic Federal Tax Payment System vergi xidmeti ABŞ Xəzinədarlığı Departamenti tərəfindən pulsuz təmin edilir. Qeydiyyatdan keçdikdən sonra siz bu sistemdən istifadə edərək Daxili Gəlir Xidmətinə (IRS) istənilən vergini ödəyə bilərsiniz.

Federal Vergi Xidmətinin (Rusiya FTS) elektron vergi xidməti vergi ödəyicisi olan MMC və AO-lara hesabatların göndərilməsi və vergilərdən məlumat almağa kömək edir. Bu sistemdə açılan şəxsi kabinet vasitəsi ilə hüquqi şəxs vergi ödəyicisi:

  • vergi xidmeti ilə səndə mübadiləsini həyata keçirir;
  • şirkət haqqında məlumatı onlayn ötürür;
  • Vahid Dövlət Reyestrindən çıxarışlar alır, kassa aparatını qeydiyyatdan keçirir.

Elektron vergi xidməti vergi ödəyicilərinin işini xeyli asanlaşdırır və rəqəmsal idarəetmənin effektivliyini artırır.

whatsapp